Milli Məclis (Azərbaycan)
Azərbaycan Respublikasının Milli Məclisi | |
---|---|
VII çağırış | |
Ümumi məlumatlar | |
Növü | təkpalatalı parlament |
Təsis tarixi | 24 noyabr 1995 |
İdarə heyəti | |
Sədr | Sahibə Qafarova, YAP 10 mart 2020 tarixindən |
Sədrin birinci müavini | Əli Əhmədov, YAP 23 sentyabr 2024 tarixindən |
Sədr müavini | Ziyafət Əsgərov, YAP 23 sentyabr 2024 tarixindən |
Sədr müavini | Musa Qasımlı, bitərəf 23 sentyabr 2024 tarixindən |
Sədr müavini | Rafael Hüseynov, VHP 23 sentyabr 2024 tarixindən |
Quruluşu | |
Üzvlərin sayı | 125 |
Seçkilər | |
Sonuncu seçkilər | 1 sentyabr 2024 |
Sayt | |
meclis.gov.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Milli Məclisdə hər il iki növbəti yaz və payız sessiyaları keçirilir.
Parlament tarixi
[redaktə | mənbəni redaktə et]1918–1920-ci illərdə
[redaktə | mənbəni redaktə et]İlk dəfə 1918-ci il iyulun 21-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilməsi haqqında Əsasnamə təsdiqləndi. Qanuna əsasən, məclisin tərkibinə 120 nəfər daxil olmalı idi. Həmçinin, parlament seçkilərində 20 yaşı tamam olmuş hər iki cinsin nümayəndələri iştirak edə bilərdi. İstisna olaraq inzibati vəzifələr tutan şəxslər Milli Məclisə seçilə bilməzdilər, yalnız səs verə bilərdilər. Bundan başqa, dəlilər, karlar və qəyyum altında olanlar səs verə bilməzdilər. Eyni zamanda, həbsdə olanlar və fərarilər də səsvermə hüququndan məhrum idilər. Seçkilərdə iştirak etmək üçün azı 100 imza toplamaq vacib idi.[1]
1920–1991-ci illərdə
[redaktə | mənbəni redaktə et]1990–1995-ci illərdə
[redaktə | mənbəni redaktə et]1991-ci ilin avqustun 30-da Azərbaycan ikinci müstəqillik əldə etdikdən, 18 oktyabr tarixində Müstəqillik haqqında Konstitusiya Aktı keçmiş Ali Sovet tərəfindən qəbul olunduqdan sonra parlamentin fəaliyyətində dəyişikliklər zərurəti yarandı.
Keçmiş Ali Sovetdəki "Demokratik" Blokun üzvləri parlamentin iclaslarının az keçirilməsinə etiraz edərək, onun daha çevik fəaliyyət göstərməsinə nail olunması üçün 50 nəfərdən ibarət Milli Şuranın yaradılması təklifi ilə çıxış etdilər.
Uzun sürən gərgin müzakirələrdən sonra əksəriyyəti keçmiş kommunistlərdən olan Ali Sovet, keçmiş Ayaz Mütəllibov hakimiyyəti 25-i hökumətyönlülərdən, 25-i "demblokçu"lardan olan ibarət olan 50 nəfərlik Milli Şuranın yaradılmasına razılıq verdilər.
Beləliklə, 1991-ci ilin sonlarına yaxın 360 nəfərdən ibarət olan Ali Sovetin daimi fəaliyyət göstərəcək orqanı-Milli Şura yaradıldı və bu tərkibdə ilk Milli Şuranın (sonradan adı dəyişdirilərək Milli Məclis adlandırıldı) üzvləri təsdiqləndilər.
1995-ci ildən etibarən
[redaktə | mənbəni redaktə et]1995-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini Milli Məclis yerinə yetirir və 5 ildə bir dəfə olaraq Milli Məclisə 125 mandat üzrə 125 seçici dairəsində majoritar qaydada seçkilər keçirilir.
Sonuncu dəfə 2000-ci il Parlament Seçkilərində 100 millətvəkili majoritar (çoxluq) 25 millətvəkili isə proporsional (nisbi) səsvermə sistemi ilə seçildi. 2002-ci ildə keçirilən referendum ilə proporsional səsvermə ləğv edildi.
