Yəzdanizm

Yəzdanizm dininin əsas müqəddəs və ziyarətgah olaraq qəbul edilən Şeyx Adi bin Müsafirin məzarının yerləşdiyi Laliş məbədi.
Yezidilər üçün bir digər müqəddəs məbəd hesab edilən Sinjar məbədi İraqın şimal bölgəsində yerləşir.

Yəzdanizm (kürd. Yezdanîtî) — Yezidilərin inandığı, İslam dini ilə geniş əlaqəsi olmayan əsasən İraqSuriya kimi ərazilərdə ardıcıllarının olduğu din. Yəzdanizm sözünün kökü Avesta dilində olan Yazata sözündən yarandığı ehtimal edilir. Sözün kürd dilində olan qarşılığı sitayiş edilməyə dəyər mənasını verir. Yəzdanizm dinin konkret yaranmağa tarixi məlum deyil. Dinin müasir halının VIII–XII əsr aralığında İraqda yaşayan kürd tayfaların arasında yarandığı təxmin edilir. Yəzdanizmə inan yezidilər isə onların ardıcılı olduqları dinin qədim tarixə malik olduğunu və tarixin Qədim Mesopotamiya dininin yarandığı dövrdə qədər uzandığını iddia edirlər. Yəzdanizmdə konkret dini ədəbiyyat yoxdur. Bunun əsas səbəbi dinin daşıyıcısı olan şəxslərin ritual və əfsanələri nəsildən-nəsilə şifahi şəkildə ötürməsi olmuşdur.

Yəzdanizm dini mövcud olduğu dövrdən etibarən, səmavi dinlər və əsasəndə İslam dinin ardıcılları tərəfindən mənfi qarşılanmışdır. Bunun əsas səbəbi isə yezidilərin Mələk Tavus adını verdikləri və səmavi dinlərdə şeytan olaraq təsvir edilən varlığa inanmalarıdır. Yezidilərə görə əsas tanrı Azdadır. Azda xoş niyyətli olduğundan ona ibadət edib günahların bağışanılması üçün dua edilməsinə gərək yoxdur. Dualar və bağışlanılmaqla bağlı istəklər Mələk Tavus üçün edilir. Duaların və istəklərin Mələk Tavus üçün edilməsinin əsas səbəbi isə insanların cəzalandırılması prosesində əsas söz sahibinin bu məlak olmasıdır. Yəzdanizm dininin çox sərt qaydaları mövcuddur. Dini mətnlərin, yezidi olmayan bir şəxs tərəfindən oxunması və ya yayılması qadağandır. Bir şəxs sonradan yezidi ola bilməz. Bu din insanlara nəsildən nəsilə ötürülür və bir şəxsin sonradan bu dindən imtina edərək çıxmasının cəzası ölümdür.

Yezidilər üçün əsas müqəddəs məkan və eyni zamanda bir həcc mərkəzi olan Laliş məbədidir. Bu məbəddə yəzdanizm dinin əsas fikir sahiblərindən biri olan Şeyx Adi bin Müsafirin məzarı yerləşir. Yezidilər hər ilin bəlli günlərində bura həcc ziyarətləri həyata keçirirlər. Bu gün dünyada 800.000 civarında yezidinin yaşadığı təxmin edilir. Yezidilərin 650.000[1] min nəfəri İraq, 50.000[2][3] min nəfəri Suriya ərazilərində yaşayır. Ermənistan ərazisində 35.000[4] minlik, Gürcüstanda isə 20.000[5] min nəfərə yaxın yezidi kürdünün yaşadığı məlumdur. Ümumən Qafqazda yaşayan kürdlərin böyük bir qismi yəzdanizm inancına sahibdirlər. Yezidilərin yaşadığı ənənəvi çoğrafi bölgələrlə yanaşı, xarici ölkələrdə yaşayan kürdlərin formalaşdırdığı yezidi-kürd toplumlarıda mövcuddur. Bunlardan Almaniyada sayları 60.000[6] nəfərə yaxınlaşan yezidi icmasını misal göstərmək olar. Rusiyada isə 40.000[7] dən çox yezidinin yaşadığı məlumdur.

Yezidilər üçün əsas inanclar

[redaktə | mənbəni redaktə et]
  • Dünya sonsuzdur. Dünyanı yaradan tanrı onu əsla dağıtmaz.
  • Təbiətin qorunması və təbiətə sevgi əsasdır.
  • Gündə üç dəfə üzü Günşə tərəf ibadət edilməlidir[8]
  • Çərşənbə günü, Mələk Tavus və ilk iki insanın yaradıldığı gün olduğu üçün həmin gündə insanların istirahət etmələri vacibdir.
  • Ancaq Şahid bin Carın nəslindən olan şəxslər Yezididilər, bir şəxsin sonradan yezidi olması mümkün deyildir.
  • Şeytanın adını tələffüs etmək, onun adı ilə bağlı olan Kitan, mel'un, ŞarŞat kimi kəlimlələri işlətmək, adın müqəddəs olması səbəbindən haramdır.
  • Müqəddəs hesab edilən ağaclara sitayiş edilir.
  • Qadınların saclarının kəsilməsinə icazə verilmir.
  • Aprel ayında evlənmək günah hesab olunur.
  • Ətirli balqabaq, Ceyran əti və Kahı yemək haram sayılır.
  • Müqəddəs rəng olduğu üçün tünd göy rəngli paltarların geyinlməsi məqbul hesab edilmir.
  • Şeyxlər, pirilər və müridlərdən ibarət camaat sistemi mövcuddur. Yezidilərin bu camaat daxilində olan şəxslərlə evlənməsi arzu edilir.
  • Şeyxlərə özəl günlərdə pul verilməlidir.
  • Yuxarı sinif mənsublarına bir necə qadınla evlənməsinə icazə vardır.
  • Başqa din mənsubu ilə evlənən şəxs afaroz edilir və hətta öldürülür.
  • Reinkarnasiya inancı mövcuddur.
  • Vəftiz prosesi mövcuddur.
  • Mitraizm dində olduğu kimi inəklərin qurban kəsilməsi halı vardır.
  1. Iraq Yezidis: A Religious and Ethnic Minority Group Faces Repression and Assimilation Arxivləşdirilib 2006-01-09 at the Wayback Machine By Christian Peacemaker Teams in Iraq (25 September 2005)
  2. "Yazidi in Syria Between acceptance and marginalization" (PDF). KurdWatch. kurdwatch.org. səh. 4. 7 April 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 April 2014.
  3. Andrea Glioti. "Yazidis Benefit From Kurdish Gains in Northeast Syria". al-monitor. 18 October 2013. 19 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2014.
  4. "2011 Armenian census" (PDF). 2017-10-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-12-28.
  5. "ETHNIC GROUPS BY MAJOR ADMINISTRATIVE-TERRITORIAL UNITS" (PDF). 2012-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-12-28.
  6. Megalommatis, Muhammad Shamsaddin. "Dispersion of the Yazidi Nation in Syria, Turkey, Armenia, Georgia and Europe: Call for UN Action". American Chronicle. February 28, 2010. March 6, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 20, 2010.
  7. "Всероссийская перепись населения 2010 г. Национальный состав населения Российской Федерации". Demoscope. Demoscope. 17 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2013.
  8. "The Devil worshippers of Iraq - telegraph.co.uk". 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-28.
  • Izady, Mehrdad R. (1992), The Kurds: A Concise Handbook, Taylor & Francis, ISBN 0-8448-1727-9
  • Kjeilen, Tore (2007), "Yazdanism", Encyclopaedia of the Orient, lexicorient.com