Ömər ibn Xəttab
Ömər ibn Xəttab | |
---|---|
ərəb. عُمَرُ بْنُ الْخَطَّابِ | |
634 – 3 noyabr 644 | |
Əvvəlki | Əbu Bəkr |
Sonrakı | Osman ibn Əffan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 586 |
Doğum yeri | |
Vəfat tarixi | 3 noyabr 644[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | bıçaq xəsarəti[d] |
Dəfn yeri | |
Fəaliyyəti | dövlət xadimi, Xəlifə, imam, dini rəhbər[d], Səhabə |
Həyat yoldaşları | |
Uşaqları | |
Dini | islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Ömər ibn əl-Xəttab və ya I Ömər (ərəb. عمر بن الخطاب; təq. 586, Məkkə – 3 noyabr 644[1], Mədinə) İslam peyğəmbəri Məhəmmədin səhabəsi və Rəşidi xilafətinin ikinci xəlifəsidir 634-cü il avqustun 23-də Rəşidi xilafətinin ikinci xəlifəsi oldu və öldürüldüyü 644-cü ilə qədər bu vəzifəni icra etdi.
Həyatı
[redaktə | vikimətni redaktə et]583-ci ildə Məkkədə doğulub. Ömər Bəni Ədiy qəbiləsindən olub, atasını adı Xəttab ibn Nüfeyl, anasının adı isə Hantəmə bint Haşimdir. Anası Bəni Məhzum qəbiləsindəndir. Əbu Cəhl kimi tanınan Amr ibn Hişam Ömərin ögey dayısıdır. Ömər eyni zamanda Məhəmməd peyğəmbərin uzaq qohumudur. Ailəsi orta sinifə mənsub, atası isə tacir idi. Məhəmməd peyğəmbərin ən qatı düşmənlərindən biri olan Ömər, Darunnədvədəki "qubbə" vəzifəsini icra edirdi[3]. Pəhləvanlar kimi cüssəli olan Ömər, atasının dəvələrini otarar, içkini və qadını çox xoşlayar, yaxşı at minər, silahdan yaxşı istifadə edərdi. Şeirə həvəsli olduğu, səsil danışdığı, oxuma-yazma bildiyi, ticarətlə məşğul olduğu və bu məqsədlə Suriyaya, İraqa və Misirə səfər etdiyi rəvayət edilmişdir.
Müsəlman olması
[redaktə | vikimətni redaktə et]Bisətin 6-cı ilində, miladi 616-cı il də müsəlman olmuşdur.[4] Onun müsəlman olmasından sonra müsəlmanların möyqeyi Məkkədə bir qədər güclənir[5][6]. Məhəmməd peyğəmbər ona "Faruq (ərəbcə: الفاروق)" ləqəbini verir[7]. Ömər Məkkəni açıq-aşkar, məkkəlilərə meydan oxuyaraq tərk edən yeganə şəxs olur[8]. "Əmir-əl möminin (ərəbcə: أمير المؤمنين)" ləqəbindən istifadə edən ilk Ömər olmuşdur. Belə ki, Ömrə məktub yazan Əbu Musa əl-Əşəri, Ömərə bu ləqəblə xitab etmiş[9] və bu ləqəb sonradan məşhurlaşmışdır.
634-cü ildə xəlifə olan Ömər öz xəlifəliyi dövründə aşağıdakı yenilikləri etmişdir:
[redaktə | vikimətni redaktə et]- Xəzinənin gəlir və xərclərinin tənzimlənməsi,
- Təqvimin başlanğıcı olaraq Hicrətin seçilməsi,
- Məhkəmə sisteminin yaradılması
- Dövlətin ərazisinin vilayətlərə bölünməsi
- Həbsxanaların inşası,
- Polis təşkilatının yaradılması,
- Ordunun əməliyyat istiqamətiin müəyyənləşdirilməsi,
- Bəsrə[10] və Kufə[11] şəhərlərinin salınması əmrinin verilməsi,
- Xaricilər ticarətlə məşğul olmalarına icazə verilməsi,
- Kimsəsiz yəhudi və xristianlara təqaüdlərin verilməsi,
- Sulama sisteminin qurulması
- Hər məsciddə vəaz və nəsihətin verilmə ənənəsinin əsasının qoyulması,
- İmam və müəzzinlərə maaşın verilməsi.
Evlilikləri və övladları
[redaktə | vikimətni redaktə et]Ömərin müxtəlif vaxtlardakı evlilikləri bunlardır:
1) Ömər İslam əvvəlki dövrdə Zeynəb binti Məzun ilə ailə qurmuşdur. Bu nikahdan Abdullah, Həfsə və Əbdürrəhman dünyaya gəlmişdir.
