U2

U2
U2
Loqonun şəkli
U2 qrupu (2009)
U2 qrupu (2009)
Əsas məlumatlar
Üslub rok
alternativ rok
post-pank
soft-rok
Fəaliyyət illəri 1976—h.h.
Ölkə İrlandiya İrlandiya
Şəhər Dublin
Leybl Island Records
MCA Music
Interscope
Mercury Records
Heyət Bono
Ec
Adam Kleyton
Larri Mallen
www.U2.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

U2 - Dublin mənşəli İrlandiya rok qrupu.

1976-cı ildə Dublində yaradılan qrup Bono (vokal və gitara), The Edge (gitara, piano və vokal), Adam Clayton (bass gitara), və Larry Mullen, Jr. (zərb alətləri və perkussiya) ibarətdir. İlk olaraq post-punk janrından qaynaqlanan U2 musiqisi sonradan pop musiqinin müxtəlif janrlarından bəhrələndi. Qrup fəaliyyətli dövrü ərzində melodik alətlər üzərində qurulan öz musiqi tərzlərini qoruyub saxlayıblar. Musiqilərində ilk olaraq, The Edge'in gitarasının səsi və Bono-nun fərqli vokalı diqqəti cəlb edir. Onların mətnləri, çox vaxt mənəvi, şəxsi və siyasi-sosial problemlərə həsr olunur. U2 qrupu üzvlərinin yeniyetmə çağlarında Mount Temple Comprehensive School adlanan məktəbdə yaradılmışdır. O vaxtı üzvlərin musiqi biliyi məhdud idi. 4 ildən sonra Island Records-la müqavilə imzalayıb, Boy adlanan debut albomlarını reliz ediblər. 1980-lərin ortalarında onlar artıq beynəlxalq məşhurluğu qazanmışdılar. 1987-ci ildə reliz olunan The Joshua Tree albomlarına kimi, onlar daha çox canlı konsert qrupu kimi məşhur idilər. Rolling Stone jurnalına istinad etsək, bu albom qrupu "qəhrəmanlardan ulduza çevirdi". Musiqidəki durğunluqlarına və 80-ci illərin sonunda onların ilk imiclərinə və musiqi xətlərinə qarşı olan tənqidi mövqeyə cavab olaraq qrup, 1991-ci ildə hit albom Achtung baby və bu albomu müşayiət edən Zoo TV Tour-la yenidən səs-küy yaratdı. U2 dance, indastriel və alternativ rok təsirini öz səs və ifalarına əlavə etdi və daha ironik və özünütənqidi imici özünüküləşdirdi. Oxşar hadisə 1990-cı illərdə də davam etdi. U2 2000-ci il albomları All That You Can't Leave Behind albomundan sonra tənqidi və kommersiya cəhətdən özünü təsdiqlədi. U2 22 studio albomu reliz etmişdir və dünya üzrə 150 milyondan çox albom satmaqla ən çox satılan ifaçılar siyahısındadır. Onlar bütün qruplardan çox, 22 Grammy Awards-a layiq görülmüşdür, və 2005-ci ildə onların adları elə irəli sürüldükləri ilk ildə "the Rock and Roll Hall of Fame"-ə əlavə edilmişdir. Rolling Stone U2-nu "100 Greatest Artists of All Time" siyahısında 22-ci yerdə yerləşdirmişdir. Musiqi karyeraları boyunca, qrup üzvləri istər qrup, istərsə də ayrıca musiqiçi kimi xeyriyyəçiliklə məşğul olublar.