Milli Məclis tarixində ilk dəfə V çağırış ərzində, 2019-cu ildə iqtidar partiyası Yeni Azərbaycan Partiyasının tələbi ilə Milli Məclis buraxılmış və ilk dəfə növbədənkənar parlament seçkiləri təyin edilmişdir.
İndiyədək 6 çağırış ərzində Milli Məclis rəhbərliyi Yeni Azərbaycan Partiyası və bitərəflərdən ibarət olub. İlk dəfə VI çağırışda başqa partiyadan — Vətəndaş Həmrəyliyi Partiyasından seçilən millətvəkili Fəzail İbrahimli Mill Məclis rəhbərliyində təmsil olunmuşdur. O Milli Məclisin sədr müavini vəzifəsinə iştirak edən 115 deputatdan 112-sinin təsdiqi ilə seçilmişdir.[2]
Parlament tarixində ən çox millətvəkili sayına sahib partiya 78 millətvəkili ilə II çağırış ərzində Yeni Azərbaycan Partiyası, ikinci partiya isə 7 millətvəkili ilə II çağırış ərzində Azərbaycan Xalq Cəbhəsi Partiyası (2001) və I çağırış ərzində Azərbaycan Demokrat Partiyası (2000) olmuşdur.
Təşkilat
[redaktə | mənbəni redaktə et]Milli Məclis 125 deputatdan ibarətdir. Onlardan 4-ü rəhbərlikdə təmsil olunur. Deputatlardan təşkil olunan 15 daimi komitə və 2 komissiya (İntizam və Hesablayıcı) var. Milli Məclisin Aparatı rəhbər, 1 müavin, katiblik, 10 şöbə, 23 sektor, işlər müdirinin xidmətindən ibarətdir.[3]
Qərar | Yetərsay |
---|---|
Referendum | 83 |
Prezident Seçkiləri | |
Parlament Seçkiləri | |
Deputatların statusu | |
Milli Məclisin səlahiyyətlərinin təsdiqi (ilk iclasın təşkili) | |
Milli Məclisin iclaslarının qapalı keçirilməsi | |
Bələdiyyə seçkiləri | 63 |
Milli Məclisin sədr və sədr müavinləri seçimi | |
Milli Məclisin komitələrinə sədr, müavin və üzv seçimi | |
Millətvəkili toxunulmazlığına xitam verilməsi | |
Millətvəkillik səlahiyyətinin itirilməsi | |
Hesablama Palatasına sədr, müavin və auditor təyini | |
Dövlət təltifi | |
Ərazi quruluşu və dövlət sərhədləri | |
Beynəlxalq müqavilələrin təsdiqi və ləğvi | |
Dövlət büdcəsinin təsdiqi və nəzarəti | |
Ombudsman seçilməsi | |
Hərbi doktrina təsdiqi | |
Prezident fərmanının təsdiqi | |
Baş nazir təyinatına razılıq | |
AR Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apelyasiya Məhkəmələri hakimlərinin təyini | |
Baş Prokurorun vəzifəyə təyinatı və ya vəzifədən azad edilməsinə razılıq | |
Prezidentin impicmenti | |
Hakimlərin vəzifədən kənarlaşdırılması | |
Nazirlər Kabinetinə etimad | |
Mərkəzi Bank İdarə Heyətinə üzv təyini və ya vəzifədən azad edilməsi | |
Müharibə elanı və ya Sülh bağlanması | |
Amnistiya | |
Fövqəladə vəziyyət elanı və ya ləğvi | |
Milli Məclisdə akt qəbulu | |
Növbədənkənar İclas | 42 |
Fraksiya yaratmaq | 25 |
Sədr
[redaktə | mənbəni redaktə et]Milli Məclisin növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparır. Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.[3]
Milli Məclisin Sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir. Milli Məclisin Sədri vəzifəsinə namizədliyi Milli Məclisin deputatları irəli sürə bilərlər. Hər deputat yalnız bir namizəd göstərə bilər. Səsverməyə azı 10 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Milli Məclisin sədrliyinə hər namizəd Hesablayıcı komissiyanın tərkibinə əlavə bir deputat daxil edə bilər. Gizli səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclisin Sədri seçilir. Namizədlərin heç biri azı 63 səs almadıqda, bu Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə heç bir namizəd 63 səs ala bilməzsə, Milli Məclisin Sədrinin birinci müavininin seçkiləri keçirilir. Milli Məclisin Sədrinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir. Bu qərarı Milli Məclisin iclasına sədrlik edən imzalayır.[3]