2) Ömər yenə Məkkədə İslamdan əvvəlki dövrdə Muleykə binti Cəvrəl ilə ailə qurmuşdu. Bu qadına Ümmü Gülsəm də deyirdilər. Ömər bu qadınla Mumtəhinə surəsinin 10-cu ayəsi enənə qədər evli qalmış, ayə endikdən sonra bu xanımı boşamışdır.[12]
3) Ömər ibn Xəttab Məkkədə, Məhzumoğullarından Ümmü Hakim binti Hişamla evlənmişdir. Bu nikahdan Fatimə binti Ömər doğulmuşdur.
4) İslam əvvəlki dövrdə yenə Məhzumoğullarından, Qureybə binti Əbu Ümeyyə ilə evlənmişdir. Yenə Mumtəhinə surəsinin 10-cu ayəsi endikdən sonra Ömər bu qadını boşamışdır.[13][14][15]
5) Təxminən 629-cu (hicri 7-ci) ildə, Mədinədə ənsardan Asiyə (Cəmilə) binti Asim ibn Sabit ilə ailə qurmuşdur. Bu nikahdan Asim ibn Ömər dünyaya gəlmişdir.
6) Təqribən 639-cu ildə (hicri 17) Ümmü Gülsüm binti Əli ilə evlənmişdir.[16] Bu nikahdan Zeyd ibn Ömər və Ruqiyyə binti Ömər dünyaya gəlmişdir.[17]
7) Ömər Yəməndən olan Luhəyyə (Lihyə) adlı xanımla da ailə qurmuşdur. Bu nikahdan Əbdürrəhman əl-Əsğər (Kiçik Əbdürrəhman) dünyaya gəlmişdir. Təqribən 626-cı ildə içki içdiyi üçün şəxsən atası Ömər tərəfindən qamçılandığı üçün "Əbu Şahmə" olaraq adlandırılmışdır.
8) Ömər öz qohumlarından olan Atikə binti Amr ilə də ailə qurmuşdur.[18][19]
Bunlardan başqa Ömər Mədinədə olarkən Əbu Bəkrin qızı Ümmü Gülsüm ilə də ailə qurmaq istəmişdir, lakin Ümmü Gülsüm Ömərin xarakterinin sərt olduğunu söyləyərək evlənməkdən boyun qaçırmışdır.[20]
Vəfatı
[redaktə | vikimətni redaktə et]Ömər, miladi 31 oktyabr 644-cü ildə, Muğirə ibn Şöbənin fars köləsi tərəfindən, Mədinədə, sübh namazını qılarkən hücuma məruz qalmışdır. Aldığı zərbələrdən üç gün sonra, 3 noyabr 644-cü ildə Mədinədə vəfat etmişdir.
Hədis elmindəki yeri
[redaktə | vikimətni redaktə et]Ömər peyğəmbərdən 539 hədis rəvayət edilmişdir.[21] Bu hədislərin hamısı Altı kitabda rəvayət edilmişdir. Bunların 81-ini Buxari və Müslimin özlərinin "əl-Cəmius-Səhih" adlı əsərlərində qeyd etmişlər. Bu 81 hədisin 26-sı həm Buxarinin, həm də Müslimin kitablarında mövcuddur. Yerdə qalan hədislərin 34-ünü yalnız Buxari, 21-ini isə yanlız Müslimin öz kitabında rəvayət etmişlər.[22]
Haqqında söylənmiş kəlamlar
[redaktə | vikimətni redaktə et]Məhəmməd peyğəmbərin Ömər haqqında söylədiyi bəzi kəlamlar bunlardır:
"Məndən sonra peyğəmbər gəlsəydi, o Ömər olardı."[23]
Allah, haqqı Ömərin dilinə və qəlbinə qoymuşdur."[24]
Oğlu Abdullah atası haqqında bunları demişdir:
“Atam Ömər, hər hansı bir şey haqqında «mən belə düşünürəm» desəydi həmin şey onun düşündüyü kimi olardı.” [25]
Haqqındakı fikirlər
[redaktə | vikimətni redaktə et]İbadilər, Zeydilər, Dürzilər və Sünnilər ona hörmət edirlər. Cəfərilər isə onu Əlinin haqqı olan xəlifəliyi qəsb etməkdə, Əlinin evinə hücum edib, Fatiməni öldürməkdə ittiham edirlər. Bəzi yazarlara görə isə Öməri yanlız Mark Avreli ilə müqayisə etmək olar.[26]
Hərbi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Ömər ibn Xəttabın dövründə baş verən döyüşlər.
[redaktə | vikimətni redaktə et]Əcnadeyn döyüşü.[27]
[redaktə | vikimətni redaktə et]Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü.
- Sosial nəticə:
- Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634).
- Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər.
- Siyasi nəticə:
- Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır.
- Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır.
- Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı.
Kadisiyə döyüşü.[28]
[redaktə | vikimətni redaktə et]Müsəlmanlara Şimali İraq və İranın qapılarını açan meydan döyüşü (15/636).
- İqtisadi nəticə:
- Bu döyüşün nəticəsində müsəlmanlar böyük miqdarda qənimət ələ keçirdilər. Bunların ən qiymətlisi İran bayrağı idi.
- Sosial nəticə:
- Sərkərdə Rüstəmin Hilal ibn Ulləfə tərəfindən öldürülməsindən sonra Sasani ordusu dağıldı.
Siyasi nəticə.
[redaktə | vikimətni redaktə et]- Bu qələbə nəticəsində İraqın qapıları müsəlmanların üzərinə açıldı.
- İran dövlətinin süqutu başlandı.
- Sasanilərin paytaxtı olan Mədainin fəthinə az qaldı.
Yərmuk döyüşü.[29]
[redaktə | vikimətni redaktə et]Suriyada Bizans hökmdarlığına son qoyan və müsəlmanların bölgəyə hakim olmasına səbəb olan döyüş (15/636).
- Sosial nəticə:
- Bizans ordusu ağır bir məğlubiyyətə uğradı.
- Sərkərdə Theodoros və çox sayda əsgər öldürüldü.
- Sağ qalanlar Fələstin, Hələb və Əlcəzair tərəflərə qaçdılar.
- Siyasi nəticə:
- Suriyada Bizans hakimiyyətinə son qoyuldu.
- Müsəlmanlar Suriyaya hakim oldular.
Celula döyüşü.[30]
[redaktə | vikimətni redaktə et]Ömərin dövründə İraqda müsəlmanlarla Sasanilər arasında cərəyan edən döyüş.
- İqtisadi nəticə:
- Müsəlmanlar böyük bir həmlə ilə Sasani ordusunu məğlub etdilər.
- Böyük qənimət ələ keçirildi.
- Siyasi nəticə:
- Celula döyüşü ilə müsəlmanlar Kadisiyədən sonra Sasanilərə böyük bir zərbə vurmuş oldular.
Körpü döyüşü.[31]
[redaktə | vikimətni redaktə et]Bu Döyüş 13 Ramazan sonu/Kasım 634-cü ildə baş vermişdir.
- Sosial nəticə:
- Müsəlmanlar döyüşdə məğlub oldular.
- İlk fəthlər sırasında ən ağır məğlubiyyətlərdən sayılır.
Nəhavənd döyüşü.[32]
[redaktə | vikimətni redaktə et]Bu döyüş 642-ci ildə Xilafət və Sasanilər arasında baş vermişdir.
- Sosial nəticə:
- Sasani ordusu məğlub oldu.
- Bu məğlubiyyətdən sonra Sasanilər bir daha özlərinə gələ bilmədilər və imperiya sürətlə dağılmağa başladı.
- Siyasi nəticə:
- Nəhavənddə qazanılan zəfər Fəth-ul-futuh (fəthlər-fəthi) adlandırılmışdır.
- Bu döyüşdən sonra müsəlmanlar İranı demək olar ki, heç bir maneəyə rast gəlmədən fəth etmişdilər.
Ömər ibn Xəttabın dövründə baş vermiş fəthlər.
[redaktə | vikimətni redaktə et]Misirin fəthi.[33] [34]
[redaktə | vikimətni redaktə et]Misir 642-ci ildə fəth edildi.
- Sosial nəticə
- Müsəlman Ərəblər, Misirin yerli xalqına heç bir zülm vermədilər, əksinə onlarla çox yumşaq rəftar edirdilər. Onları dinlərində qalmaq və ya İslamı qəbul etmək xüsusunda sərbəst buraxdılar. Misirlilərdən müsəlman olanlar, müsəlmanların tabe olduqları hüquqlara tabe oldular.
- Müsəlman Ərəblər Misirin yerli xalqına dini azadlıq vermişdilər. Amr ibn As Bablyon qalasını ələ keçirdikdən sonra bu xüsusu təkid etməkdəydi.
- Ərəblərin Misirdə yaxşı idarəsinə dəlalət edən bir məsələdə Yaqubilər və Məlqanilər arasında bərabərlik qərar vermişdir. Müsəlman Ərəblər, bu iki xristianlıq məzhəbini qanun qarşısında bərabər tutmuşdu.
- Müsəlman Ərəblər, Misir ərazisini yerli xalqa buraxmışdılar. Beləliklə Misirlilər, uzun vaxtdan bəri əldə edə bilmədikləri böyük bir rahatlığa qovuşmuşdular.
