Rozo

Şəhər
Rozo
Roseau
15°18′ şm. e. 61°23′ q. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 43 ± 1 m
Əhalisi
Əhalisi
  • 14.741 nəf. (2011)[2]
Xəritəni göstər/gizlə
Rozo xəritədə
Rozo
Rozo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Rozo şəhərinin fəzadan görüntüsü
Rozo şəhəri

Rozo — Dominikanın paytaxtı, əhalisi — 14 847 nəfər (2001). Karib dənizi, Rozo çayı və meşə ilə örtülmüş Morn Bryus (Morne Bruce) dağı ilə əhatə edilib. Qədim hindu yaşayış məskəni olan Sairinin yerində salınıb, adanın ən qədim və ən əhəmiyyətli yaşayış məskənidir .

Şəhər həyatı

[redaktə | mənbəni redaktə et]

Dominika adasının qərb sahilində yerləşir, özündə müstəmləkə (Fransa) və müasir arxitekturanı birləşdirir. 30 hektarı əhatə edən 80 kvartala bölünür. Layma, layma şirəsi, tropik meyvələrədavalar ixrac edir.

Rozo bazarından videogörüntü here

Şəhərin mərkəzində evlər azdır. Orada yaşayış azdır, insanlar ora daha çox işləməyə gəlirlər. Şəhər mərkəzindəki küçələr hərəkət xəttindən daha çox bağ, idman meydançası, kütləvi tədbirlər yeridir. Mərkəzdəki botanika bağları əhalinin, daha çox uşaqların istirahət yeri kimi istifadə edilir.

Rozo Dominikanın mədəniyyət mərkəzidir, şəhərdə xeyli mədəniyyət nümunələri, XVIII əsr katolik kilsəsi vardır. Şəhərdə dövlət radiostansiyası və özəl teleşirkət vardır. Şəhər ətarfında botanik bağ salınıb.

Rozoda altı orta və səkkiz ibtidai məktəb vardır. Dominika Dövlət Kolleci fəaliyyət göstərir. Həmçinin özəl tibb məktəbi də vardır.

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Population and Housing Statistics.