Ukraynanın İspaniya səfirliyi
Ukraynanın İspaniya səfirliyi | |
---|---|
Koordinatlar | 40°26′18″ şm. e. 2°38′12″ ş. u.HGYO |
Yer | İspaniya |
Ünvan | Ronda de la Abubilla №52, Madrid |
Səfir | Sergey Poqorelsev |
Yurisdiksiya | Xarici İşlər Nazirliyi |
Sayt | www.spain.mfa.gov.ua |
Ukraynanın İspaniya səfirliyi (ukr. Посольство України в Королівстві Iспанія) — Ukraynanın İspaniyaın Madrid şəhərində yerləşən səfirliyi.
Vəzifələri
[redaktə | mənbəni redaktə et]Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir.
Tarixi
[redaktə | mənbəni redaktə et]1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı.
1992-ci il yanvarın 30-da Ukrayna və İspaniya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı.[1] 1995-ci ildə isə Ukraynanın İspaniya səfirliyi yaradıldı.
Ukraynanın İspaniyada olan fövqəldə və səlahiyyətli səfiri Sergey Poqorelsevdir. O, 2020-ci ildən bu vəzifədədir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ukraynanın İspaniya səfirliyi. "Посольство України в Королівстві Iспанія". www.spain.mfa.gov.ua (Ukraynanın İspaniya səfirliyinin rəsmi saytı) (ingilis). 24.02.2021. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.02.2021.