Yengicə (Zəngibasar)

Kənd
Yengicə
40°06′19″ şm. e. 44°25′48″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngibasar mahalı
Rayon Zəngibasar rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1897[1]
Sahəsi
  • 2,92 km²
Mərkəzin hündürlüyü 855 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.155 nəf. (2011)[2]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Yengicə xəritədə
Yengicə
Yengicə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yengicəİrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd.[3][4][5]

Rayon mərkəzindən 10 km şimalda yerləşir. "İrəvan əyalətinin dəftəri"ndə Yenicə kimi[6], Qafqazın 5 verstlik xəritəsində Yengicə formasında[7] qeyd edilmişdir. Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur.

Toponim "təzə" mənasında yengi (ədəbi dildə yeni işlədilir) sözünə çoxaltma dərəcəsini əmələ gətirən -cə şəkilçisinin artırılması ilə düzəlmişdir. Relyef əsasında əmələ gələn düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.1978-ci il fərmanı ilə adı dəyişdirilib Norabats qoyulmuşdur.[8]

Kənddə 1897-ci ildə 27 nəfər, 1908-ci ildə 75 nəfər, 1914-cü ildə 90 nəfər, 1916-cı ildə 46 nəfər yalnız azərbaycanlı yaşamışdır[9].1949-cu ildə əhalisi Azərbaycana köçürülmüş və ermənilər yerləşdirilmişdir. 1991-ci ildə kənd ermənicə Sisavan adlandırılmışdır. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş və buraya Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 20 nəfər azərbaycanlı yaşamışdır ki,[10] onlar da 1924–25-ci illərdə yenidən qovulmuşdur. 1950-ci ildə kəndin əhalisi Azərbaycana köçürülmüş və ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

  1. https://www.cadastre.am/storage/files/pages/pg_8945895618_pg_907871769_HH_bnak._bar..pdf.
  2. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  3. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
  4. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
  5. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852. .
  6. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.75
  7. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.92
  8. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Јенҝиҹә // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  9. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.48–49. 128–129
  10. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s. 128–129