Vatikan
Vatikan | |||||
---|---|---|---|---|---|
lat. Status Civitatis Vaticanæ it. Stato della Città del Vaticano | |||||
| |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Vatikan | ||||
İdarəetmə forması | tamamilə teokratik Konstitusiyalı monarxiya | ||||
Roma Papası | Fransisk | ||||
Dövlət Katibi | Tarçizo Bertone | ||||
Qubernator | Covanni Laylo | ||||
Sahəsi | Dünyada 232-ci | ||||
• Ümumi | 0,44 km² | ||||
• Əhali | (226-cı) | ||||
• Siyahıyaalma | 111,111,122 nəf. | ||||
• Sıxlıq | 1884 nəf./km² | ||||
Valyuta | avro | ||||
İnternet domeni | .va | ||||
ISO kodu | VA | ||||
Telefon kodu | +39, +379[2] | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Vatikan (lat. Vaticana; it. Vaticano) və ya rəsmi adı ilə Vatikan Şəhər Dövləti (lat. Status Civitatis Vaticanae; it. Stato della Città del Vaticano) — Cənubi Avropada şəhər-dövlət. Vatikan İtaliyanın paytaxtı Roma şəhərinin qərb hissəsində Monte-Vatikano adlanan təpə üzərində (xatırladaq ki, Roma şəhəri 7 təpə üzərində salınıb) yerləşən mikrodövlətdir. Ölkənin ümumi sahəsi 0.44 kvadrat kilometr və ya 44 hektar, əhalisinin sayı isə min nəfərdən çoxdur. Şəhər-dövlətin sərhədlərinin ümumi uzunluğu 2600 metrdir. Vatikan həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir. Lakin Vatikanı daim dünyanın siyasi xəritəsində görmək mümkündür. Roma Papası tərəfindən idarə edilən teokratik monarxiya olan Vatikan 11 fevral 1929-cu il tarixində Roma Katolik kilsəsi və İtaliya rəhbərliyi arasında imzalanmış Lüteran sazişi əsasında yaradılıb.[3] Belə kiçik ərazidə yerləşməsinə baxmayaraq, onun özünün 750 metr uzunluğunda dəmiryol xətti, vağzalı, poçt markaları, bayrağı himni, gerbi, polisi, hətta həbsxanası da var.[4]
Dövlət Azərbaycan rəsmi mənbələrində Müqəddəs Taxt-Tac adlanır.[5][6][7]
Etnik tərkibi
[redaktə | mənbəni redaktə et]İtalyanlar və isveçrəlilər üstünlük təşkil edir. Ənənəyə görə, Vatikan qvardiyası isveçrəlilərdən təşkil olunur.
Tarixi
[redaktə | mənbəni redaktə et]Vatikanı böyük əminliklə açıq səma altında muzey adlandırmaq olar. Bütün şəhər divarlarla əhatə olunub. Vatikan vətəndaşları iki kateqoriyaya bölünür: Müqəddəs Taxta xidmət edənlər və Papanın şəxsi İsveçrə qvardiyası. Burada vətəndaşlıq nəsildən nəslə keçmir və təqaüdə çıxdıqda vətəndaşlıq geri alınır. Bir şəxs artıq Vatikan vətəndaşlığından çıxdıqda və başqa heç bir vətəndaşlığı olmadıqda ona İtaliya vətəndaşlığı verilir.
Vatikan Dövlətinin tarixi eramızdan 756-cı ilindən, yəni frankların kralı gödək Pipinin o vaxt ki, Papa İkinci Strfana Roma şəhərinin və onun ətrafını bağışladıqdan sonra başlanır. Bağışlanan ərazidə isə heç bir dövlətə tabe olmayan müstəqil Papa vilayəti yaradılmışdır. 1870-ci ilə qədər bu vilayət feodal dövlət şəklində idarə olunub. 1505-ci ildən başıayaraq Papalar şəxsi nühafizələr üçün İsveçrənin katolik kantonlarının (vilayətlərinin) sakinlərindən öz qvardiyaları üçün əsgərlər toplayaraq məbədi təqribən 10 ilə tikilib.
Vatikan mütləq teokratik (dini) monarxiya şəklində idarə olunur. Dövlətin başçısı 1978-ci ilin 16 oktyabrından İkinci İoann Paveldir. Katolik dininin rəhbəri kimi qəbul etdiyi ad və soyaddılr. Milliyətcə polyak olan İoann Pavelin əsl adı və soyadı Rarol Boytıladır.
- Dövlət dili — latın və italyan.
- Dinə etiqad edənlər — katoliklər (100 faiz)
- Dövlət quruluşu — teokratik monarxiya
- Pul vahidi — italyan lirəsi
- Milli bayramı — 16 oktyabr- Roma Papasının seçildiyi gün
Siyasəti
[redaktə | mənbəni redaktə et]Vatikan siyasətinin daşıyıcıları dini idarələrdir. Vatikanın özünün verdiyi məlumata əsasən 1998-ci ilin əvvəlləri üçün bütün dünyada 1,7 mln. nəfər din xadimi, o, cümlədən 400 min keşiş fəaliyyət göstərir. Bunlardan əlavə 2,0 mindən artılq dini təriqət (orden) katolik dinin yayılmasında gecə-gündüz fəaliyyət göstərir. Təriqətlər arasında ən geniş yayılanları fransiskanlar və yezuitlərdir. Vatikan, həmçinin dünyəvi təşkilatların, həmkarlar, qadın, gənclər və s. təşkilatların vasitəsilə də öz siyasətini yürüdür. Bu təşkilatların əksəriyyəti Vatikanın Baş Katibliyinə tabe olan Beynəlxalq katolik təşkilatı konfransının tərkibində fəaliyyət göstərir.
