Rəqabət

İdmanın hər sahəsində rəqabət var

Rəqabət (ing. competition, rus. конкуренция) geniş mənada iqtisadiyyat, sosiologiyaekologiyada istifadə olunur və şəxslərin, qrupların və ya orqanizmlərin resurslar üzrə bir biri ilə mübarizə aparmağını bildilir. Rəqabəti bildirmək üçün xarici dillərdə əsasən lat. competitionem ("razılaşma").[1] və ya lat. concurrere ("toqquşmaq")[2] sözlərindən əmələ gələn terminlər istifadə olunur. Azərbaycan dilinə isə rəqabət sözü ərəb dilindən (ərəb. رقابت‎ "yarış" deməkdir) gəlib.[3]

İqtisadiyyatda rəqabət

[redaktə | mənbəni redaktə et]

İqtisadi rəqabət bazarlarda satıcılar və alıcılar arasında baş verir. Bir qayda olaraq, bir neçə satıcılar alıcılardan sərfəli təklifləri almaq üçün mübarizə aparırlar. Eyni zamanda, meyli alıcılar da satıcıların yaxşı təklifləri üzrə yarışırlar. Müqavilə bağlanılanda, alıcılar və satıcılar mallar, xidmətlər və ya əmlak mülki hüquqları ilə dəyişirlər. Hamı könüllü fəaliyyət göstərir və öz menafəyini güdür.[4]

Merriam-Vebster lüğəti rəqabəti iki və ya daha çox müstəqil fəaliyyət göstərən tərəflərin üçüncü tərəfin biznesini daha sərfəli şərtləri təklif etməklə zəbt etmək məqsədini daşıyan cəhdi kimi izah edir.[5] Bu həm də Adam Smit tərəfindən "Xalqların sərvəti" (1776) kitabında təsvir olunmuşdur, və sonraki iqtisadçılar tərəfindən istehsal resurslarının ən çox dəyər və səmərəlilik gətirən işlətməsinə yerləşdirilməsi kimi.[6]

Sonralar isə mikroiqtisadiyyat nəzəriyyəsi mükəmməl və qeyri-mükəmməl rəqabət arasında fərq qoydu, və elə bir nəticəyə çıxartdı ki, mükəmməl rəqabətdən başqa resursların yerləşdirilməsi üzrə daha səmərəli sistem yoxdur. Nəzəriyyəyə uyğun olaraq, rəqabət şirkətləri yeni məhsulları, xidmətləri və texnologiyanı inkişaf etdirməyə həvəslədirir, bu da müştərilər üçün daha geniş seçim və keyfiyyət deməkdir. Geniş seçim inhisar və ya oligopoliya bazarlarına müqayisədə həm də aşağı qiymətlərə səbəb olur.

Siyasətdə rəqabət

[redaktə | mənbəni redaktə et]

Siyasətdə də rəqabət tapılır. Demokratiyadaki seçkilər müəyyən idarədə yer qazanmaq məqsədini daşıyan yarışdır. Başqa sözlərlə, iki və ya daha çox namizədlər bir biri ilə hakimiyyətə çatmaq üçün mübarizə aparırlar. Qalib gələn müəyyən müddətə seçilmiş ofisdə növbəti seçkilərə qədər yer alır. Əlavə olaraq hökumətdə də qaçılmaz rəqabət mövcüddur. Partiyaların arasında və içərisində hakimiyyət üzrə rəqabət gedir, idarələr büdcədən alınan vəsaitlər üzrə yarışırlar. Hökumətlər də bir biri ilə yarışdadırlar. Ölkələr dünyada siyasi və hərbi yollar ilə nüfuzunu artırmaq çalışırlar. Misal üçün ABŞSovet İttifaqı arasında soyuq müharibə baş verirdi, və ikisi də digər ölkələrə təsir göstərirdilər. Bu cür rəqabət ölkə arası münasibətləri gərginləşə və müharibəyə səbəb ola bilər.