Sədarət
[redaktə | mənbəni redaktə et]Milli Məclisin rəhbərliyi 4 nəfərdən ibarətdir:
- Sədr (spiker)
- Sədrin birinci müavini (Birinci vitse-spiker)
- 3 sədr müavini (vitse-spiker)
Komitələr və komissiyalar
[redaktə | mənbəni redaktə et]Komitə və komissiyalar | Sədr | Partiya | |
---|---|---|---|
Ailə, qadın və uşaq məsələləri komitəsi | |||
Aqrar siyasət komitəsi | |||
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi | |||
Elm və təhsil komitəsi | |||
Əmək və sosial siyasət komitəsi | |||
Gənclər və idman komitəsi | |||
Hüquq siyasəti və dövlət quruculuğu komitəsi | |||
İctimai birliklər və dini qurumlar komitəsi | |||
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi | |||
İnsan hüquqları komitəsi | |||
Mədəniyyət komitəsi | |||
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi | |||
Regional məsələlər komitəsi | |||
Səhiyyə komitəsi | |||
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi | |||
Hesablayıcı komissiya | |||
İntizam komissiyası |
Aparat
[redaktə | mənbəni redaktə et]Milli Məclisin Aparatına 1997–2022-ci illərdə Səfa Mirzəyev rəhbərlik etmişdir.[4] 2022-ci ildən isə Aparata Fərid Hacıyev rəhbərlik edir.[5]
Daxili nizamnamə
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsi 17 may 1996-cı ildə qəbul edilmişdir. 17 dekabr 2002-ci il, 12 may 2006-cı il, 14 aprel 2009-cu il, 27 noyabr 2018-ci illərdə Daxili Nizamnaməyə dəyişikliklər edilmişdir.[6]
Deputatlıq statusu
[redaktə | mənbəni redaktə et]"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında Azərbaycan Respublikasının QanunuQ 17 may 1996-cı ildə qəbul edilmişdir. 19 oktyabr 2001-ci il, 15 noyabr 2001-ci il, 29 iyun 2004-cü il, 1 sentyabr 2004-cü il, 1 fevral 2007-ci il, 17 aprel 2007-ci il, 16 iyun 2007-ci il, 19 oktyabr 2007-ci il, 13 iyun 2008-ci il, 2 oktyabr 2008-ci il, 14 aprel 2009-cu il, 5 mart 2010-cu il, 17 dekabr 2013-cü il, 6 mart 2018-ci il, 4 may 2018-ci il, 27 noyabr 2018-ci il, 9 iyul 2019-cu il, 17 aprel 2020-ci il, 19 may 2020-ci il, 3 dekabr 2021-ci il, 22 iyun 2022-ci il, 29 iyun 2022-ci il və 20 dekabr 2022-ci il tarixlərində qanuna dəyişikliklər edilmişdir.[7]
Siyasi partiyaların təmsilçiliyi
[redaktə | mənbəni redaktə et]Milli Məclisin Daxili Nizamnaməsinə əsasən azı 25 deputat könüllü birləşərək deputat fraksiyaları (qrupları) yarada bilərlər. Deputat fraksiyasının (qruplarının) yaradılması barədə bəyanat Milli Məclisin iclasında elan edilir və deputat fraksiyası (qrupu) Milli Məclisin Aparatında qeydiyyatdan keçirilir. Deputatın fraksiyadan (qrupdan) çıxması nəticəsində deputat fraksiyasının (qrupunun) tərkibi 25 deputatdan az olarsa, deputat fraksiyası (qrupu) ləğv edilmiş sayılır və bu barədə Milli Məclisin iclasında elan edilir. 1995-ci ildən indiyədək Milli Məclisdə heç bir rəsmi fraksiya qurulmamışdır.