Şam şəhərinin fəthi.[35]
[redaktə | vikimətni redaktə et]Şam şəhəri Rəcəb ayında 635-ci ildə fəth edildi.
- Sosial nəticə:
- Əhalidən cizyə vergisi alınırdı.
- Cizyə milli müdafiə vergisi olduğu üçün özlərini qorumamaq şərtiylə Şam əhalisindən alınan cizyələrdə iadə edildi.
- Cizyə qızıl olaraq 4 dinar və ya gümüş olaraq 40 dirhəm idi.
Fələstin və Qüdüsün fəthi.[36]
[redaktə | vikimətni redaktə et]Qüdüsün fəthi 17/638 bəzi qaynaqlara görə isə 16/637-ci ildə tamamlanmışdır.
- Sosial nəticə:
- Qüdsə yəhudilər yerləşdirilmədi. Buna qarşılıq olaraq Qüdüs xalqı, digər şəhərlər kimi cizyə verməli idi.
- Qüdüs xalqına dini inanclar məsələsində azadlıq verildi.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Afsaruddin A. Umar I // Encyclopædia Britannica (ing.).
- ↑ Али-заде А. Абдуллах ибн Омар (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.
- ↑ Sarıçam, İbrahim. Hz. Məhəmməd və universal mesajı (türkcə). DİB Yayınları. 2011.
- ↑ İbn Səad. Təbəqat, cild III. 269.
- ↑ Buxari. Fəzailun əshabin-nəbi. 3, 6.
- ↑ Buxari. Mənaqibul Ənsar. 35.
- ↑ İbn Səad. Təbəqat, cild lll. 270.
- ↑ Hələbi. İnsanul-Uyun, cild ll. 183–184.
- ↑ "EMÎRÜ'l-MÜ'MİNÎN - İslâm tarihinde Hz. Ömer'den itibaren devlet başkanlarına verilen unvan".
- ↑ "BASRA - Hz. Ömer tarafından kurulan bir şehir".
- ↑ "KÛFE - Ömer'in emriyle Sa'd b. Ebû Vakkas tarafından kurulan şehir".
- ↑ Sarıcık. Çağrı-Medine (türk). 305.
- ↑ İbn Hişam. III (ərəb). 376–377.
- ↑ Vaqidi. II (ərəb). 632.
- ↑ əl-Xudari, Məhəmməd. səhifə (ərəb). 180.
- ↑ Zəhəbi. əl-Xuləfəur-Raşidun (ərəb). 68.
- ↑ ən-Nəvəvi. Təhzib əl-Əsma (ərəb).
- ↑ Zəhəbi. əl-Xuləfəur-Raşidun (ərəb). 103.
- ↑ Heyet. Doğuştan Günümüze, cilt II (türk). 187–188.
- ↑ Tellioğlu. “Ömer b. Hattab”, Şamil İslam Ansiklopedisi, cild V (türk). 179.
- ↑ İbn Həzm. Cəvamius Sirə (ər).
- ↑ The Journal of International Social Research. EVALUATION OF UMAR IN TERMS HADITH NARRATION. 12 (63). April 2019. 1234.
- ↑ Tirmizi. Mənaqib (ər). 48.
- ↑ Tirmizi. Mənaqib (ər). 45.
- ↑ Buxari. Mənaqibul Ənsar (ər). 35.
- ↑ Dr. Meriç, Altay Cem. Ömər dəyərləndirməsi.
- ↑ Yıldız, Hakkı Dursun. Ecnadeyn savaşı, DİA, Cild-10 (türk). 385.
- ↑ Yücesoy, Hayrettin. Kadisiye savaşı, DİA, Cild-24 (türk). 136–137.
- ↑ Fayda, Mustafa. Yermuk savaşı, DİA, Cild-43 (türk). 485–486.
- ↑ Fayda, Mustafa. Celula savaşı, DİA, Cild-7 (türk). 272–273.
- ↑ Ünlü, Nuri. Köprü vakası, İslam Tarihi, (türk). İstanbul. 2015. 100–101.
- ↑ Ünlü, Nuri. Nihavend savaşı, İslam Tarihi (türk). İstanbul. 1984. 65.
- ↑ Ünlü, Nuri. Mısırın Fethi, İslam Tarihi, (türk). İstanbul. 2015. 112–113.
- ↑ Hasan, Hasan İbrahim. Mısırın Fethi, İslam Tarihi (türk). İstanbul. 1991. 298–309.
- ↑ Ünlü, Nuri. Şamın Muhasara və Fəthi, İslam Tarihi, (tür). İstanbul. 2015. 108–109.
- ↑ Ünlü, Nuri. Filistin və Küdüsün Fethi, İslam Tarihi, (türk). İstanbul. 2015. 110–111.