Sosial status
Sosial status, bir insanın sosial iyerarxiyadakı mövqeyi. Bu mövqe prestijə əsaslanır və özü ilə birlikdə həyat tərzi, hüquq və məsuliyyət gətirir. Sosial status ümumiyyətlə qazanılmış status və verilən status olmaqla ikiyə bölünür. Əldə olunan status şəxs tərəfindən rəqabət tələb edən bir proses vasitəsilə əldə edilir. Verilmiş status isə, doğuşdan gəlir; insanın qabiliyyətindən asılı olmayaraq, cinsiyyət, ailə, irqi kimi anlayışlar əsasında müəyyən edilir.