Urbinolu Venera
Urbinolu Venera — 1538-ci ildə italiyalı rəssam Tisianın yağlı boya ilə çəkdiyi rəsm əsəri.
Rəsmdə ilahə Venera ilə assosiasiya olunan çılpaq gənc qadın İntibah dövrü sarayında yataqda uzanılı vəziyyətdə əks olunmuşdur. Veneranın uzanma tərzi digər görkəmli italiyalı rəssam Corconenin yaratdığı və Tisianın özünün tamamladığı "Yatan Venera" rəsmindən götürülmüşdür. Şəkil Urbino qrafı tərəfindən sifariş verilmiş və ehtimal ki, nikahının şərəfinə hazırlanılmışdır.