İsmət Qayıbov
İsmət Qayıbov | |
---|---|
5 fevral 1991 – 20 noyabr 1991 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Murad Babayev |
29 avqust 1990 – 5 fevral 1991 | |
Əvvəlki | İlyas İsmayılov |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (49 yaşında) |
Vəfat yeri | Qarakənd, Xocavənd rayonu, Azərbaycan |
Vəfat səbəbi | Qarakənd faciəsi |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | İsmayıl Qayıbov |
Anası | Füruzə Qayıbova |
Həyat yoldaşı | Leyla Qayıbova |
Uşaqları | İsmayıl Qayıbov Füruzə Qayıbova |
Rütbəsi | III dərəcəli dövlət ədliyyə müşaviri |
| |
Təltifləri |
İsmət İsmayıl oğlu Qayıbov (8 oktyabr 1942, Kirovabad – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikasının ilk Baş prokuroru (1990–1991), III dərəcəli dövlət ədliyyə müşaviri. O, 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən vurulması nəticəsində şəhid olmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]Erkən illəri
[redaktə | mənbəni redaktə et]İsmət İsmayıl oğlu Qayıbov 8 oktyabr 1942-ci ildə Azərbaycanın Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Aşağı Salahlı kəndinin Qayıbovlar soyundandır. Onun valideynləri, atası İsmayıl və anası Füruzə Respublikanın əməkdar müəllimi olub. Orta təhsilini Gəncə şəhərindəki 1 saylı orta məktəbdə almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1963-cü ildə əmək fəaliyyətinə başlamış, 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1969-cu ildə Əli-Bayramlı Şəhər Komsomol Komitəsinin birinci katibi seçilmişdir.[1]
Prokurorluq fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına qəbul olmuş – 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. 1975-ci ilin iyun ayında Bakı Şəhər Prokurorluğunda cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunmuşdur. 1976-cı ilin fevral ayından isə Bakı Şəhər Prokurorluğunun ümumi nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987–1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışmışdır.[1]
Qarabağ müharibəsi zamanı
[redaktə | mənbəni redaktə et]1991-ci ildə İsmət Qayıbovun verdiyi müsahibədə erməni hərbi dəstələrinin cinayətkar əməllərinin sovet rəhbərliyi tərəfindən cəzasız qaldığına etiraz edir. O, həmçinin Sumqayıt hadisələri ilə bağlı şərh verir və bildirir ki, o şəxsən 96 nəfər barəsində həbs-qətimkan tədbiri seçib. Amma erməni separatçılarının törətdiyi cinayət nəticəsində asudə gəzmələrindən qəzəblə danışır. Qayıbov Quqarkda azərbaycanlılara qarşı törədilən dəhşətli qırğına görə cəmi 4 erməninin saxlandığını "biabırçılq" adlandırmışdı. O, 20 yanvar faciəsini "Azərbaycan xaqlnın öz müstəqilliyi uğrunda apardığı mübarizə" adlandırır və bildirir ki, "bu şəhidlər hərbi diktaturanın əleyhinə küçələrə çıxmışdılar".[1]
1991-ci il noyabrın 18-də Mixail Qorbaçovun şəxsi köməkçisi Kremldən Bakıya zəng vurur və Azərbaycan Respublikasının Dağlıq Qarabağ rəhbərliyindən xahiş edir ki, Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirsin çünki ərazidəki torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulur.[2] Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur.[2] Siyahıya Viktor Polyaniçko rəhbərlik etməli idi. Nümayəndələr, ancaq güc nazirliklərindən və Təhlükəsizlik Şurasının rəhbər orqanlarından ibarət olmalıydı.[2]
Rəsmi Moskva iclasda dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun hökmən iştirakını xahiş edir.[2] Bu xahişi isə məhz polkovnik Georgi Septa çatdırır.[2] 1991-ci il noyabrın 19-u saat 19.05-də siyahı tərtib olunur.[2] İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyilə müzakirə edilir.[2]
