Ranobe

Makaoda ranobe satan kitab evi.

Ranobe (ラノベ?), raynobe (ライノベ?), asan roman (ライトノベル, raito noberu?) və ya layt-novel — əsasən gənc kütlə – orta məktəb və lisey tələbələri üçün nəzərdə tutulan yapon romanların bir növü.[1][2] Ranobe əvəzinə işlədilən sözlərdən biri olan "layt-novel" vasey-eyqo olub, ingilis dilindəki "light novel" söz birləşməsindən yaranmışdır. Ranobe daha tez-tez işlədilən sözdür.[3] Qərbdə bəzən LN qısaltmasından istifadə olunur. Ranobelər adətən 40.000–50.000 sözdən ibarət olur, daha qısa olanları ABŞ ədəbiyyat terminologiyasında novella adlandırılan hekayə növünə ekvivalent hesab olunur. Ranobelər nadir hallarda 100-dən çox səhifədən ibarət olur, çap olunması üçün cədvəl hazırlanır, adətən bunkobon (A6, 10,5 sm × 14,8 sm) formatında nəşr olunur və manqa stilində olan illüstrasiyalara malik olur.[4] Lakin illüstrasiyasız ranobelərə də rast gəlmək mümkündür.[5] Mətn çox vaxt kitab şəklinə salınmazdan qabaq antologiya jurnallarında serializasiya olunur.

"Re:Zero -Starting Life in Another World-" ranobe seriyasının birinci cildinin üzlüyü.

Ranobelər pulpa jurnallarının inkişaf etmiş formasıdır. 1970-ci illərdə oxucuları məmnun etmək məqsədi ilə artıq klassik üzlükləri məşhur anime üzlükləri ilə dəyişdirmiş bir çox Yaponiya pulpa jurnalları hər hekayənin əvvəlinə şəkillər qoymağa və populyar anime, manqa, filmvideo oyunlar haqqında məqalələr yerləşdirməyə başlamışdır. Məzmun "Ulduz müharibələri" kimi məşhur filmlərdən də təsirlənmişdir. Hekayə oxucuları razı salacaq şəklə düşmüş və populyar stildə tamamilə şəkillərlə zənginləşdirilmişdir. Populyar seriyalar romanlarda nəşr olunmuşdur.

Son illərdə ranobelər manqa, animefilmlər üçün populyar adaptasiya seçiminə çevrilmişdir, lakin anime və film adaptasiyaları üçün adətən ranobe seriyasının sadəcə ilk iki cildi istifadə olunur. Ranobelər adətən "Faust", "Gekkan Dragon Magazine", "The Sneaker""Dengeki hp" kimi ədəbi jurnallarda və ya "Comptiq""Dengeki G's Magazine" kimi mediafranşiz jurnallarında serializasiya olunur.

Nəşriyyatlar daim yeni, uğur qazanacaq ranobelər axtarışındadır. Bunun üçün illik müsabiqələr təşkil edirlər. Belə müsabiqələrdə qalib gələnlər pul mükafatı əldə edir və ranobesini nəşr etdirmək hüququ qazanırlar. Dengeki Roman Mükafatı ən nüfuzlu müsabiqələrdən biridir. 2013-cü ildə bu müsabiqə üçün 6.500-dən çox ranobe təqdim olunmuşdu.[6] Bütün romanlar "ranobe" kimi etiketlənir və ucuz qiymətə nəşr olunur. Məsələn, "The Melancholy of Haruhi Suzumiya" ranobesinin Yaponiyadakı qiyməti 514 ¥ (üstəgəl, 5 % vergi; ~ 7 manat) təşkil edir və bu Yaponiyada satılan ranobelərin normal qiymətinə uyğun gəlir. 2007-ci ilin məlumatına görə (Yaponiya hökumətinin maliyyələşdirdiyi sayta görə) ranobe bazarının qiyməti 20 milyard ¥ (~ 272 milyon manat) təşkil edir və hər il 30 milyon nüsxə ranobe çapdan çıxır.[3] Kadokawa Sneaker BooksDengeki Books kimi başlıca imprintlərə sahib olan Kadokawa Group Holdings şirkətinə bu bazarda düşən pay 70–80 %-dir. 2009-cu ildə ranobe satışından 30,1 milyard ¥ (~ 410 milyon manat) gəlir əldə olunmuşdur və ranobe satışları Yaponiyadakı bunkobon formatında olan kitab-dəftər məhsullarının 20 %-ni təşkil etmişdir.[7]

Son illərdə ranobelərin digər dillərə, xüsusilə ingilis dilinə tərcümə edilməsində böyük fəallıq müşahidə olunur. 2007-ci ilin martında Seven Seas Entertainment yapon ranobesini tərcümədə edərək bankobon cildində nəşr edən ilk ingilisdilli nəşriyyat olmuşdur.[8] Ranobeləri ingilis dilinə tərcümə edən digər nəşriyyatlar Tokyopop, Viz, DMP, Dark Horse, Yen Press, və Del Rey Mangadır.[9]

Dengeki Bunko imprintinin loqosu.

Artıq ucuz, pulpa Yaponiya romanları ranobeləri xatırlatmağa başlamışdır. 1975-ci ildə Sonorama Bunko imprinti yaradılmışdır. Hideyuki Kikuçi və Baku Yumemakura kimi elmi fantastika və qorxu janrlarında yazan yazıçılar belə imprintlərlə karyeralarına başlamışdılar.

1980-ci illərdə Yoşiki Tanakanın gənclər üçün nəzərdə tutduğu "Heroic Legend of Arslan" ranobesi məşhurluq qazanmışdır. "Record of Lodoss War" da böyük uğur əldə etmişdir. Bu iki ranobe əsasında animelər çəkilmişdir.

1990-cı illərdə uğur qazanan "Slayers" ranobe seriyasında RPG elementləri ilə komediya birləşdirilmişdi. Bir neçə il sonra MediaWorks hazırda bir çox məşhur ranobeləri nəşr edən Dengeki Bunko imprintini qurmuşdur. "Boogiepop" ranobe seriyası imprintin ilk məşhur nəşrlərindən biri idi.

Dengeki Bunko yazıçıları yavaş-yavaş diqqət çəkərkən 2006-cı ildə Haruhi Suzumiyanın seriyaları böyük uğur əldə etmişdir və bundan sonra ranobelərə olan maraq çox böyümüşdür.

Bəzi ranobelər

[redaktə | mənbəni redaktə et]
  1. 榎本秋 (Aki Enomoto). ライトノベル文学論 (Japanese). Japan: NTT Shuppan. October 2008. ISBN 978-4-7571-4199-5.
  2. "The Platform to Produce Innovative Content - Kadokawa Annual Report 2012" (PDF). səh. 11. 2013-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-05-28.
  3. 1 2 Light Reading, Pop Culture, Trends in Japan, Web Japan, 2014-07-14 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2016-05-28.
  4. Yegulalp, Serdar. "Vertical Vednesday In NYC: Lighten Up!". Advanced Media Network. July 30, 2009. 6 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2016.
  5. "What's A Light Novel?". ANN (ingiliscə). 19 oktyabr 2016. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2016.
  6. "The Dengeki Novel Prize's official website" (Japanese). ASCII Media Works. 4 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2016.
  7. "Publishing heavyweights see light in growing 'light novel' market". The Asahi Shimbun. 15 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 may 2016.
  8. "Seven Seas Entertainment Launches New "Light Novel" Imprint". 2006-09-13. 2012-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2016.
  9. "Horibuchi on Manga ICv2 Interview--Part 2". ICv2. 17 December 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]