Sami dilləri
Sami dilləri | |
---|---|
Təsnifatı | |
Dil kodları | |
QOST 7.75–97 | сем 593 |
ISO 639-5 | sem |
LINGUIST List | afsm |
ABS ASCL | 42 |
IETF | sem |
Glottolog | semi1276 |
Vikianbarda əlaqəli mediafayllar |
Sami dil ailəsi — Afro-Asiya dilləri (köhnə adı "Hami-Sami dilləri") ailələsinin alt qrupuna aiddir. Bu dil ailəsinə ərəb, ivrit, uqarit, arami, süryani, aysor və ölü dil sayılan akkad dili daxildir.
Sami dilləri ailəsindən günümüzə qədər sağ qalan, müasir dillər aşağıda təqdim olunubdur:
Xüsusiyyətlər
[redaktə | mənbəni redaktə et]Sami dil ailəsinə mənsub olan dillər adətən öz coğrafi məkanlarına görə 3 hissəyə bölünürlər. Bunlar (şimal-)şərqi Sami, şimal-qərbi Sami, cənub-qərbi Sami dilləridir.
Şimal-şərq Sami dilləri vəya Akkad iki ləhcədən ibarətdir. Bunlar qədimdə Mesopotamya ərazisində istifadə edilmiş Asur və Babil ləhcələridir. Şimal-qərb Sami budağına mənsub olan dillər qədim zamanlarda Suriya-Fələstin ərazisində istifadə olunub. Bu qol Amorit, Uqarit , Kənanlı, Moavit, İvrit və Arami dilləri daxil olur. Kənanlı dilinin bir qolu Kənanlı köçkünlərin Şimali Afrikaya gətirdiyi Punik dilidir, Arami isə Kənan dilini Suriyanın danışıq dili və Akkad dilini Mesopotamiyanın danışıq dili kimi dəyişmişdir. Cənub-qərbi Sami dilləri isə Cənubi ərəb dilləri,Ərəb dili, və Efiyopiya dilləridir. Eramızdan əvvəl üçüncü minillikdən olan yazıya görə təsdiqlənmiş ən erkən Sami dili Akkad dilidir. Sami dilləri başqa üç qrupla əlaqəlidir: Misir, Liviya-Berber, Kushitic (və həmçinin Çad qrupu) ümumiyyətlə Hamit dili kimi istinad edilir.
Ərəb dili oxşar dillər olan biri, arami, amhari dilləri kimi hami-sami dillər ailəsinin Sami qoluna mənsub bir dildir. O, Ərəbistan yarımadasına məxsus bir dil olmaqla yanaşı, VII əsrdən etibarən İslamiyyətin intişarı ilə çox geniş bir coğrafiyaya yayılmış, İslam dininin mədəni təsiri ilə birlikdə müəyyən zaman içində Orta Asiya, Misir və Şimali Afrikanın yerli dillərindən üstün dil olmuşdur.
Dil ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |