Veysəl Qarani
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Veysəl Qərani | |
---|---|
Üveys Bin Əmir-i Qərani | |
Doğum tarixi | 594 |
Doğum yeri | |
Vəfat tarixi | 28 mart 657[1] |
Vəfat səbəbi | döyüşdə ölüm |
Vikianbarda əlaqəli mediafayllar |
Veysəl Qərani və ya Üveys Qərani (Ərəbcə: أويس القاراني, Farsca: اویس , : اویس قرنی, Pəncabca: اویس قرنی) (d. 594, Mərib vilayəti]] Karen (Qarani) kəndi, Yəmən — ö. 657), Yəmənli və Türk əsilli bir Müsəlman, Tabein, Övliya, Zahid, Mistik və Filosof.
Veysəl Qərəninin nəsli Yəmən tayfalarından olan "Bəni Murad" (Muradoğullarından) gəlir. Murad tayfasının karan (Karen) (Qərəni) qəbiləsindəndir.Məhəmməd Peyğəmbər dövründə yaşamasına baxmayaraq onu heç görməmişdir.
Hilyətül Övliya kitabında da Əsbəğ ibn Nəbatə`yə istinadən rəvayət olunur ki, Üveysin Allah Rəsulunun yanına getməməsinin səbəbi onun anasına etdiyi yaxşılıqlar olmuşdur[2].
İbn Əsəm əl Kufi özünün "əl-Fütuh" kitabında yazır: "Bir kişi Abdullah ibn Abbas`a Üveys Qərəni haqqında soruşanda ibn Abbas belə dedi: Ayıb olsun sənə! Üveys Qərəni`nin böyük şöhrəti var. O, tabein nəslinin ağasıdır. Onun səbəbi budur ki, “Rəsulullah əshabına Ümmətim içərisində Üveys adında bir şəxs vardır ki, Rəbiə və Mudar qəbiləsindəki şəxslərin sayısı qədər insana şəfaət edəcək. Əgər o bir şey üçün Allah`a and içsə Allah onu andında doğru çıxarar. Məndən sonra kim onunla qarşılaşsa mənim salamamı ona çatdırın” deməsidir. Əli ona Ey Allah`ın Rəsulu! İçimizdə onunla qarşılaşan olacaq? deyə soruşanda Rəsulullah “Bəli ey Əli, sən onunla qarşılaşacaqsan. Onunla qarşılaşanda məndən ona salam de”.[3]
Həyatı
[redaktə | vikimətni redaktə et]Atasının adı Əmir olduğu üçün tam adı Üveys Bin Əmir-i Qərəni'dir. Atasını 4 yaşında itirdi. Əli ilə tanış olduqdan qısa bir müddət sonra da Kufəyə getdi.
Əsbəğ ibn Nəbatə`dən belə rəvayət edilir ki, biz Əmirəlmöminin Əli ilə bir yerdə Siffeyndə idik və 99 nəfər orada Həzrətlə beyət etdi. Əmirəlmöminin Əli buyurdu: "Yüzüncü adam hardadır? Allahın Rəsulu mənə buyurmuşdu ki, bu gün mənimlə yüz kişi beyət edəcək. Əsbəğ deyir: Bu zaman iki yun libas geymiş və iki qılınc asmış bir kişi irəli çıxdı və dedi: Əlini aç ki mən səninlə beyət etmək istəyirəm! Əmirəlmöminin Əli buyurdu: nəyə görə mənimlə beyət edirsən? Üveys dedi: Canımı sənin yolunda fəda etmək istəyirəm. O həzrət buyurdu: Sən kimsən? O, cavab verdi: Mən Üveys Qərəni`yəm!"[4].
Siffeyn döyüşü əsnasında, Əli tərəfində döyüşmüşdür. Onun gözləri qabağında döyüşərək şəhid oldu[4]. Əbdürrəhman ibn Əbu Bəkir belə dedi: "Tabein nəslinin ağası Üveys Qərəni də Əli ilə birlikdə idi və Siffeyn`də Əli`nin hüzurunda şəhid düşdü".[5] İbn Battuta Veysəl Qarani'nin Siffeyn döyüşü 'ndə Əli' nin ətrafında döyüşərkən öldürüldüyünü söyləyir.
Hərəm deyir ki: "Əli Kufə`dən hərəkətə keçip Muaviyə`nin üstünə getməyə qərar verəndə, Üveys Qərəni də onun yanına gəldi, Əli`yə salam verdi. Onunla birlikdə Siffeyn`ə çatdı. O, Əli ibn Əbu Talib`in öldürülən adamları arasında yer aldı".[6]
Veysəl Qərəni türbələri
[redaktə | vikimətni redaktə et]Veysəlin qəbri Suriya 'nın Ər-Rəqqə mühafazasındadır. Bursa vilayətinin Osmanqazi mahalında Veysəl Qarani məhəlləsi və Məscidi vardır. Veysəl Qaraninin müxtəlif dövlətlərdə türbəsi var.
