Routan adaları
Routan adaları | |
---|---|
rus. Острова Роутан | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi |
|
Hündür nöqtəsi | 76 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
69°44′21″ şm. e. 170°07′03″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriya | |
| |
|
Routan adaları — Şərqi Sibir dənizində yerləşən Çaun körfəzində Pevekdən 5 km aralıda yerləşir. Arxipelaqdan 24 km qərbdə Ayon adası yerləşir.
Ada Çukot Muxtar Dairəsinin Çaun rayonu rayonu ərazisində yerləşir.
- Böyük Routan adası 69°45′07″ şm. e. 170°08′10″ ş. u.HGYO demək olar ki, üçbucaq formaya malikdir. Uzunluğu 9.5 km, eni 4.5 km təşkil edir. Sahəsi 33,7 km²-dir[1]
- Kiçik Routan adası 69°41′35″ şm. e. 170°04′05″ ş. u.HGYO olduqca kiçik adadır, Böyük Routan adasından 1 km qərbdə yerləşir. Uzunluğu 1.3 km-dir.
Böyük Routan adasında Qütb stansiyası fəaliyyət göstərir.[2] Torf qatının yaşı 22 890 ± 640 ildir (Tln-105). Çoxlu sayda gölləri vardır. Ən iri gölləri: Kruqloye və Vodovoznoye.
Kiçik Routan adasında kisbətən iri Qusinoe gölü vardır.
Adalar 1821-ci ilin martında Kolıma ekspedisiyasının üzvləri, başda Ferdinant Petroviç Vrangel tərəfindən aşkarlanmışdır.