1993 Avroviziya Mahnı Müsabiqəsi
1993 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 15 may 1993 |
Aparıcı(lar) | Fionnuala Suini |
Kanal | RTÉ |
Keçirilən yer | Green Glens Arena, Milstrit, Kork, İrlandiya |
Qalib mahnı | İrlandiya "In Your Eyes" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 25 |
İlk dəfə iştirak edən ölkələr | Bosniya və Herseqovina Sloveniya Xorvatiya |
İştirakdan imtina edən ölkələr | Yuqoslaviya |
İştirakçı xəritəsi İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1992 1994 ► |
1993 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1993; fr. Concours Eurovision de la chanson 1993) — sayca 38-ci Avroviziya Mahnı Müsabiqəsidir. Linda Martinin ifa etdiyi "Why Me?" adlı mahnı ilə 1992 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1993-cü ildə İrlandiya dördüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın Kork qraflığında yerləşən Milstrit şəhərində Green Glens Arenada keçirilmişdir. Müsabiqə 1993-cü ilin 15 may tarixində baş tutmuşdur.
1993-cü ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının parçalanmasının ardınca müstəqillik əldə edən Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya ilk dəfə Avroviziyaya qoşuldular. Həmin illərdə Avroviziyanın ildə cəmi bir gün keçirildiyinə görə müsabiqənin yayım vaxtı 25 ölkədən artıq iştirakçının olmasına şərait yaratmırdı. 1993-cü ildə müsabiqəyə ilk dəfə qoşulmaq istəyən ölkələrin çoxluğunu nəzərə alan Avropa Yayımlar Birliyi müsabiqədə iştirak üçün Sloveniyanın paytaxtı Lyublyanada "Kvalifikacija za Milstreet" adlı seçim turu təşkil etmişdir. 7 ölkənin iştirak etdiyi seçim turunda Bosniya və Herseqovina, Sloveniya və Xorvatiya ilk üçlükdə yer alaraq, Avroviziya 1993-də iştirak hüququ əldə etmişdirlər. Estoniya, Macarıstan, Rumıniya və Slovakiyanın isə müsabiqədə iştirakı baş tutmamışdır.
Ümumilikdə 25 ölkənin iştirak etdiyi Avroviziya 1993-də ev sahibi İrlandiyanı təmsil edən Niv Kavana ifa etdiyi "In Your Eyes" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. İrlandiyanın müsabiqədəki beşinci qalibiyyəti Fransanın 1977-ci ildəki, Lüksemburqun isə 1983-cü ildəki rekordunu yeniləmişdir.
Final
[redaktə | mənbəni redaktə et]Müsabiqənin qaydalarına görə son beşlikdə yer alan ölkələr növbəti il başqa ölkələrlə əvəz edilir.
№ | Ölkə | Dil | Müğənni(lər) | Mahnı | Tərcümə | Yer | Xal |
---|---|---|---|---|---|---|---|
01 | İtaliya | İtalyanca | Enriko Ruceri | "Sole d'Europa" | Avropanın günəşi | 12 | 45 |
02 | Türkiyə | Türkcə | Burak Aydos | "Esmer Yarim" | Əsmər yarım | 21 | 10 |
03 | Almaniya | Almanca | Münchener Freiheit | "Viel zu weit" | Çox uzaqda | 18 | 18 |
04 | İsveçrə | Fransızca | Anni Kotton | "Moi, tout simplement" | Sadəcə mən | 3 | 148 |
05 | Danimarka | Danca | Tommi Seybaxın qrupu | "Under stjernerne på himlen" | Ulduzlu səmanın altında | 22 | 9 |
06 | Yunanıstan | Yunanca | Katerina Ğarbi | "Ellada, hora tou fotos" (Ελλάδα, χώρα του φωτός) | Yunanıstan - işıqlar ölkəsi | 9 | 64 |
07 | Belçika | Niderlandca | Barbara Deks | "Iemand als jij" | Sənin kimi birisi | 25 | 3 |
08 | Malta | İngiliscə | Uilliam Mancon | "This Time" | Bu vaxt | 8 | 69 |
09 | İslandiya | İslandca | İnqa | "Þá veistu svarið" | O zaman cavabı biləcəksən | 13 | 42 |
10 | Avstriya | Almanca | Toni Veqas | "Maria Magdalena" | Mariya Maqdalena | 14 | 32 |
11 | Portuqaliya | Portuqalca | Anabela | "A cidade (até ser dia)" | Şəhər (sübhə kimi) | 10 | 60 |
12 | Fransa | Fransızca, Korsikaca | Patrik Fiori | "Mama Corsica" | Korsika ana | 4 | 121 |
13 | İsveç | İsveçcə | Arvingarna | "Eloise" | Eloiz | 7 | 89 |
14 | İrlandiya | İngiliscə | Niv Kavana | "In Your Eyes" | Sənin gözlərində | 1 | 187 |
15 | Lüksemburq | Fransızca, Lüksemburqca | Modern Times | "Donne-moi une chance" | Mənə şans ver | 20 | 11 |
16 | Sloveniya | Slovencə | 1X Band | "Tih deževen dan" | Sakit yağışlı gün | 22 | 9 |
17 | Finlandiya | Fincə | Katri Helena | "Tule luo" | Mənə gəl | 17 | 20 |
18 | Bosniya və Herseqovina | Boşnakca | Fazla | "Sva bol svijeta" | Dünyanın bütün acıları | 16 | 27 |
19 | Böyük Britaniya | İngiliscə | Sonya | "Better the Devil You Know" | Sənin bildiyin şeytan daha yaxşıdır | 2 | 164 |
20 | Niderland | Niderlandca | Rut Yakott | "Vrede" | Dünya | 6 | 92 |
21 | Xorvatiya | Xorvatca, İngiliscə | Put | "Don't Ever Cry" | Heç zaman ağlama | 15 | 31 |
22 | İspaniya | İspanca | Eva Santamariya | "Hombres" | Kişilər | 11 | 58 |
23 | Kipr | Yunanca | Zimbulakis və Van Beke | "Mi stamatas" (Μη σταματάς) | Dayanma | 19 | 17 |
24 | İsrail | İvritcə, İngiliscə | Lahakat Shiru | "Shiru" (שירו) | Oxuyun | 24 | 4 |
25 | Norveç | Norveçcə | Silye Viqe | "Alle mine tankar" | Bütün düşüncələrim | 5 | 120 |