Vyetnam
Vietnam Sosialsist Respublikası | |||||
---|---|---|---|---|---|
Cộng hòa Xã hội chủ nghĩa Việt Nam (Vietnamca) | |||||
| |||||
’'Độc lập - Tự do - Hạnh phúc “Müstəqillik - Azadlıq - Xoşbəxtlik” | |||||
Himn: Tiến Quân Ca | |||||
Tarixi | |||||
• Fransadan müstəqillik | 1945 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Hanoy | ||||
İdarəetmə forması | bir partiyalı unitar sosialist respublika | ||||
Prezident | Lương Cường | ||||
Baş nazir | Phạm Minh Chính | ||||
Sahəsi | Dünyada 66-cı | ||||
• Ümumi | 331,212 km² km² | ||||
• Su sahəsi (%) | 1,3 | ||||
Əhalisi | |||||
• Əhali | 95,000,000 nəfər (15-ci) | ||||
• Sıxlıq | 276,03 nəf./km² (46-cı) | ||||
İnternet domeni | .vn | ||||
ISO kodu | VN | ||||
BOK kodu | VIE | ||||
Telefon kodu | +84 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Şərq bloku |
---|
Vyetnam (vietnamca. Việt Nam) rəsmi olaraq Vyetnam Sosialist Respublikası (VSR) Cənub-Şərqi Asiyanın şərq hissəsində yerləşən sahəsi 331,212 kvadrat kilometr olan bir ölkədir və 99 milyon əhalisi onu dünyanın ən sıx 5-ci ölkəsi edir. Vyetnam şimaldan Çinlə, qərbdə Laos və Kamboca ilə quru sərhədlərini bölüşür. Siam körfəzi vasitəsilə Tailandla, Cənubi Çin dənizi vasitəsilə Filippin, İndoneziya və Malayziya ilə dəniz sərhəddini bölüşür. Paytaxtı Hanoi (vyet. Hà Nội) və ən böyük şəhəri Ho Chi Minhdir (vyet. Hố Chí Minh) (ümumiyyətlə keçmiş adı Sayqon ilə xatırladır).
Əhali
[redaktə | mənbəni redaktə et]2018-ci ildə Vyetnamın əhali sayısı təxminən 95,5 milyon idi. 2023-cü ildə əhalinin sayı 100 milyonu keçib
Din
[redaktə | mənbəni redaktə et]Vyetnamda müxtəlif dini inanclar mövcuddur. Burada əsasən buddizm, konfusiyalıq və daosizm geniş yayılıb. Bu dinlər vyetnamlılar və burada yaşayan çinlilər arasında daha geniş vüsət alıb. Buddizmdən bir sıra təriqətlər yaranıb. Sinkreq sektalar arasında kao-day sektası yeni yaranıb-1926-cı ildə. Bu təriqət özündə buddizmi, konfusiyalığı, daosizmi və xristianlığı sintez edir. Bu təriqətin ardıcılları 2 milyon nəfərdir və ölkənin cənub rayonlarında məskunlaşıblar. Ölkənin cənubunda yerləşən digər bir sektanın – xoa-xao- tərəfdarları (1,5 mln. nəfər) da kifayət qədər çoxdurlar. XVI əsrdən başlayaraq missionerlərin fəaliyyəti nəticəsində ölkəyə xristianlıq daxil olmağa başladı. Hal-hazırda Vyetnamda əksəriyyəti katolik (3 mln-dan çox) olan xeyli sayda xristian yaşayır. Ölkədə bir sıra protestant təşkilatlar, o cümlədən Vyetnam Yevangelist kilsəsi (50 min nəfər tərəfdarı var), xristian və missioner alyansı, yeddinci günün adventistləri və baptistlər fəaliyyət göstərir. Tyamların bir hissəsi və malaylar islamın sünnü məzhəbinə mənsubdurlar. Tyamların üçdə iki hissəsi özlərinin qədim brahman inanclarını qoruyub saxamışlar. Ölkənin daxili rayonlarında bəzi xalqları arasında qəbilə kultu hələ də qalmaqdadır. Son illərdə vyetnamda ateistləri sayı sürətlə artır. 1 aprel 1999-cu il siyahıya almasına əsasən əhalisi 76.323.173 nəfər olmuşdur .[3] Vyetnamın əksər əhalisini vyetlər və 50-dən çox azsaylı xalqlar təşkil edir. Bunlar: txay, txo, nunq, mionq, tiyam, kxmer, xaray, edə və başqalarıdır.[4]
Siyasət
[redaktə | mənbəni redaktə et]Vyetnam Sosialist Respublikasında tək qanuni partiya iqtidardakı Vyetnam Kommunist Partiyasıdır. 1975-ci ildəki konstitusiyanın dəyişdirilməsi ilə 1992-ci ilin aprel ayında yeni konstitusiya qəbul edildi. Kommunist partiyanın inzibati anlayışı rəhbərliyin, siyasətin bütün vahidlərində yenidən tətbiq olundu.
