1972 Avroviziya Mahnı Müsabiqəsi
1972 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 25 mart 1972 |
Aparıcı(lar) | Moira Şirer |
Kanal | , BBC |
Keçirilən yer | Usher konsert zalı, Edinburq, Şotlandiya, Birləşmiş Krallıq |
Qalib mahnı | Lüksemburq "Après toi" |
Seçki sistemi | Hər ölkədən 2 münsif var idi və hər bir münsif bütün mahnılara 1-5 arası xallar verirdi |
İştirakçıların sayı | 18 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1971 1973 ► |
1972 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1972; fr. Concours Eurovision de la chanson 1972) — sayca 17-ci Avroviziya Mahnı Müsabiqəsidir. 1971 Avroviziya Mahnı Müsabiqəsində Avropanın cırtdan ölkələrindən biri olan Monako Severinin ifa etdiyi "Un banc, un arbre, une rue" mahnısı ilə müsabiqədə ilk dəfə qalib gəlmişdi. Bu qələbənin ardınca 1972-ci ildə müsabiqəyə ilk dəfə ev sahibliyi etməli olan Monako knyazlığının şahzadəsi III Renye Monakonun maliyyə cəhətdən Avroviziya kimi böyük müsabiqəyə ev sahibliyi etməyə hazır olmadığını bəyan edərək, müsabiqəyə ev sahibliyindən imtina etmişdir. Müsabiqəyə ev sahibliyini Birləşmiş Krallıq dördüncü dəfə öz üzərinə götürmüşdür. BBC ev sahibi şəhər olaraq Şotlandiyanın paytaxtı Edinburqu seçmişdir. Beləliklə Avroviziya 1972 Edinburqda yerləşən Usher konsert zalında keçirilmişdir. Müsabiqə 1972-ci ilin 25 mart tarixində baş tutmuşdur.
18 ölkənin iştirak etdiyi müsabiqədə Lüksemburq təmsilçisi Viki Leandros ifa etdiyi "Après toi" mahnısı ilə Avroviziya 1972-nin qalibi seçilmişdir. Bu Lüksemburqun Avroviziyada üçüncü qalibiyyəti idi.
Final
[redaktə | mənbəni redaktə et]№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Azərbaycanca | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
1 | Almaniya | Almanca | Mari Roos | "Nur die Liebe läßt uns leben" | Yalnız sevgi bizi yaşadır | 3 | 107 |
2 | Fransa | Fransızca | Betti Mars | "Comé-comédie" | Kome-komediya | 11 | 81 |
3 | İrlandiya | İrlandca | Sendi Cons | "Ceol an Ghrá" | Sevginin musiqisi | 15 | 72 |
4 | İspaniya | İspanca | Xaime Morey | "Amanece" | Sübhdür | 10 | 83 |
5 | Böyük Britaniya | İngiliscə | The New Seekers | "Beg, Steal or Borrow" | Dilən, oğurla və ya borca götür | 2 | 114 |
6 | Norveç | Norveçcə | Qrete Kausland və Benni Borq | "Småting" | Kiçik əşya | 14 | 73 |
7 | Portuqaliya | Portuqalca | Karlos Mendeş | "A festa da vida" | Həyatın şənliyi | 7 | 90 |
8 | İsveçrə | Fransızca | Veronik Müller | "C'est le chanson de mon amour" | Bu mənim sevgimin mahnısıdır | 8 | 88 |
9 | Malta | Maltaca | Helen və Cozef | "L-Imħabba" | Sevgi | 18 | 48 |
10 | Finlandiya | Fincə | Pyaivi Paunu və Kim Floor | "Muistathan?" | Xatırlayırsan? | 12 | 78 |
11 | Avstriya | Almanca | The Milestones | "Falter im Wind" | Küləkdə kəpənək | 5 | 100 |
12 | İtaliya | İtalyanca | Nikola di Bari | "I giorni dell'arcobaleno" | Göyqurşaqlı günlər | 6 | 92 |
13 | Yuqoslaviya | Xorvatca | Tereza Kesoviya | "Muzika i ti" | Musiqi və sən | 9 | 87 |
14 | İsveç | İsveçcə | Family Four | "Härliga sommardag" | Gözəl yay günü | 13 | 75 |
15 | Monako | Fransızca | Ann-Mari Qodar və Piter MakLeyn | "Comme on s'aime" | Necə də bir-birimizi sevirik | 16 | 65 |
16 | Belçika | Fransızca | Serj və Kristin Qisolan | "À la folie ou pas du tout" | Hərarət ilə yoxsa heçnə ilə | 17 | 55 |
17 | Lüksemburq | Fransızca | Viki Leandros | "Après toi" | Səndən sonra | 1 | 128 |
18 | Niderland | Niderlandca | Sandra və Andres | "Als het om de liefde gaat" | Sevgidən başqa heçnə olmayanda | 4 | 106 |