Trabant

Trabant
Trabant
Ümumi məlumatlar
İstehsalçı VEB Sachsenring Automobilwerke
ADR
İstehsal ili 1957–1991
Yığım Çvikau
Sinfi çox kiçik/ Kleinwagen
Dizayn
Ban tipi sedan, ikiqapılı;
universal, ikiqapılı;
pikap;
Kübel;
Quraşdırılma köndələninə yerləşdirilmiş mühərrikli ön ötürücülü
Güc xüsusiyyətləri
Mühərrik 2-taktlı, 2-silindirli;
500 və ya 600 sm³.
Transmissiya dördpiləli mexaniki
Qabariti
Uzunluğu 3361–3600 mm
Eni 1493 mm
Hündürlüyü 1460 mm
Klirens 155 mm
Təkər bazası 2020 mm
Arxa təkər çevrəsi 1255 mm
Ön təkər çevrəsi 1206 mm
Kütləsi 620–660 kq
Dinamika
Maksimal sürət 100 km/saat
Bazarda
Bənzər modellər Goggomobil
Lloyd 250
Saab 92
Goliath GP 700 V
BMW 600
Digər
Bakın tutumu 26 l.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

TrabantAlmaniya Demokratik Respublikasıda istehsal edilmiş avtomobil markası.

Tarixi arayış

[redaktə | mənbəni redaktə et]

Müharibədən çıxmış ADR-in hökuməti maya dəyəri ucuz olan bir avtomobil hazırlamaq niyyətinə düşür. Mühəndislər işə girişir və avtomobillə motosikletin qarışığı olan bir mikroavtomobil meydana çıxır.

4 nəfər sərnişin tutumu olan ilk "Trabant P50" 1959-da satışa çıxarılır. Qabaq intiqallı, müstəqil asqılı, mühərriki eninə yerləşdirilmiş bu avtomobil o dövr üçün texnoloji yenilik hesab olunurdu. 1964-cü ildə satışa çıxarılan "P601" isə tarixə "Trabi" kimi düşdü.

Texniki göstəricilər

[redaktə | mənbəni redaktə et]

Avtomobildə hər şey qənaətə hesablanıb. Müharibədən sonra qara metal qıtlığı yaşayan ölkədə avtomobilin karkası duroplast deyilən materialdan hazırlanır. Duroplast pambıq, İpək və hətta (bəzi vaxtlarda) kağız lifləri ilə möhkəmləndirilmiş təkrar emal məhsullarından alınan sərt rezindir. Bu material qəza zamanı sərnişinləri qorumur. Zərbə zamanı şüşə kimi parçalanan bu materialı təkrar emal etmək də mümkün deyil. Bu səbəbdən 90-cı illərin sonunda avtomobil qəbiristanlıqlarındakı Trabantların karkasına materialı parçalamaq üçün xüsusi bakteriyalar yerləşdirdilər.

Avtomobilə 2 taktlı 2 silindrli mühərrik yerləşdirən istehsalçı burda da qənaət etməyi yaddan çıxarmayıb. Mühərrikdə yanacaq, yağ və su nasosları, mərkəzi yağlama sistemi yoxdur. Yanacaq karbüratora motosikletdəki kimi yerin cazibə qüvvəsi sayəsində daxil olur. Avtomobilin asqısı da özünə uyğundur, lakin tormoz sistemi çox effektlidir. Mühərriklə tormozlamanın demək olar ki mümkün olmadığı bu avtomobilin bütün təkərləri barabanlı tormoz sistemi ilə təchiz olunub. Mühərrikin vibrasiyasına görə tez-tez boşalan qabaq panelin vintlərini də vaxtaşırı sıxmaq lazım gəlir. Göy və ya qara tüstü buraxmayan "Trabant"a isə rast gəlmək mümkün deyildi.

İstehsal ucuz başa gəlsə də, avtomobilin yanacaq sərfiyyatı hər kəsin büdcəsinə görə deyildi. Mühərrikin ekoloji tərəflərindən isə ümumiyyətlə danışmağa dəyməz.

Avtomobil çox sadə quruluşa malik olduğu üçün onu hər kəs ev şəraitində təmir edə bilərdi. İstehsalçı öz məhsuluna alman deyil, sovetə xas münasibət göstərmişdir (ruslar öz texnikalarını belə xarakterizə edirlər – kobuddur, ağırdır, amma etibarlıdır). Texnologiyanın köhnəlməsi nəticəsində istehsalın maya dəyəri aşağı düşsə də, keyfiyyət də bərbad vəziyyətə gəlirdi. Avtomobili zavoddan çıxmazdan qabaq bir mütəxəssis çəkic və ya təpiklə vuraraq texniki baxışdan keçirirdi. Avtomobilin qapıları cəmi bir neçə ay normal örtülürdü. İstismar təlimatında göstərilirdi ki, alandan bir müddət sonra və ildə ən azı bir dəfə avtomobilin bütün detalların bərkitmək lazımdır.

"Trabant" həm də sosialist Almaniyasındakı texnoloji geriliyinin göstəricisi idi.

Zamanında aavtomobilə sahib olmaq üçün bəzən 5 il növbəyə durmaq lazım gəlirdi. "Trabant"a sahib olmaq keçmiş SSRİ-də QAZ-24-ə sahib olmaqla müqayisə edilə bilərdi.

1957-1991-ci illərdə 3.051.385 ədəd istehsal olunmuş "Trabant"dan 2007-ci ilin sonuna təqribən 52 000 ədəd qalmışdı. Almaniyanın birləşməsindən sonra, insanlar bu texnikadan kütləvi surətdə imtina etməyə başladılar. "Trabant"ın yeni modellərinin hazırlanması cəhdləri də iflasa uğradı. Bu gün avtomobilə muzeylərdə və "Trabant" həvəskarlarının kolleksiyalarında rast gəlmək mümkündür.

2009-cu ilin sentyabrında keçirilən Frankfurt - 2009 avtosalonundu isə elektrik mühərrikli "Trabant" təqdim olundu. Yeni "Trabi nT" adlı bu model 2012-ci ildə təqribən 20 min avroya satışa çıxarıldı.