Bunlar Vyetnam Anayurd Cəbhəsi işçilərini və biznesmen ticarət birliklərini əhatə edir. Hər nə qədər əyalət ictimai rəhbərliyi sosialist olsa belə, onun tətbiqi, 1990-cı illərdən bəri azalaraq davam edən ideoloji təsiri altındadır. Vyetnam Prezident adi halda əyalət başçısı olsa belə normalda Vyetnam ordusunun başkomandiridir. Bundan başqa Milli Müdafiə və Təhlükəsizlik vəzifəsindədir. Vyetnam Baş naziri Nuyan Tan Dun, hökumətin başçısıdır. Bundan başqa 3 köməkçi nazirdən ibarət Nazirlər Kabinetinin və 26 nazirin başçısıdır.
Gəzməli-görməli yerlər
[redaktə | mənbəni redaktə et]Paytaxt Hanoy bir çox tarixi və arxitektura binaları, Budda məbədi və s. ilə turistləri cəlb edir. Vyetnam turizminin incisi Halonq (əjdaha) körfəzi hesab olunur. Körfəzi çoxları dünyanın səkkizinci möcüzəsi hesab edir. 1500 kvadrat kilometrlik dəniz ərazisində 1600-dək qəribə formada ada və qayalar səpələnib. Qışda orta temperatur +18–20, yayda +25 dərəcədən yuxarı olur. Çoxlu sayda meymunlar saxlanan Meymunlar adasına da gedə bilərsiniz. Şəhər bazarında ağ mərcanlar, balıqqulağı və dəniz mirvarisindən dekor və bəzək əşyaları satılır. Nyaçanq Vyetnamın məşhur turizm və kurort mərkəzidir. Axırıncı imperator Bao Pay burada özünün möhtəşəm yay sarayını tikdirib. Sarayda heyrətamiz okeanariumu olan Okeanologiya İnstitutu fəaliyyət göstərir. Teynin şəhərində bir çox dinləri — buddizmi, daosizmi, xristianlığı, islamı özündə birləşdirən kaodaizmin əsas ziyarətgahı olan "Ulu məbəd" — Kaoday yerləşir. Yeri gəlmişkən, buddist məbədlərinə ayaqqabı ilə girmək, çıxarkən arxanızı məbədə çevirmək olmaz. Məbədin ətrafında isə saat istiqamətində dolanmaq, çəkiliş üçün pul ödəmək və icazə almaq lazımdır. Ən çox turist cəlb edən yerlərdən biri də dağ kurortu Dalatdır. Kurort sərin iqlimi, həmişəyaşıl meşələri, mənzərəli gölləri və çayları ilə tanınır. Vyetnamın ən məşhur şəhərlərindən biri — Xoşiminin küçələri bazar, mağaza, kafe mərkəzidir. Vyetnamın mağaza və bazarlarında ən aşağı qiymətlərlə yerli malları — təbii ipəkdən və nadir ağaclardan, sədəf və gümüşdən, daş, sümük və metaldan hazırlanmış məhsullar ala bilərsiniz. Paytaxt Hanoyda və ölkənin ikinci böyük şəhəri olan Xoşimində Avropa malları satılan çoxlu sayda ticarət mərkəzləri də fəaliyyət göstərir. Vyetnamda hər zövqə uyğun əyləncə tapmaq olar — fillərlə gəzintidən, ilanlı restoranlardan, timsah qoruğundan kazino və gecə klublarına kimi.[5]
Turistlərin diqqətini cəlb edən bayramlar
[redaktə | mənbəni redaktə et]Ölkədə keçirilən çoxsaylı bayramlar həm Vyetnam xalqının qədim adət-ənənələri və inancları, həm də daha sonralar baş verən tarixi hadisələrlə bağlıdır. Tet bayramı ay təqviminə əsasən hesablanır və baharın əvvəli hesab olunur. Bayramın gəlişinə bir neçə gün qalmış park və bağçalarda güllər əkilir. Xanımlar yapışqan düyüdən piroq bişirirlər. Bayram üçün uşaqlara əlvan rənglərdən, gənc qızlara zərif rəngli ipəkdən, orta yaşlı qadınlara bənövşəyi rəngli parçadan paltarlar tikilir. Gənclər küçə və meydanlarda bər-bəzəkli kağız və karton əjdahalar gəzdirirlər.
