I Feysəl

Feysəl ibn Hüseyn əl-Haşimi
ərəb. فيصل بن الحسين بن علي الهاشمي
Fayṣal al-Awwal ibn al-Ḥusayn ibn ‘Alī
bayraq
Suriya kralı
bayraq2
8 mart 1920 – 24 iyul 1921
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
bayraq
İraq kralı
bayraq2
23 avqust 1921 – 8 sentyabr 1933
Əvvəlkivəzifə təsis edilib
SonrakıQazi ibn Feysəl
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Taif, Osmanlı İmperiyası
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Bern, İsveçrə
Vəfat səbəbi ürək çatışmazlığı
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Atası Hüseyn ibn Əli əl-Haşimi
Anası Əbdiyyə ibn Abdullah
Həyat yoldaşı Hüzeymə bint Nasir
Uşaqları Qazi ibn Feysəl əl-Haşimi
Əzzə
Racihə
Rəifə
Ailəsi Haşimilər
Dini İslam (Sünni)[1]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət[2], Aktiv idarəçilik[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Feysəl ibn Hüseyn əl-Haşimi[3] (ərəb. فيصل بن الحسين بن علي الهاشمي‎; tam adı: Feysəl ibn Hüseyn ibn Əli əl-Haşimi; 20 may 1885[4], 20 may 1883[5][6] və ya 20 may 1886[7], Taif, Məkkə bölgəsi[d][8] və ya Məkkə, Hicaz vilayəti[2]8 sentyabr 1933[4], Bern) - 1920-1921-ci ildə Suriya Ərəb Krallığının, 1921-1933-cü illərdə İraqın 1-ci kralı. 1916-1924-cü illərdə hakimiyyətdə olmuş Hicaz kralı Hüseyn ibn Əlinin oğlu idi.

Feysəl ibn Hüseyn, 1883[9]-cü ildə Məkkə yaxınlığındakı Taif şəhərində anadan olmuşdu. I Dünya müharibəsi zamanı bəzi ərəb sülalə liderləri Osmanlılara qarşı çıxmağa başlamışdılar. İçində Suriya ərəblərinində olduğu bir çox sülalə Hüseyn ibn Əlini öz liderləri kimi görürdü. 1915-ci ildə Feysəl Osmanlılara qarşı mübarizədə ərəblərin onları hansı şərtlər daxilində dəstəkləyəcəyini öyrənmək üçün Şam şəhərinə getdi.

1916-cı ildən başlayan Ərəb hərəkatında Feysəlin önəmli rolu vardır. 1918-ci ilin sentyabrında Şam işğal edildi və Feysəl Suriya kralı elan edilir (1920). Ancaq, Feysəl Versal konfransına qatılmaq üçün 1919-cu ildə Parisə getdi. Fransızlar bu zaman LivanSuriyanı ələ keçirməkdə qərarlı olduğunu görüb fransızlarla razılaşmaq məcburiyyətində qaldı. 1920-ci ildə Şama döndü. 1920-ci ilin iyulunda Fransızlar Şamı işğal etdilər. Feysəl ölkədən ayrılmaq məcburiyyətində qaldı və ingilislərin dəvəti ilə Londona getdi.

1920-ci ilin sonlarında İngilislər İraqı işğal etmişlərdi. Ölkədə yaranan hərəkatı zəiflətmək üçün Feysəli burda qurulacaq hökumətin kralı elan etdilər. 1921-ci ilin avqust ayında Feysəl kral elan edilir. O, ağıllı siyasət yeridərək həm Ərəb milliyyətçilərinin dəstəyini, həm də İngilislərin dəstəyini özündə saxlayırdı. Bunun nəticəsində 1930-cı ildə İraq krallığı müstəqilləşdi və 1932-ci ildə Millətlər Birliyinə daxil oldu. 1933-cü ildə İsveçrənin Bern şəhərində qəflətən vəfat etdi[10]. Yerinə oğlu Qazi ibn Feysəl keçdi.

  1. "IRAQ — Resurgence In The Shiite World — Part 8 — Jordan & The Hashemite Factors". 2012-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
  2. 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
  3. ""rulers.org"". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-30.
  4. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. Feisal I. // Brockhauz Ensiklopediyası (alm.).
  6. Fejsal (Faisal) I. // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  7. Feisal ibn Hussein [Fayṣal ibn Ḥusayn] // Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  8. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  9. Allawi, Ali A. (2014). Faisal I of Iraq. Yale University Press.
  10. 78 years after the murder of King Faisal the First, Al Janabi, K., Iraq Law Net, Iraq Al-Qanoun Arxivləşdirilib 2014-03-03 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]