Quşçulu

Quşçulu
Ölkə  Ermənistan

Quşçulu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.[1]

Rayon mərkəzindən 12 km şimal-şərqdə, Oxçu çayının sağ sahilində, Xustup dağının cənub-şərq ətəyində yerləşir.

Toponim qədim türk tayfası olan quşçu etnonimi[2] əsasında əmələ gəlmişdir. -lu mənsubluq bildirən şəkilçidir. "Quşçu tayfasına mənsub kənd" deməkdir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Kəddə 1831-ci ildə 38 nəfər, 1873-cü ildə 149 nəfər, 1886-cı ildə 221 nəfər, 1897-ci ildə 144 nəfər, 1904-cü ildə 400 nəfər, 1914-cü ildə 93 nəfər azərbaycanlı yaşamışdır[3].

1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 109 nəfər, 1926-cı ildə 126 nəfər, 1931-ci ildə 50 nəfər azərbaycanlı yaşamışdır[3]. 1950-ci ildə kənd ləğv edilmişdir.

  1. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  2. Vəlili (Baharlı) M. Azərbaycan (coğrafi-təbii, etrioqrafik və iqtisadi mülahizat), Bakı, Azərnəşr, 1993. s.39
  3. 1 2 erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.58–59, 136–137