Ölümü
[redaktə | mənbəni redaktə et]1991-ci il noyabrın 20-də saat 12.57-də Ağdam uçuş zolağındakı Mİ-8 tipli iki vertolyotun 69 və 72 nömrəli yanacaq bakları doldurulur.[2] Mİ-8 N69 vertolyotu əsas vertolyot olmalı, onu iki nəfər — 1981-ci ildə Əfqanıstan döyüşlərində iştirak etmiş kapitan Lantev Mamontov və kapitan Pyotr Babuşkin idarə etməliydi.[2] İkinci vertolyot — Mİ-8 N72 isə birincini müşayiət etməli idi.[2] Amma ikinci vertolyot müşayiət olunmadan, yəni təhlükəsizliyi təmin edilmədən 13.48-də birincinin yerinə havaya qalxır.[2]
Hesablamalara görə Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu.[3] Qarakənd faciəsisi haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır.[3] Lakin bu faciə haqqında xəbər Xankəndidən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verilişinin xəbərlər bölümündə, saat 15:30-da yayımlanmışdı.[3] Həmin gün Yerevan radiosu saat 16:15-də həmin xəbərin "qəza" kimi şərhini verdi.[3] Saat 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı.[3]
Həlak olanlar arasında İsmət Qayıbov da var idi.[4][5] Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.[5] İlkin olaraq Azərbaycanın nümayəndə heyətinin məlumatına görə, cəsədlərdən 12-si tam şəkildə tanınırdı, 3-cü qismən tanınırdı, qalanlarının şəxsiyyəti isə ekspertiza nəticəsində müəyyən edildi.[6] İsmət Qayıbovun oğlu İsmayıl Qayıbovun sözlərinə görə, ilk və son dəfə onun atası ailə üzvlərinə vida etməmişdi.[7] İsmət Qayıbovun geyindiyi pencəkin cibində isə Ömər Xəyyamın rübaisi var idi:
Никогда и никто не вернулся назад.
Грешен ты или свят, беден или богат,
Jurnalist Salman Alıoğlunun sözlərinə görə, Mərzilini keçəndə hərbçilər jurnalistləri saxladılar və o əraziyə bir sutka heç kəsi buraxmadılar.[8] Alıoğluya görə, jurnalistlər əraziyə gedəndə ruslar və ermənilər ərazidə ciddi təmizləmə işi aparmışdılar.[8] Onun fikrincə, vertolyot yerə düşmüş və onlar vertolyotu yerdə yandırmışdılar:[8]
Vertolyotdan təxminən 500-600 metr məsafədə nazir müavini Qurban Namazəliyevin cəsədi vardı. 700-800 metrlikdə Osman Mirzəyevin cəsədi vardı. Mən o vaxt dediyim versiyada qalıram ki, onlar vertolyotu endirəndə içindəkilər sağ olublar.[8] |
Alıoğlunun sözlərinə görə, səfərdən əvvəl İsmət Qayıbov və Məhəmməd Əsədov kürk geyinmişdi və onların kürkünün altında İsrail istehsalı olan avtomatları var idi.[8] Jurnalistin fikrincə, vertolyotun içində atışma olub.[8] Alıoğluya görə, meyitləri tabutlara yerləşdirəndə vertolyotda olanlarla, tabutda olanların sayı düz gəlmirdi və təxminən üç-dörd cəsəd yox idi.[8] Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]İsmət Qayıbov Leyla xanım ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi.[1] Onların bu nikahdan iki övladı olur.[1] Qızı Firuzə, oğlu isə İsmayıl Qayıbov.[1] İsmət Qayıbov övladına qoyduğu adlar onun ata-analarının adı ilə bağlı idi.[1]
İrsi
[redaktə | mənbəni redaktə et]Gəncə şəhərində təhsil aldığı 1 saylı orta məktəb, Bakıdakı Bakıxanov qəsəbə stadionu, Qubadlı rayonunda onun adına Saray kənd tam orta məktəbi, Xaçmaz rayonunda 3 saylı tam orta məktəb, Maştağa qəsəbəsində İdman Təlim Mərkəzi, Mingəçevirdə 10 saylı tam orta məktəb və neft tankeri onun adını daşıyır.[9][10][11][12] Sumqayıtda 1 saylı tam orta məktəbi və küçə onun adını daşıyır.[13] İsmət Qayıbovun abidəsi Bakıdakı Fəxri Xiyabanda yerləşir.[1]
