Qaranlıq (kənd)

kənd
Qaranlıq
Yuxarı Qaranlıq
40°06′02″ şm. e. 45°17′03″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Göyçə mahalı
Rayon Aşağı Qaranlıq rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.080 ± 1 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 5.753 nəf. (2011)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1405
Xəritəni göstər/gizlə
Qaranlıq Yuxarı Qaranlıq xəritədə
Qaranlıq Yuxarı Qaranlıq
Qaranlıq
Yuxarı Qaranlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaranlıq — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda yerləşən kənddir.[2]

Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.

Toponim «dağ, təpə» mənasında işlənən qara sözünə[4] məkan anlayışı bildirən -lıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Erm. SSR AS RH-nin 5.VII.1968-cı il fərmanı ilə adı dəyişdirilib Qexovit qoyulmuşdur.

QARANLIQ - Yuxari Qarabağda yer adı. Digər adı Yuxarı Kuznutdur. Ermənistanın Abaran rayonunda Qaranlıq adlı kənd vardı. 1828-ci ildə Ermənistanın Baqrevand mahalından qırx erməni ailəsi gəlib məskunlaşmışdı. Sovet hakimiyyəti illərində kəndə erməni inqilabçısı A.Myasnikovun təxəllüsü olan “Martuni“ adı verilmişdir (sonralar XanlarŞəmkir rayonlarındakı erməni kəndlərinə də Martunaşen və Martuni adları verilmişdir). Qaranlıq kuran (küren) coğrafi adlarının təhrif olunmuş formasıdır. Türk dillərində kuran (küren) “hərbi düşərgə“, maldarlıq müvəqqəti dayanacaqlı yer“. Quba rayonu Qaranlıq (Babaçay dərəsi), LaçınTovuz rayonlarında Qaranlıq “kurenlik“ adından danışdıqda təhrif) adları ilə mənaca eynidir. Koran 1000 ailə (Rəşiddinə görə bir nəslin və tayfanın) düşərgəsi idi. Bu söz Ermənistanda İtqıran, Tovuz rayonunda Xınakəran və b. coğrafi adlarda da əksini tapmışdır.[5]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.118
  4. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.256
  5. B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı-2005