29 iyun — Buddanın doğum günü qeyd olunur. Budda məbədində rahiblər dini ayinlər yerinə yetirirlər. Bundan başqa, ölkənin tarixi-siyasi həyatı ilə bağlı (Qələbə günü — Sayqonun (indiki Xoşimin) azad edilməsi (30 aprel), Uşaqlar günü (1 iyun) və s. bayramlar da turistlərin diqqətini cəlb edir.
Mətbəx
[redaktə | mənbəni redaktə et]Böyük şəhərlərdə hər zövqə və cibə uyğun restoran tapmaq mümkündür. Vyetnam mətbəxi qeyri-adiliyi və zərif dadıyla fərqlənir. Nə Çin, nə Koreya, nə də yapon mətbəxinə oxşayır. Eyni zamanda bütün Asiyada olduğu kimi, burada da mətbəxin əsasını düyü, əriştə və ədviyyatlar təşkil edir. Nanə, keşniş, balıq sousu, istiot, sarımsaq Vyetnam yeməklərinə özünəməxsus ətir verir. Acı olmayan zərif ədviyyatlar, yağdan minimal dərəcədə istifadə, düyü yeməklərinin, tərəvəzlərin, dəniz məhsullarının rəngarəngliyi Vyetnam mətbəxini həm dadlı, həm də orqanizm üçün faydalı edir. Uzun illər Fransanın müstəmləkəsi olmuş ölkədə fransız mətbəxinin ənənələri geniş yayılıb. Ölkə həmçinin fransızların qəhvəyə olan məhəbbətini də mənimsəyib.
Vyetnam mətbəxi öz müxtəlifliyinə görə çox fərqlənir. Deyilənə görə, 500-ə yaxın milli yemək nümunəsi var. Düyü nişastasından və meyvələrdən hazırlanmış şirin desertlər də burada çox populyardır. Bəzi yeməklərin hazırlanmasında avropalılar üçün çox qəribə görünən inqrediyentlərdən, məsələn, ilanlar, qurbağalar, hörümçəklərdən istifadə edilir. Vyetnam mətbəxinin əsasını müxtəlif tərəvəz və ölkədə çox məşhur olan balıqla bəzədilmiş ağ düyü təşkil edir. Vyetnamlılar özləri mətbəxlərini belə xarakterizə edirlər: "Xoşagəlməz iylə müşayiət olunan mükəmməl dad". Milli mətbəx Vyetnamın regionlarına görə çox fərqlənir. Şimal daha çox məşhur şorbası, qızardılmış əti, dəniz məhsulları ilə tanınır. Cənubda ədviyyatlardan çox istifadə olunur. Yerli əhaliyə gəlincə, vyetnamlılar çox zəngin mədəniyyətə malik sülhsevər bir xalqdır və bu xüsusiyyətləri ilə turistləri daha çox cəlb edirlər.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Vyetnamda rabitə
- Sənaye və Ticarət Nazirliyi (Vyetnam)
- Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyi (Vyetnam)
- Vyetnam Sosial və Humanitar Elmlər Universiteti
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 5.3 // Constitution of Vietnam (2001).
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ "Vyetnam Mərkəzi Statistika Ofisi". 2012-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-24.
- ↑ "Vyetnam Mədəniyyəti". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-14.
- ↑ "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-06.