Taymır yarımadası

Taymır
Ümumi məlumatlar
Sahəsi
  • 400.000 km²
Yerləşməsi
74° şm. e. 100° ş. u.HGYO
Akvatoriya Laptevlər dənizi, Kara dənizi
Ölkə  Rusiya
Taymır xəritədə
Taymır
Taymır
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Taymır yarımadasıAsiyanın ən şimal yarımadası.

Kara dənizinin Yenisey körfəzi və Laptevlər dənizinin Xatanqa körfəzi arasında, Taymır Muxtar Mahalı ərazisindədir. Taymır yarımadasının ucqar şimal çıxıntısı Çelyuskin burnudur (77°43' şm.e.), cənub sərhədi Orta Sibir yaylasının şimal çıxıntısından keçir. Uzunluğu təqribən 1000 km, eni 500 km-dən çoxdur. Sahəsi təqr. 400 min km²-dir. Taymır yarımadasının çox hissəsi ovalıqlardır. Bunun əsas hissəsi Şimali Sibir ovalığının payına düşür. Şimal hissədə cənub-qərbdən şimal-şərqə hündürlüyü 1146 m-dək olan Bırranqa dağları uzanır. İqlimi sərtdir, hər yerdə çoxillik donuşluq süxurları yayılmışdır. İllik yağıntınını miqdarı 115–230 mm-dir. Yarmımadanın ərazisindən keçəi iri çaylar Pyasin, Yuxarı və Aşağı Taymıra, Xatanqa çaylarıdır. Tundra bitkiləri üstünlük təşkil edir. Yarımadanın cənubu seyrək meşəlikdir.