Bolqarıstan
Bolqarıstan | |||||
---|---|---|---|---|---|
Република България Republika Bǎlgarija | |||||
| |||||
Съединението прави силата | |||||
Himn: Мила Родино | |||||
Tarixi | |||||
• Müstəqillik | 3 mart 1878 | ||||
• Aİ-yə qəbul | 2007 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Sofiya | ||||
İdarəetmə forması | Parlament respublikası | ||||
Prezident | Rumen Radev (Румен Радев) 22.I.2017 | ||||
Baş nazir | Dimitar Glavchev (Димитър Главчев) 9.IV.2024 | ||||
Sahəsi | Dünyada 105-ci | ||||
• Ümumi | 110879 km² | ||||
• Su sahəsi (%) | 0,3 | ||||
Əhalisi | |||||
• Əhali | 7 400 min nəfər (104-cü) | ||||
• Siyahıyaalma (2011) | 7 351 234 nəf. | ||||
• Sıxlıq | 67 nəf./km² (124-cü) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 128,6 milyard dollar (78-ci) | ||||
• Adambaşına | 17 900 dollar (93-cü) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2010) | 44,843 milyard dollar (68-ci) | ||||
• Adambaşına | $5.955 dollar (68-ci) | ||||
İİİ (2013) | 0.782 | ||||
Valyuta | Bolqarıstan levi | ||||
İnternet domeni | .bg | ||||
ISO kodu | BG | ||||
BOK kodu | BUL | ||||
Telefon kodu | +359 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bolqarıstan (bolq. България), rəsmi adı Bolqarıstan Respublikası (bolq. Република България) — Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür.
Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən Serbiya və Şimali Makedoniya, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir.
Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə (district) və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır.
Hal-hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır.
Etimologiya
[redaktə | mənbəni redaktə et]XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Bulğarstan (بولغارستان ) adlandırılmışdır.[3]
Demoqrafiya
[redaktə | mənbəni redaktə et]Bolqarıstan Milli Statistika İnstitutunun 31 dekabr 2011-ci ilə olan məlumatına əsasən ölkə əhalisi 7,327,224 nəfərdir .[4]
Milli tərkib
[redaktə | mənbəni redaktə et]Etnik qruplar | 2001 sa.[5][6][7] | 2011 sa.[8][9] |
---|---|---|
cəmi | 7,928,901 | 7,364,570 |
bolqar | 6,655,210 | 5,664,624 |
türk | 746,664 | 588,318 |
qaraçı | 370,908 | 325,343 |
rus | 15,595 | 9,978 |
erməni | 10,832 | 6,552 |
arumın | 10,566 | 3,684 |
makedoniyalı | 5,071 | 1,654 |
qaraqaçan | 4,107 | 2,556 |
yunan | 3,408 | 1,379 |
ukraynalı | 2,489 | 1,789 |
yəhudi | 1,363 | 1,162 |
rumın | 1,088 | 891 |
krım tatarı | 1,803 | * |
qaqauz | 540 | * |
digər | 16,449 | 19,659* |
m.g. | 86,915 | 53,391 |
Bolqarlar
[redaktə | mənbəni redaktə et]- 2001-ci il siyahıya alınmasına əsasən 8.000.000 nəfər olan Bolqarıstan əhalisinin 83,94%-i (6.655.210 nəfər) öz milli mənsubiyyətini bolqar olaraq göstərmişdir. 2001-ci il siyahıya alması zamanı onlardan 6.622.850 nəfəri ana dilini Bolqar dili olduğunu bildirdi. 6.655.210 nəfər Bolqarın 6.315.938 nəfəri xristianlığa (6.263.536 nəfəri pravoslav, 37.811 nəfəri katolik, 14.591 nəfəri protestant), 131.531 nəfəri islama, 107.741 nəfəri isə digər dinlərə etiqad edir.[6]
Pomaklar
[redaktə | mənbəni redaktə et]2001-ci il əhali siyahıyaalınmasına əsasən pomaklar etnik anlamda bolqar olaraq siyahıya alınmışdırlar. Saylarının siyahıyaalmaya əsasən 131,531 nəfər olduğu məlum olmuşdur. Ancaq qeyri-rəsmi təxminlərə əsasən siyahıyaalınma zamanı pomaqların sayı təxminən 160,000–240,000 nəfər arasında olmuşdur.[10]
Türklər
[redaktə | mənbəni redaktə et]Türk əsilli tayfaların Bolqarıstan Respublikasının ərazisində məskunlaşması tarixi təxminən III əsrin sonu IV əsrin əvvəllərində başlanmış və Osmanlı İmperiyasının Bolqarıstanın ərazisinin fəthinədək davam etmişdir .