23 iyun 2014 tarixində türbəsi İşid tərəfindən bombalanaraq yıxılmışdır. Adına bir digər Türbə isə Siirtın Baykan mahalında inşa edilmişdir. Veysəl Qarani soyundan Yaxın Şərqdə (Əsasən Türkiyə, Azərbaycan, Yəmən, Səudiyyə Ərəbistanı, Özbəkistan) və digər Müsəlman dövlətlərindən çox sayda nəsillər var. Azərbaycan Respublikasının Qazax rayonunun Aslanbəyli kəndində qəbri yerləşir. Azərbaycan Respublikasının Zərdab rayonunun Seyidlər kəndinin bir neçə kilometrliyində və Ağdaş rayonunun Xınaxlı (Qaxay) kəndində Veysəl Qaraninin Ziyarətgahı və qəbri yerləşir. Azərbaycanın müxtəlif rayon və şəhərlərində (Əsasən Qazax, Ağstafa, Zərdab, Ağdaş) Veysəl Qərəni`dən gələn nəsillər var.
Veysəl Qaraninin bir çox yerdə türbələri vardır. Başlıcaları bunlardır:
- Türkiyənin Siirt vilayətinin Baykan mahalında Veysəl Qərəni Türbəsi
- Suriyanın Dəməşq şəhərində
- Yəmən’də Zabit qəsəbəsi Kənarında Məşhədi Şərif
- Livanın Beyrut şəhərində
- Türkiyənin Diyarbakır vilayətinin Kerap mahalında
- Türkiyənin Bursa-Gəmlik yolu üzərində Atıcılar. (Bursada eyni zamanda dəvəsinin çöküb iz buraxdığı daşda vardır).
- Səudiyyə Ərəbistanının Hicaz bölgəsində
- Hindistanda
- İranın Xorasan bölgəsində
Peyğəmbər və Üveys
[redaktə | vikimətni redaktə et]Məhəmməd dövründə yaşamasına baxmayaraq Peyğəmbəri heç görməmişdir. Anasına verdiyi sözdən ötəri, Peyğəmbər görə bilmədiyi üçün səhabədən sayılmaz. Muhadramundandır. Muhadram təbiri, hədisçilər isdilahına görə həm cahiliyyə zamanını, həm də Peyğəmbərimizin Peyğəmbərlik zamanını idrak edib görmə şərəfinə nail olmadan, müsəlman olanlara verilən addır. Veysəl Qarani həzrətləri də bunlar arasında sayılmaqdadır. (Əhməd Naim, Təcridi Sarih Tərcüməsi, 1/35).Peyğəmbər Əfəndimiz, özünə hədiyyə olaraq xirqəsini göndərmişdir. Cəsədini almağa gələn 3 qəbilənin daşıdığı tabutlarda da kəramət göstərərək göründüyü deyilir. Beləcə bu 3 ayrı qəbilənin yaşayış yerləri olan Yəmən və Dəməşqdə olan türbələrinin yanında Siirt vilayətinin Baykan mahalının ziyarət diyarında də bir türbəsi olmuşdur. Yunus Əmrə tərəfindən şərəfinə, 'Yəmən illərində Veysəl Qarani' adlı şeir yazılmışdır.Özünə göndərilmiş olan Xirqəy-i Şərif, indi İstanbul Fətihdəki Xirqəy-i Şərif məscidində, soyundan gələnlərin himayəsindədir. Veysəl Qarani'nin, Din böyüklərimizin izah hekayələrində Peyğəmbər sevgisinin, ana sevgisinin böyüklüyü izah edilmişdir. Onun bu böyük duyğuları indiki vaxtda belə bir çox insana nümunə olmalıdır
Üveys’îyyə — Sührəvərd’îyyə Silsiləsi
[redaktə | vikimətni redaktə et]- Məhəmməd
- Ömər ibn Həttab
- Əli bin Əbu Talib
- Üveys Bin Əmir Əl-Qaranî
- Musa b. YAzid Raî
- Sultan Əbû İshak İbrahim Ədhəm
- Şakîk Bəlhî- Əbû Əmr Əl-İstahurî
- Əbu Cəfər əl-Həddad
- Cünəyd Bağdadî
- Mimşâd Dînəvərî
- Ahmed Esved Dîneverî
- Məhəmməd əl- Bəkrî
- Kadı Vəcihüddîn Ömər əl-Bəkrî
- İmam-i Qəzali
- Əbu’n-Nəcib Sührəverdî
- Şihâbəddîn Əbû Hafs Ömər əs-Sührəverdi
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Deutsche Nationalbibliothek Record #118985302 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Seyid Haşim Rəsuli Məhəllati, "İmam Əlinin(ə) həyatı", səh.235, Hilyətül Övliya kitabından nəqlən.
- ↑ İbn Əsəm əl Kufi, əl-Fütuh kitabı(türkcə), səh.572
- ↑ 1 2 Seyid Haşim Rəsuli Məhəllati, "İmam Əlinin(ə) həyatı",səh.235
- ↑ İbn Əsəm əl Kufi, əl-Fütuh kitabı(türkcə), səh.572
- ↑ İbn Əsəm əl Kufi, əl-Fütuh kitabı(türkcə), səh.578