Dagestanskiye Oqni

Şəhər
Dagestanskiye Oqni
Bayraq Gerb
Bayraq Gerb
42°07′ şm. e. 48°12′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1914
Sahəsi
  • 9,27 km²
Mərkəzin hündürlüyü 35 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 32.330 nəf. (2024)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368670
Digər
дагогни.рф
Xəritəni göstər/gizlə
Dagestanskiye Oqni xəritədə
Dagestanskiye Oqni
Dagestanskiye Oqni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dağıstan İşıqları (rus. Дагестанские Огни, ləzg. Дагъустандин ЦIаяр, tab. Дагъустнан ЦIаяр, aqul. Дагъустандин Цlаяр) ― Rusiya Federasiyasının Dağıstan Respublikasında şəhər.

Xəzər dənizinin sahilində, dəniz səviyyəsindən 35 metr yüksəklikdə, Baraftau dağından şimal-şərqdə, paytaxt Mahaçqalanın 118 kilometr cənub-şərqində yerləşir. Coğrafi baxımdan Dərbənd rayonunun keçmiş ərazisində qurulub və onun tərəfindən tamamilə əhatə edilib. Dərbənd şəhərinə yaxınlığı baxmından Dərbəndin "peyk şəhəri" də hesab edilir. Dağıstanın ən cavan və səkkizinci ən iri şəhəridir.

Tarix boyu bura təbii qaz yataqları ilə bölgədə məşhur idi. 1914-cü ildə Həştərxanlı Malışev qardaşları burada həmin qazdan istifadə edən zavod tikdirmişdilər və zavodun ətrafında salınan məskun yerə indiki adı bu səbəbdən qoyuldu. Vətəndaş müharibəsi zamanı sözügedən zavod məhv edilmişdir.

Sovet İttifaqı dövründə Dağıstan İşıqları şəhərinin rolu iqtisadi baxımdan çox böyüdü. Burada şüşə zavodu, xalça fabriki tikildi. Şəhərin əhalisi 1939-cu ildən 2008-ci ilə qədər altı dəfə böyüyüb. 1990-cı ildə qəsəbə şəhər statusunu aldı.

2002-ci ilin siyahıyaalmasına əsasən bu gün şəhərin əhalisi 26.346 nəfər idi[2] və əsasən tabasaranlılardan (35%), azərbaycanlılardan (26%) və ləzgilərdən (22%) ibarət idi.[3]

2010-cu ilin siyahıyaalmasına əsasən şəhər əhalisi 27,923 nəfər idi, və əsasən tabasaranlılardan (46,20 % (12,901 nəfər)), azərbaycanlılardan (21,29 % (6,290 nəfər)), ləzgilərdən (18,00 % (5,016 nəfər)), dargilərdən (6,45 % (1,810 nəfər)), ağullardan (4,89 % (1,028 nəfər)), ruslardan (1,09 % (303 nəfər)), qumuqlardan (0,61 % (169 nəfər)) və digərlərindən (1,20 % (334 nəfər); milliyətini qeyd etməyənlər — 0,26 % (72 nəfər)) ibarət idi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  2. "RussiaOutdoors - Путешествия по России : Дагестанские Огни". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-29.
  3. "Дагестанские Огни. Дагестан". 2009-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-02-24.