Qandi Smriti
Qandi Smriti | |
---|---|
Gandhi Smriti | |
Əsası qoyulub | 15 avqust 1973 |
Ölkə | |
Yerləşir | Yeni Dehli, Hindistan |
28°36′06″ şm. e. 77°12′51″ ş. u.HGYO | |
gandhismriti.gov.in | |
Vikianbarda əlaqəli mediafayllar |
Qandi Smriti (ing. Gandhi Smriti, Birla evi və ya Birla Bxavan adı ilə də məşhurdur) — Hindistanın Yeni Dehli şəhərində yerləşən və Mahatma Qandiyə həsr edilmiş muzeydir. Muzey Tis Canuari Roud (əvvəllər Albukerke Roud) yolunun kənarında yerləşmişdir. Mahatma Qandi həyatının son 144 gününü bu evdə keçirmişdir. Qandi 30 yanvar 1948-ci ildə öldürülmüşdür. Ölümündən sonra yaşadığı ev muzeyə çevrilmişdir. Əvvəlcə bina Birla ailəsindən hind işgüzar maqnatlarına aid idi. Hal-hazırda ev Qandinin Əbədi Multimediya Muzeyi kimi fəaliyyət göstərir. Bu muzey 2005-ci ildə yaradılmışdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]12 yataq otağı olan ev 1928-ci ildə Qxanşyamdasom Birla tərəfindən tikilmişdir. Sərdar Patel və Mahatma Qandi Birla ailəsinin daimi qonaqları idilər. Sonuncu dəfə Mahatma Qandi burada 1947-ci ilin 9 sentyabrından 1948-ci ilin 30 yanvar tarixinə qədər olmuşdur. Həmin gün Mahatma Qandi öldürülmüşdür. Cəvahirləl Nehrunun və Mahatma Qandinin memorialı Birla Evinin qarşısında Qxanşyamdasom Birla tərəfindən yaradıldı. O, Mahatma Qandiyə evi verən zaman çox təəssüflənmişdir. Çünki onun vermək istəmədiyi və bu evlə bağlı olan çoxlu xatirələri var idi.[1] Birla evi Krişna Kumar Birla tərəfindən 1971-ci ildə Hindistanın hökuməti tərəfindən girovdan çıxardılmışdır. Uzun müddətli və ağır danışıqlardan sonra Kumar Birla onları razı sala bildi. O, hətta satışın qiymətinə meyvə ağaclarının dəyərini də daxil etmişdir. Yekun nəticədə ev nağd qiymətə (Rs 54 lakx) alındı. Mübadiləyə əsasən evin torpağının yeddi akrı 5,4 milyon rupi təşkil edirdi. Bu, çox əlverişli saziş idi. Birla evi 1973-cü il 15 avqust tarixində ziyarətçilər üçün açdı. Evin adı Qandi Smriti ( və ya Qandinin Xatirə Evi) olaraq dəyişdirildi.[2]
Sərgi
[redaktə | mənbəni redaktə et]Muzey binasında Qandinin ölümüylə və hayatı ilə bağlı bir sıra predmetlər öz əksini tapmışdır. Ziyarətçilər binada və ətraf ərazidə gəzişə, yaşadığı otağı gözdən keçirə bilərlər. Qandinin öldürüldüyü yeri də ziyarətçilər görə bilərlər. Həmin yerdə o, gecə gəzintisi zamanı vurulmuşdu.[3] Bu yerdə indi Şəhid Sütunu yerləşir.
Qandi Smriti və ya Birla Evi Tis Canuari Roud 5 küçəsində yerləşmişdir. Yeni Dehlinin mərkəzi rayonlarından biri oaln Konnot-Pleysdən iki kilometr məsafədə yerləşmişdir.
Evin yanında sütun yerləşir ki, onun üzərində svastika təsvirlərini görmək olar. Sütuna şöhrəti onun üzərində svastika işarələri gətirmişdir. Svastika simvolunun etik mənası XX əsrdə Qərbdə tam fərqli idi. Sütunun üzərində həmçinin sanskritcə yazılmış və Omların dini mərasimlərini ifadə edən təsvirlər yer almışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2019-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-11.
- ↑ "Gandhi Smriti and Darshan Samiti". на сайте Правительства Индии. 2007-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
- ↑ "Ганди Смрити » Туризм в Индии - Достопримечательности, история и культура Дели". delilive.net. 2015-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Gandhi Smriti – Government of India website Arxivləşdirilib 2007-07-12 at the Wayback Machine