Beynəlxalq münasibətlər
[redaktə | mənbəni redaktə et]Son illərdə Beynəlxalq münasibətlərdə Vatikanın rolu xeyli canlanmışdır. Buna təkan verən amil dövlət rəhbərliyinin, ilk növbədə papa İkinci İoann Pavelin siyasi dinamizmi olmuşdu. O, şəxsən aparıcı dövlət rəhbərləri ilə birbaşa münasibətlər, ünsiyyət yaratmağa müvəffəq olmuşdur. Vatikan rəhbərliyi beynəlxalq münasibətlərin ən mühüm istiqamətləri, yəni dünyanın ən ağrılı-acılı problemləri, kütləviu qırğın silahlarının tam ləğvi, regional münaqişələrin dinc yolla həll olunmasına, ətraf mühitin qorunması kimi məsələlərdə konstruktiv mövqedən çıxış edir. Papanın Latın Amerikası, Afrika, Asiya ölkələrinə tez-tez baş verən səfərləri buna misaldır.
Müqəddəs taxt dünyanın 174 ölkəsi ilə diplomatik münasibətləri dəstəkləyir. Bununla yanaşı, Vatikan 15 beynəlxalq təşkilatın üzvüdür.
Təhsil
[redaktə | mənbəni redaktə et]Vatikanda 1603-cü ildə yaradılmış Papa Elmlər Akademiyası fəaliyyət göstərir. Birbaşa Papaya tabe olan bu elm ocağı fizika, riyaziyyat və təbiət elmləri sahəsində aparılan tədqiqatlara öz vəsaiti ilə kömək göstərir. Riyaziyyat və təbiət elmləri sahəsində böyük elmi-təcrübi nailiyyətlər əldə etmiş mütəxəssislər Papa tərəfindən Papa akademiki kimi şərəfli ada layiq görülür. Hazırda dünyanın 20 ölkəsindən 70 alim Papa akademiki adını daşıyır.
Vatikan muzeyləri
[redaktə | mənbəni redaktə et]İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Vatikan qeyri-kommersiya iqtisadi planına sahibdir. Daha doğrusu ölkənin əsas gəlir mənbəyi bütün dünyadan olan katolikərin ianələri, turizm və suvenirlərin satışıdır. Ölkənin illik büdcəsi təqribi olaraq 310 milyon dollar olaraq qiymətləndirilir. Vatikan dünyanın ən böyük maliyyə mərkəzi, aksiya (qiymətli kağız) və kapital sahibidir. O, Ceneral Motors, Şell, Qalf oyl, Ceneral Elektrik və başqa nəhəng inhisarların buraxdıqları aksiyaların bir qisminin sahibidir. Vatikan ABŞ-nin, Böyük Britaniyanın, İtaliyanın iri bankıarı ilə əlaqədardır. Ölkədə olan aksiyaların və başqa qiymətli əşyaların, o cümlədən qızıl ehtiyatı da daxil olmaqla dəyəri 13 milyard ABŞ dollarından artıqdır. Vatikan eyni zamanda İtalya, İspaniya, Almaniya, Latın Amerikasının əksər ölkələrində iri torpaq, mülk sahibkarıdır. Katolik kilsəsinin və ayrı-ayrı adamların Vatikana göndərdikləri ianə ilə yanaşı dünya ailatelistləri üçün qiymətli marka, nymuzmatları üçün pul buraxmaqdan da böyük həcmdə gəlir əldə edir.
Vatikan dünyanın müxtəlif ölkələrində 100-dən artıq qəzet və jurnal çap etdirir. Vatikan radiosu dünyanın 32 dilində verlişlər aparır. Ölkədə informasiya agentliyi və xüsusi teleproqramlar hazırlayan mərkəz mövcuddur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ autori vari Vaticano, Stato della Città del // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1929.
- ↑ https://www.itu.int/dms_pub/itu-t/opb/sp/T-SP-E.164D-11-2011-PDF-E.pdf.
- ↑ http://banker.az/vatikan[ölü keçid] haqqinda-/Vatikan: ən kiçik ölkə haqqında bilmədiklərimiz
- ↑ C. Məmmədov, T. Gərayzadə "Qərbi Avropa dovlətləri", Bakı, Elm, 2001
- ↑ "Müqəddəs Taxt-Tac". 2023-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
- ↑ "Azərbaycan Müqəddəs taxt-tacda səfirlik açır". 2023-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
- ↑ "İlham Əliyev Müqəddəs Taxt-Tacın Azərbaycanda yeni təyin olunmuş apostol nunsisinin etimadnaməsini qəbul edib". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.