İdmanda rəqabət

[redaktə | mənbəni redaktə et]

Bəzi idman növləri (balıq ovu, piyada gəzmə) sırf istirahət və əyləncə üçün olsa da, onların çoxusu rəqabət xarakterini daşıyır. Bu iki və ya daha çox iştirakçılar arasında gedən yarışı bildilir. Misal üçün, basketbolda iki komanda daha çox hal yığmaq üçün rəqabət aparırlar. Hətta udana bir maddi mükafat verilməsə də, çoxlu oyunçular daxili fəxr hissini duyurlar. Bəzi atletlər təkcə başqa insanlara qarşı yox, həm də təbiətin qüvvələrinə qarşı mübarizə aparırlar. Misal üçün, qayalara dırmaşmada və kayakinqdə əsas məqsəd təbii əngəlləri keçməkdir. Peşəkar idman növləri yüksək səviyyədə reqabətli və gərgin olsa da, idman insanın reqabət hisslərinə yol açmaq üçün sağlam üsul kimi sayılır, çünki idmanda məhdudlaşdırıcı qaydalar mövcuddur. Ona görə də idman qeyritəbii rəqabət şərtləri təqdim edir.

İdman növləri əsasən üç qrupa bölünür:

Rəqiblərin ən yaxşısını təyin etmək üçün mütəmadi planlaşdırılmış yarışa çempionat deyilir. Olimpiya Oyunları hər dörd ildə bir keçirilən bəynalxalq idman rəqabətin kulminasiya nöqtəsi kimi sayılır.

Bioloqiya və ekologiyada rəqabət

[redaktə | mənbəni redaktə et]

Növlər arasında rəqabət biologiyada, xüsusilə də ekologiyada, vacib mövzulardan biridir. Bir növün içərisində gedən müsabiqə (intraspesifik) təkamülüntəbii seçmənin əsasında duran mexanizmdir. Qida, su, ərazi, günəş işığı uğrunda gedən müsabiqə mühitə ən uyğunlaşdırılmış növün variantının yaşayıb qalmasına səbəb olur. Rəqabət həm də növlər arasında gedə bilər (interspesifik). Eyni zamanda eyni resursdan bir neçə növ asılı olar bilər. Bu resursu əldə etmək üçün gedən mübarizədə ya növlər özləri uyğunlaşdırmalı, ya da nəsli kəsilmiş olmalıdırlar. Yenə də təbii seçmə baş verir. Misal üçün tropik meşələrdə balaca ağac daha az işığı alacaq, nəinki uca ağac, deməli tropik meşələrdə bitkilər uca olmaqla üstünlüyü əldə edirlər. Rəqabət növlər arasında olmaqla, onun böyük qrupların təkamülünə (amfibiyalar, sürünən heyvanları, məməlilər arasında) təsir göstərməyinin sübutu azdır.[7].

  1. "Arxivlənmiş surət". 2016-02-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-27.
  2. Словарь Иностранных Слов, Русский Язык, 1990, стр. 251, ISBN 5-200-01422-0
  3. Klassik Azərbaycan ədəbiyyatında işlənən Ərəb və Fars sözləri lüğəti, I cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 233, ISBN 9952-418-93-8
  4. Competition Arxivləşdirilib 2022-06-04 at the Wayback Machine, by Wolfgang Kasper, The Concise Encyclopedia of Economics.
  5. "Arxivlənmiş surət". 2008-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-27.
  6. George J. Stigler ([1987] 2008). "competition," The New Palgrave Dictionary of Economics. Abstract. Arxivləşdirilib 2015-02-15 at the Wayback Machine
  7. Sahney, S., Benton, M.J. and Ferry, P.A. "Links between global taxonomic diversity, ecological diversity and the expansion of vertebrates on land" (PDF). Biology Letters. 6 (4). 2010: 544–547. doi:10.1098/rsbl.2009.1024. 2015-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-28.