Van gölü

Van Gölü
türk. Van Gölü
Van gölünün Kosmosdan görünüşü
Van gölünün Kosmosdan görünüşü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.640 m
Eni 119 km
Uzunluğu
  • 120 km
Sahil uzunluğu 430 km
Sahəsi 3574 km²
Həcmi 576 km³
Dərin yeri 451 m
Orta dərinliyi 161,2 m
Tökülən çaylar Bendimaxı,
Zeylan dərəsi,
Karaşu,
Miçinger ?
Axan çay Yoxdur
Duzluluğu 23 ‰
Yerləşməsi
38°36′57″ şm. e. 42°51′57″ ş. u.HGYO
Ölkə  Türkiyə
Yerləşməsi Ağrı dağı,
Şərqi Türkiyə
Van Gölü xəritədə
Van Gölü
Van Gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Van GölüTürkiyədə göl. Türkiyənin şərqində, Şərqi Anadolu regionunda yerləşir.

Urartaya qədərki dövrdə göl assuriyalıların dövründə Nairi ölkəsinin gölü adlanıb. Ehtimal edilir ki, assuriyalıların dilində Nairi Hurrilərə deyilib. Urartu dövründəki gölün adı dəqiq məlum deyildir, lakin bəzi qədim yunan coğrafiyaçılarının yazdığına əsasən həmin vaxt göl Arsene adlanırdı. Bundan əlavə, bir çox qədim yazıçılar "Tospitis" və ya o vaxtkı Urartu paytaxtı Tuşpa adına uyğun "Topitis" adını istifadə edirdilər. Müasir adı "Van" yəqin ki, Urartu dilində Biayni sözündən qaynaqlanıb.

Van Gölü qədim zamanlardan tarixi və coğrafi əsərlərdə qeyd edilib. Qədim Mesopotamiya mənbələrində Van Gölünün adı "Nairi Dənizi" qeyd edilib. Gölün elmi tədqiqi XIX əsrin ortalarında başladı. Regionda Britaniya təsirindən istifadə edərək gölü bir neçə Avropa səyahət və tədqiqatçıları ziyarət etdi. Onların bir çoxu sahəsi Xəritəçəkmə və ərazinin təsviri ilə məşğul olurdu. Bəziləri isə, məşhur İngilis arxeoloqu Layard da daxil olmaqla, göl yaxınlığındakı Urartu qalalarının qalıqları ilə maraqlanır. Bu dövrdə bir neçə təsviri və kartoqrafiya işləri nəşr olundu, gölün sahəsi və dəniz səviyyəsindən hündürlüyü nisbətən dəqiq müəyyən edilmişdir, lakin ciddi sürətdə maksimum dərinliyi lazımınca dəyərləndirilməmişdir. Bu dövrün əsas coğrafi problemləri Van gölünün suyun hərəkəti üçün axtarışı və Dəclə və Fərat çayları ilə göl hövzəsinin əlaqələri oldu. Belə bir əlaqənin olması rayonunun yüksəklik xəritəsi əsasında tərtib edildi.

Van Gölü tektonik mənşəli hövzəsinin qərb hissəsində yerləşir və bir neçə dağ sistemləri ilə əhatələnib. Cənubda Şərqi Toros dağları, şərqdə kürd dağları və şimal-şərqdə Aladağlar dağları ilə. Hövzəsinin qərb və şimal-qərbində bir neçə sönmüş vulkanları var. Orta pleystosen dövründə, 200,000 il əvvəl, Nemrut vulkanı püskürməsi 60 kilometr uzunluğunda lava axını formalaşdırdı. Bu Van hövzəsindən Muş hövzəsinə su axınını bağladı və gölün meydana gəlməsinə səbəb oldu. Belə ki, Van Gölü dağlarla əhatə olunmuş hövzənin ən dərin hissəsini tutur.

Fizioqrafiyası

[redaktə | mənbəni redaktə et]

Van gölünün sahəsi 3574 km²-dir və Türkiyənin ən böyük gölü və Yaxın Şərqdə ən böyük ikinci (Urmu gölündən sonra) göldür. Yerli sakinlər tarixən Van Gölü "dəniz" çağırıb. Van Gölü dəniz səviyyəsindən 1648 m yüksəklikdə yerləşir və üçbucaq xatırladan bir qeyri-düzgün forması var. Onun ən geniş hissəsində gölün eni 119 kilometrdir. Van gölünün orta dərinliyi 161.2 metr, su həcmi 576 kub kilometrdir. Gölün sahilləri əsasən dik qayalıqlardan ibarətdir. Van Gölündə, xüsusilə sahilləri yaxınlığında, bir çox kiçik adalar və dörd böyük ada var. Qadir, Çarpanak, AğdamarAtrik. Qadir, ən böyük adası gölün şimal hissəsində yerləşir. Çarpanak şərq sahillərində yerləşir, Ağdamar və Atrek adaları gölün cənub sahilində bir-birinə yaxın yerləşir.

Bu gün göl dörd kiçik çayla, eləcə də bahar dövründə yaxınlıqdakı dağların buzlarının əriməsi ilə qidalanır. Dörd çayların ən böyüyü Zeylan-Dərəsi (Zeylan) Aladağlar dağlarından qaynaqlanır. Karaş Çayı üzərində su anbarı tikilib. Van gölünün qar ilə əsasən təchiz edilməsi ilə əlaqədar gölün su səviyyəsi il ərzində 50 santimetr dəyişir və İyul ayında özünün pik nöqtəsinə çatır. Ən böyük göl doldurulması yaz yağışı və qarın əriməsinə görə aprel ayından iyun ayına kimi olan dövründə baş verir.

Bundan əlavə, Van Gölü su səviyyəsinin az araşdırılmış böyük dəyişikliklər yaşayır. Məsələn, XX əsrin 90-cı illərində göldə suyun səviyyəsi gözlənilmədən 2,6 metr artıb, geniş əkinçilik sahələrini basıb. 2000-ci ildə gölün suyu bir qədər çəkilib getdi. Daha ilk tədqiqatçılar Van gölünün sahilində terraslar olduğuna diqqət çəkdi. Bu gölün səviyyəsinin əvvəl indikindən 55 metr daha hündür olduğuna işarə edirdi. Sonrakı tədqiqatlar təsdiqlədi ki, son buzlaşmalarının ortalarında, təxminən 18 min il əvvəl, Van gölündə səviyyəsi hazırdakından 72 metr daha yüksək idi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]