- 2001-ci ildə aparılmış siyahıya almaya əsasən ölkə əhalisinin 9,42%-i (746.664 nəfər) öz etnik mənsubiyyətini Türk olaraq göstərmişdir. Beləliklə bu siyahıya alma zamanı türklərin 720.136 nəfəri ana dilini türkcə, 26.147 nəfəri isə Bolqar dili olaraq göstərmişdir. Dini inanc baxımından isə türklərin 713.024 nəfəri islama (660.003 nəfəri sünni, 53.021 nəfəri qızılbaş), 10.052 nəfəri xristianlığa (5.425 nəfəri provoslav, 2.561 nəfəri katolik, 2.066 nəfəri protestant), 23.588 nəfəri isə digər dinlərə etiqad edirlər.[6]
Qaraçılar
[redaktə | mənbəni redaktə et]- 2001-ci il siyahıya alması zamanı 370.908 nəfər öz etnik mənsubiyyətini Qaraçı (bolqarca : Роми) olaraq göstərmişdir. Onların 204.977 nəfəri xristianlığa (180.326 nəfəri pravoslav, 24.651 nəfəri protestant), 103.436 nəfəri islama, 62.495 nəfəri isə digər dinlərə etiqad edir. Siyahıya almaya əsasən Qaraçıların 319.821 nəfəri ana dilini qaraçı dili (bolqarca : майчин език), 26.147 nəfəri bolqar dili, 24.214 nəfəri türkcə, 726 nəfəri isə digər dillər kimi göstərmişdir.[6]
Bölgələrlə bağlı statistik göstəricilər
[redaktə | mənbəni redaktə et]# | Bölgənin adı | Əhalisi | Ərazisi (kv. km) | Sıxlıq |
---|---|---|---|---|
1 | Sofiya şəhəri | 1.220.196 | 1.241.5 | 983.4 |
2 | Burqaz | 878.145 | 14.659.7 | 59.7 |
3 | Varna | 991.901 | 11.927.8 | 83.0 |
4 | Loveç | 1.048.025 | 15.150.0 | 69.0 |
5 | Montana | 653.285 | 10.622.0 | 61.7 |
6 | Plovdiv | 1.289.991 | 13.625.2 | 94.5 |
7 | Ruse | 835.713 | 10.838.2 | 77.8 |
8 | Sofiya | 1.003.761 | 19.100.4 | 52.9 |
9 | Haskovo | 1.055.010 | 13.897.0 | 76.0 |
10 | Cəmi | 8.976.027 | 110.618 | 80.8 |
Adın etimologiyası
[redaktə | mənbəni redaktə et]Bolqar xalqının etnonimindən.
Tarix
[redaktə | mənbəni redaktə et]Bolqarıstan beş əsr ərzində Osmanlı imperiyasına daxil olub. Buna baxmayaraq, bütün bu dövr ərzində Bolqarıstanda pravoslav ənənələri güclü olub.