Mövcud mandat dağılışı
[redaktə | mənbəni redaktə et]Çağırışlar
[redaktə | mənbəni redaktə et]Seçkilər | Çağırış | İllər | Qeyd |
---|---|---|---|
1990 | Azərbaycan SSR Ali Sovetinin XII çağırışı | 1990–1991 | |
Keçid dövrü | Azərbaycan Ali Sovetinin Milli Şurası | 1992–1995 | [a] |
1995 | Azərbaycan Milli Məclisinin I çağırışı | 1995–2000 | |
2000 | Azərbaycan Milli Məclisinin II çağırışı | 2000–2005 | |
2005 | Azərbaycan Milli Məclisinin III çağırışı | 2005–2010 | |
2010 | Azərbaycan Milli Məclisinin IV çağırışı | 2010–2015 | |
2015 | Azərbaycan Milli Məclisinin V çağırışı | 2015–2020 | |
2020 | Azərbaycan Milli Məclisinin VI çağırışı | 2020–2024 | [b] |
2024 | Azərbaycan Milli Məclisinin VII çağırış | 2024– | [c] |
Maddi-texniki baza
[redaktə | mənbəni redaktə et]Milli Məclisin binası
[redaktə | mənbəni redaktə et]Milli Məclisin binası 1970-ci illərdə tikilmişdir. Memar Tahir Abdullayev onu Azərbaycan SSR Ali Soveti üçün hazırlamışdı.[8] 1980-ci illərin sonlarında Tahir Abdullayevin layihəsi əsasında ikinci bina tikildi.
2007-ci il noyabrın 3-də Milli Məclisin deputatlarının iş şəraitinin daha da yaxşılaşdırılması məqsədilə yeni korpusun təməli qoyulub və onbeşmərtəbəli yeni korpusun inşası vaxtından əvvəl memar Musəddin Əhməd oğlu Namazovun layihəsi ilə başa çatdırılıb. Yeni korpusun layihəsini "Azərdövlətlayihə" İnstitutu hazırlayıb, tikinti işlərini əsasən yerli mütəxəssislər həyata keçiriblər. Korpusun tikintisində 700-dək işçi çalışıb. Binanın inşası zamanı milli ornamentlərdən geniş istifadə olunub. Korpusun fasadı Yaponiyadan gətirilmiş alkapon materialı ilə üzlənib. İlk üç mərtəbə qranit tipli, qalan hissə isə metallik rəngli alkaponla örtülüb. Bu da yeni inzibati binanı parlamentin əsas binasının və digər korpusunun ümumi görünüşünə uyğunlaşdırıb. Yeni inzibati binada sürətli liftlər quraşdırılıb.[9] Yeni korpus parlamentin əsas binasının foyesi ilə birləşdirilib. Birinci mərtəbədə korpusları əlaqələndirən şüşəli salon var. Salonda quraşdırılan monitordan Milli Məclisin geniş iclaslarını izləmək mümkündür. Birinci mərtəbədə Milli Məclisin arxivinin saxlanması üçün hər cür şərait yaradılıb, yanğından mühafizə və müasir havalandırma sistemi quraşdırılıb. Binanın ikinci mərtəbəsi müasir kitabxana üçün nəzərdə tutulub. Kompüterləşdirilmiş iki oxu zalı olan yeni kitabxanada 100 mindən çox kitabın və 2000 qovluğun saxlanması üçün xaricdən zəruri avadanlıq gətirilib.[9] İkinci mərtəbədə Milli Məclisin komitə iclaslarının və müxtəlif görüşlərin keçirilməsi üçün üç salon, üçüncü mərtəbədə isə komitələrin birgə iclaslarının, həmçinin ayrı-ayrı görüşlərin keçirilməsini nəzərdə tutan böyük iclas salonu var. Böyük salonda tədbirlərin sinxron tərcüməsi, videoçəkilişlərin aparılması üçün müasir avadanlıq quraşdırılıb. Bundan əlavə, üçüncü mərtəbədə 13 xidməti otaq var. Bu mərtəbədən də Milli Məclisin əsas binasına və keçmiş deputat korpusuna keçid inşa olunub.[9] Yeni korpusun qalan mərtəbələri isə bütünlüklə deputatlar üçün nəzərdə tutulub. On dörd otaqdan ibarət hər mərtəbədə bir komitə yerləşir və nadir bitkilərlə bəzədilib. İndi binada 125 deputat otağı mövcuddur. Bina "Sovet modernizmi" memarlıq abidəsidir və dövlət tərəfindən qorunur.[10]
Kitabxana
[redaktə | mənbəni redaktə et]Milli Məclisin kitabxanası 1997-ci ilin mart ayından fəaliyyət göstərir. Kitabxana Türkiyə Böyük Millət Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə hədiyyəsidir. Bütün inventar və avadanlıqlar, kitab rəfləri, oxucu stolları və kompüterləri TBMM tərəfindən hədiyyə edilmişdir.[11]
Kitabxananın kitab fondu 6600 nüsxə kitab və kitabçadan ibarətdir. Bunlardan: 3500 nüsxə azərbaycan dilində, 2200 nüsxə rus dilində olan çap məhsullarıdır. Kitab fondunun komplektləşdirilməsi məcburi nüsxələr və yeni ədəbiyyatın alınması yolu ilə aparılır. Kitabxana hər cari ildə 42 adda dövri mətbuata, 77 adda jurnala abunə olunur ki, bütün bu çap məhsulları oxucuların istifadəsinə verilmişdir. Kitabxana fondunun 80% hüquqi ədəbiyyat, qanunvericilik aktları, sorğu ədəbiyyatı təşkil edir. Bundan başqa kitabxananın fonduna bədii ədəbiyyatda öz əksini tapmışdır. Kitab fondu elm sahələri üzrə düzülmüşdür.
