Oman etirazları (2011)

Qadınlar da daxil olmaqla, yüzlərlə insan paytaxt küçələrinə çıxıb. Onlar hökumətdən siyasət, iqtisadiyyat, təhsil sahələrində dəyişikliklər tələb edir. Nümayişçilər korrupsiya, qiymətlərin artımı halları ilə mübarizəyə səsləyən şüarlar da səsləndirib. Polis aksiyaya müdaxiə etməyib və o, tam dinc şəraitdə keçib. Nümayişin təşkilatçıları haqda məlumat verilmir. Aksiyada daha çox gənclərin iştirak etdiyi bildirilir.[1]

Omanın Sohar və cənubdakı Salah şəhərlərində küçələrə çıxmış nümayişçilərlə polis və hərbçilər arasındakı toqquşmalarda 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Etiraz aksiyası keçirən müxalifətçilər ölkədə siyasi islahatların keçirilməsini tələb edirlər. Polis Soharda nümayişi dağıtmaq üçün əvvəlcə rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib, sonra isə vətəndaşlara atəş açıb. Şəhərə qoşun yeridilib.[2]

Omanda hökumət əleyhinə keçirilən nümayişlərdən qorxuya düşən Oman sultanı Sultan Kabus Bin Səid təcili sürətdə 50 min insana yeni iş yerinin açılması barədə əmr verib.(dunyabulteni) Sultanın verdiyi digər bir əmrlə hazırda dövlət qeydiyyatında işsiz olaraq düşən şəxslərə hər ay 390 dollar yardım ayrılacaq. Sultan həmçinin Sohar şəhərinə nümayişçilərlə danışıqlar aparılması üçün Kral Məhkəməsi Divanının başçısı Seyid Əli Bin Hamid Əl Buseydini göndərib. Sultan həmçinin Buseydiyə əlavə səlahiyyətlər də verib. Misirdə xalq hərəkatının qələbə qazanmasından bir qədər sonra Omanda da hökumət əleyhinə nümayişlər keçirilməyə başlayıb. Sultan isə nümayişləri yatızdırmaq üçün bu ayın ortasında əmək haqqını 43% artırıb. Həmçinin hökumətdə xırda dəyişiklik edib.[3]

Fevralın 28-də Omanın Salala şəhərində etiraz aksiyası başlayıb. Oman sultanının 6 naziri dəyişməsini və tələbələr üçün güzəştləri artırmasını kifayət saymayan aksiyaçılar geniş islahatlar tələb edir. Ölkədə fevralın 27-dən qarışıqlıq yaranıb. Siyasi islahatlar tələb edən nümayişçilərlə polis arasında baş verən toqquşmalar Sohar şəhərində 2 nəfər həlak olmasına, ən azı 5 nəfərin yaralanmasına gətirib.[4]

Omanda işsizliyin və yoxsulluğun aradan qaldırılması, siyasi islahatların aparılması tələb ilə aksiyalar keçirilir. Ölkənin şimalında liman şəhəri olan Soharda keçirilən aksiyanın dağıdılması üçün havaya atəş açılıb. Hərbçilərin açdığı atəş nəticəsində ölənlər olub. Ancaq ölənlərin sayı barədə dəqiq məlumat yoxdur. Belə ki, şahidlər 6 nəfərin öldüyünü bildirsə də, Səhiyyə Nazirliyi 1 nəfər həlak olduğunu açıqlayıb.[5]

Məsqət şəhərində isə səssiz mitinq keçirilib. Yüzlərlə nümayişçi istəklərini iş və islahat tələblərinin yer aldığı plakatlarla ifadə edib.[6]

  1. "Omanlılar da küçələrə çıxdı". 2011-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-21.
  2. "Ərəb dünyası qaynayır: Əmman da ayağa qalxdı". 2011-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-28.
  3. "Oman sultanının canına vəlvələ düşüb". 2011-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-28.
  4. OMANIN DAHA BİR ŞƏHƏRİNDƏ AKSİYA KEÇİRİLDİ[ölü keçid]
  5. "Omanda da vəziyyət gərginləşir". 2011-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-01.
  6. "Yəməndə daha iki nəfər ölüb". 2011-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.