Müasir tarix
[redaktə | mənbəni redaktə et]Birinci dünya müharibəsində Almaniya imperiyası tərəfində döyüşən Bolqarıstanın vəziyyəti müharibədəki məğlubiyyətdən sonra daha da pisləşdi. 1919-cu ilin əvvəli üçün ölkədəki 300 iri sənaye müəssisəsindən ancaq 74-ü işləyirdi. 1919-cu ilin avqustunda və 1920-ci ilin martında keçirilən seçkilərdə Bolqarıstan Xalq Əkinçilik İttifaqı (BXƏİ) və Bolqarıstan Kommunist partiyası (tesnyaklar) qələbə qazandılar. BXƏİ lideri A. Stanboliyskinin başçılığı ilə hökumət təşkil olundu. Hökumət bir sıra demokratik islahatlar keçirdi. 1922-ci ildə Bolqarıstanda Xalq Anlaşması və Hərbi cəmiyyət kimi faşist təşkilatları meydana gəldi. Onlar 1923-cü ilin iyununda dövlət çevrilişi edərək Stanboliyski hökumətini devirdilər. Onun özü faşistlər tərəfindən vəhşicəsinə öldürüldü. Ölkədə faşist diktaturası yaradıldı. 1931-ci ildə Xalq Məclisinə keçirilən seçkilərdə müxalifətdə olan burjua partiyalarının təşkil etdiyi Xalq bloku qələbə qazandı. Malinovun başçılığı ilə onların nümayəndələrindən ibarət koalisyon hökumət yaradıldı. Hökumətdə əsas rolu vaxtilə faşist çevrilişində iştirak etmiş Demokratik partiya oynayırdı. 1932-ci ildə faşist tipli yeni Nasional-Sosialist Hərəkat partiyası və Zveno təşkilatları meydana gəldi. 1934-cü ilin mayında K. Georgiyevin Zveno qrupu tərəfindən dövlət çevrilişi edildi. 1935-ci ildə təşkil olunmuş yeni dövlət çevrilişi nəticəsində İtaliya kralının qızı ilə evlənmiş çar Boris hakimiyyətə gəldi. Beləliklə, Bolqarıstanda monarxist faşist diktaturası bərqərar oldu. Faşist Almaniyasının və İtalyanın köməyi ilə ölkədə sürətli silahlanma başlandı. İkinci dünya müharibəsindən sonra, Bolqarıstan demək olar ki, yarım əsr Sovet İttifaqının əlaltısına çevrildi. Ölkənin 2004-cü il mart ayında NATO-ya daxil olması Qərb dünyasına inteqrasiya yolunda Bolqarıstanın ən böyük uğuru oldu.
Kommunizmin dağılmasından sonra Bolqarıstanın demokratiya və bazar iqtisadiyyatına keçidi asan olmadı. 90-cı illərin birinci yarısında siyasi qeyri-stabillik və tətillər davam etdi. Öz partiyalarının adını sosialist kimi dəyişdirən kommunistlər yenə də böyük təsirə malik idilər. 90-cı illərin ikinci yarısında isə ölkədə daha çox stabillik, iqtisadi islahatların həyata keçirilməsində inkişafın hiss edilməsi müşahidə olunub. 2001–2005-ci illər arasında baş nazir vəzifəsini keçmiş çar II Simeon tutanda, ölkə iqtisadiyyatını Avropa Birliyi meyarlarına uyğunlaşdırmaq məqsədilə aktiv bazar islahatları keçirdi. Nəticədə, Bolqarıstan inflyasiyanın və həmin vaxta qədər 20 faizə çatan işsizliyin azalması ilə iqtisadi inkişafa nail oldu. Buna baxmayaraq, əhalinin həyat səviyyəsi və gəliri hələ də aşağı olaraq qalır. 2004-cü ildə Bolqarıstan Avropa Birliyinə (AB) namizədlər arasına düşmədi, amma artıq 2005-ci ilin aprel ayında ölkə birliyə daxil olmaq barədə müqavilə imzaladı və 2007-ci il yanvarın 1-dən Avropa Birliyinin tərkibinə daxil olması ilə əlaqədar razılıq əldə etdi.