Ədəbiyyatda
[redaktə | mənbəni redaktə et]Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Krasnoyarsk vilayəti üzrə idarəsi və vilayət prokurorluğu 2013-cü il oktyabrın 23-də məhkəməyə müraciət edərək Azərbaycan diasporunun fəalları tərəfindən yayılan "Erməni terroru" kitabının ekstremist məzmunlu çap məhsulu kimi tanınmasını tələb etmişdi.[14] Bu tədqiqat əsərinin müəllifləri İsmət Qayıbov və "Azərinform" agentliyinin direktoru və Azad Şərifov idi.[14][15]
Biblioqrafiya
[redaktə | mənbəni redaktə et]Əsərləri
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 "Müəmmalı şəkildə həlak olan birinci prokurorun - HƏYAT HEKAYƏTİ". femida.az. femida.az. Archived from the original on 2016-10-18. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Şirinova, Arzu. "Qarakənd düyünü". anl.az. anl.az. Archived from the original on 2022-03-25. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ 1 2 3 4 5 Novruzoğlu, Rövşən. GENOSID......ECOCID. Bakı: «Adiloğlu» nəşriyyatı. 2005. 544. (#accessdate_missing_url)
- ↑ Makili-Aliyev, Kamal. "Enforcement of International Law in the Nagorno-Karabakh Conflict". lup.lub.lu.se. lup.lub.lu.se. səh. 12. Archived from the original on 2021-05-01. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ 1 2 "20 Noyabr, 1991-ci il "Qarakənd faciəsi" kimi əbədi xatirələrdə qaldı". azl.abna24.com. azl.abna24.com. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ Əliyev, Zaur. "Qarakənd faciəsi unudulmamalıdır". karabakhinfo.com. karabakhinfo.com. 2017-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ 1 2 Батыев, Бахрам. "«ОТЕЦ ВООДУШЕВЛЕННО СКАЗАЛ: «ВЧЕРА МЫ ОЧИСТИЛИ ОТ БОЕВИКОВ ЧАЙКЕНД...!»". vesti.az (rus). vesti.az. 2017-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ 1 2 3 4 5 6 7 "Əcələ qaçan deputat və ya İsmət Qayıbovun sonuncu yemək sifarişi". kulis.lent.az. kulis.lent.az. 2018-01-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 iyul 2016.
- ↑ "Xumarə xanım və başçılıq etdiyi 10 saylı məktəb niyə məmnundur?". www.mi-news.az. www.mi-news.az. 18 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2016.
- ↑ "Qəsəbələr". sabunchu-ih.gov.az. sabunchu-ih.gov.az. Archived from the original on 2022-04-29. İstifadə tarixi: 18 iyul 2016.
- ↑ "SABANTUY TO BE CELEBRATED IN BAKU". azertag.az. azertag.az. Archived from the original on 2022-05-16. İstifadə tarixi: 18 iyul 2016.
- ↑ "QUBADLI RAYON TƏHSİL ŞÖBƏSİ". www.qubadli-ih.gov.az. www.qubadli-ih.gov.az. Archived from the original on 2022-04-12. İstifadə tarixi: 18 iyul 2016.
- ↑ "Maşın vuran kişi xəstəxanada öldü". www.anspress.com. www.anspress.com. Archived from the original on 2021-04-23. İstifadə tarixi: 18 iyul 2016.
- ↑ 1 2 "Yenə də əfsanəvi İsmət Qayıbov… Bu dəfə Krasnoyarskda…". yenilik.az. yenilik.az. 2017-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 iyul 2016.
- ↑ 1 2 "Армянский терроризм". www.biblus.ru. www.biblus.ru. Archived from the original on 2023-05-19. İstifadə tarixi: 18 iyul 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Unudulmaz dövlət xadimi
- "İsmət Qayıbov həbsim barədə sanksiyaya imza atmamışdı"
- Müəmmalı şəkildə həlak olan baş prokurorun — HƏYAT HEKAYƏSİ Arxivləşdirilib 2016-09-02 at the Wayback Machine
- ARB Kəpəz. "Xalqın igid oğlu – İsmət Qayıbov" (az.). Youtube.com. 20.11.2018. İstifadə tarixi: 2018-11-20.