Parlament kitabxanası Milli Məclisin rəhbərliyinə, millət vəkillərinə, aparatın əməkdaşlarına xidmət göstərir. Kitabxanaya daxil olan oxucu sorğuları araşdırılır və operativ şəkildə öz həllini tapır. Kitabxana il ərzində 1000–1200 oxucu sorğusu ödəyir. Əlamətdar hadisələrlə əlaqədar kitabxanada tez-tez kitab sərgiləri, stendlər təşkil olunur.
Kitabxana İnternet şəbəkəsinə qoşulmuşdur. Bu məqsədlə oxucu zalında kompüterlər oxucuların istifadəsinə verilmişdir ki, daxil olan sorğunu tam ödəməkdə müsbət rol oynayır.
Parlament kitabxanası öz əlaqələrini daim genişləndirir. MDB respublikaları parlament kitabxana müdirləri 2000-ci il may ayında Sankt-Peterburq şəhərində keçirilən konfransında MDB Parlamentlərarası Assambleyasının rəhbərliyinə "MDB dövlətləri parlament kitabxanaları arasında informasiya kitab mübadiləsinin təmini" üçün müraciət imzalamışlar. Bu məqsədlə MDB dövlətlərinin parlament kitabxanaları arasında rəsmi sənədlərin, kitab və digər çap məhsullarının mübadiləsi üçün koordinasiya mərkəzi yaradılmışdır. Kitabxanam Rusiya Federasiyasının Duma kitabxanası, Ukrayna, Belorus, Moldova, Qazaxıstan, Tacikistan respublikalarının parlament kitabxanaları ilə rəsmi sənədlərin və çap əsərlərinin mübadiləsini həyata keçirir.
Məclisdə çıxış etmiş xarici şəxslərin siyahısı
[redaktə | mənbəni redaktə et]Tarix | Ölkə | Çıxışçı | Titulu | |
---|---|---|---|---|
1 | 7 mart 2012[12] | Mixeil Saakaşvili | Gürcüstan Prezidenti | |
2 | 20 oktyabr 2020[13] | Mustafa Şəntop | TBMM sədri | |
3 | 21 iyun 2022[14] | Rəcəb Tayyib Ərdoğan | Türkiyə Prezidenti |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "ADR–100: Muğan Sovet Respublikasının ləğvi və Qarabağdakı hadisələr" (az.). oxu.az. 1 may 2018. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2021.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2021-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-22.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
- ↑ "Arxivlənmiş surət". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
- ↑ "Arxivlənmiş surət". 2022-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
- ↑ "Arxivlənmiş surət". 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
- ↑ "Arxivlənmiş surət". 2022-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
- ↑ "Arxivlənmiş surət". 2019-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
- ↑ "Arxivlənmiş surət". 2023-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-10.
- ↑ "Milli Məclis, Kitabxana". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-30.
- ↑ "M.Saakashvili: «Bir kərə yüksələn bayraq, bir daha enməz!»". www.azadliq.org. 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
- ↑ "Mustafa Şentop Milli Məclisdə çıxış edib". Qafqazinfo (az.). 2020-10-20. 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
- ↑ "Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisinin xüsusi iclasında çıxış edib | TRT Azerbaycan". www.trt.net.tr (az.). 2024-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-13.
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan SSR Ali Sovetinin XII çağırışının 50 üzvündən təşkil olundu.
- ↑ İlk dəfə parlament buraxılaraq növbədənkənar seçkilər keçirildi.
- ↑ İkinci dəfə parlament buraxılaraq növbədənkənar seçkilər keçirildi.