Siyasət
[redaktə | mənbəni redaktə et]1. Demokratik Qüvvələr İttifaqı – DQİ (1989) sədr: N. Mixaylova;
- 2. Bolqarıstan Sosialist Partiyası – BSP (1991) sədr: S. Stanişev;
- 3. Xalq İttifaqı: Demokratik Partiya və Bolqarıstan Xalq Əkinçi İttifaqı, lider: A. Mozer;
- 4. Azad Demokrat İttifaqı, lider: S. Sofyaneki.
İnzibati ərazilər
[redaktə | mənbəni redaktə et]8 vilayətdən ibarətdir. Vilayətlər icmalara bölünür.
Silahlı qüvvələr
[redaktə | mənbəni redaktə et]İllik hərbi xərclər 356 mln. dol. (2002)
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]İxracat
Maşınqayırma məhsulları, ərzaq məhsulları, çaxır, tütün, yanacaq, xammal, ayaqqabı, dəmir.
İdxal
Enerji daşıyıcıları, avtomobilılər, xalq istehlakı malları.
Dil
[redaktə | mənbəni redaktə et]Din
[redaktə | mənbəni redaktə et]2001-ci il siyahıya almasının yekunlarına əsasən Bolqarıstanda 96 dini cərəyan qeydə alınmışdır .[6]
Dini cərəyanlar | Say, 2001 s.a.[6] | Say, 2011 s.a.[11] |
---|---|---|
Toplam | 7 928 901 | 7 364 570 |
Pravoslav xristianlar | 6 552 751 | 4 374 135 |
Katolik xristianlar | 43 811 | 48 945 |
Protestant xristianlar | 42 308 | 64 476 |
Qriqoryan xristianlar | 6 500 | 1 715 |
Müsəlmanlar | 913 957 | 546 004 |
Qızılbaş müsəlmanlar | 53 021 | 27 407 |
Digər müsəlmanlar | * | 3 728 |
Buddistlər | 1 042 | * |
İudaistlər | 653 | 706 |
Digər | 314 858* | * |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 3 // Constitution of Bulgaria.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ Султан-Меджид Ганиев, Русско-татарский словарь, Баку, 1909
- ↑ Национален Статистически Институт :6.1.1. Население по области, общини, местоживеене и пол – Данни Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine
- ↑ National, regional and minority languages in Europe. Frankfurt am Main, 2011. İSBN: 9783631603659. Contents: On the minority languages in Bulgaria, page 97–106 Arxivləşdirilib 2023-07-03 at the Wayback Machine
- ↑ 1 2 3 4 5 6 Национален съвет за сътрудничество по етническите и интеграционните въпроси :Етнически Малцинствени Общности Arxivləşdirilib 2019-10-14 at the Wayback Machine
- ↑ Национален Статистически Институт :Население към 1. mart 2001 г. по области и етническа група Arxivləşdirilib 2020-06-16 at the Wayback Machine
- ↑ Национален Статистически Институт: Преброяване на населението и жилищният фонд в Република България 2011 :Население по местоживеене, пол и етническа група Arxivləşdirilib 2018-04-08 at the Wayback Machine
- ↑ Национален Статистически Институт: Преброяване на населението и жилищният фонд в Република България 2011 :Население по местоживеене, възраст и етническа група 1 Arxivləşdirilib 2019-08-15 at the Wayback Machine
- ↑ Minority Rights Group International: Bulgaria :Bulgarian-speaking Muslims (Pomaks) Arxivləşdirilib 2015-07-09 at the Wayback Machine
- ↑ Национален Статистически Институт: Преброяване 2011 окончателни резултати :Население по местоживеене, възраст и вероизповедание Arxivləşdirilib 2012-01-28 at the Wayback Machine---..Данните са конфиденциални съгласно Чл. 25 от Закона за статистиката
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 2011 census of Bulgaria Arxivləşdirilib 2011-09-05 at the Wayback Machine
- Bolqarıstan universitetləri Arxivləşdirilib 2016-11-19 at the Wayback Machine (türk.)
- [1]