Rusiya–İran müharibəsi (1804–1813)

Rusiya–İran müharibəsi
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Birinci Rusiya-Qacar müharibəsindən səhnə

Birinci Rus-Qacar müharibəsi — 10 iyun 1804 – 12 oktyabr 1813-cü illərdə RusiyaQacarlar imperiyası arasında olmuşdur. Rusların Azərbaycanı ələ keçirmək üçün etdiyi hərbi muharibədə Qacarların bu torpaqları qorumaq üçün etdikləri savaşdır.

İlk mərhələ

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xanlarının heç birinin, ölkələrini birləşdirməyə nail olmadıqları və xanlıqlar arasında ara müharibələri geniş vüsətdə davam etdiyi bir zamanda əslən Azərbaycan türkü olan – Qacarlar tayfasından olan Ağa Məhəmməd xan Qacar Cənubi Azərbaycan ərazisində vahid dövlət yaratmaq üzrə idi. Kərim xan Zəndin ölümündən sonra Şiraza üz tutan Ağa Məhəmməd xan Qacar Astrabada gəldi. Burada möhkəmlənib uzun və qanlı mübarizələrdən sonra Yəzidü Kermanı, Şirazı özünə tabe edə bildi. Ağa Məhəmməd xan Gilanda əvvəlcə Hidayət xanın, sonra isə öz doğma qardaşı Murtuzaqulu xanın şiddətli müqavimətinə rast gəldi.

Gəncənin alınması

[redaktə | mənbəni redaktə et]

Gəncənin əlverişli geosiyasi mövqedə yerləşdiyini nəzərə alan Rusiya həmin ərazini ordunun dayağı kimi istifadə edərək Azərbaycanın digər xanlıqlarını da işğal etmək üçün bu ərazini seçir. Rus ordusunun komandanlığı Gəncəni "İranın şimal əyalətlərinin açarı" adlandırırdı. General Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələdir.

Cavad xana təslim olmağı bir neçə dəfə təklif edən Sisianov hər dəfə rədd cavabı aldı. 1803-cü il noyabrın 20-də general Sisianov Tiflis istiqamətindən Gəncəyə tərəf hərəkətə başladı, qoşun dekabr ayında Gəncə qalasına gəlib çatdı. Qalanı almağın çətin olduğunu başa düşən Sisianov, müəyyən hazırlıqdan sonra, 3 yanvar 1804-cü ildə səhər saat 5-də hücum əmri verdi və ağır döyüşdən sonra ruslar qalanı aldılar. Bu döyüşdə Cavad xan və iki oğlu qəhrəmancasına həlak oldu. Gəncə müharibəsində yaralılardan başqa, iki mindən çox adam həlak olmuşdu, on səkkiz minədək adam isə əsir tutulmuşdu. Bu işğaldan sonra Gəncə şəhərinin adı Aleksandrın arvadı Yelizavetanın şəhərinə dəyişərək Yelizavetpol qoyuldu.

Müharibənin başlama səbəbləri

[redaktə | mənbəni redaktə et]

Gürcüstanın, Şimali Azərbaycanın bir hissəsinin Rusiya tərəfindən işğalı Qacar və Türkiyənin, habelə onların arxasında duran İngiltərəFransanın narahatlığına səbəb oldu. XIX əsrin birinci yarısında yaşamış Azərbaycan tarixçisi A. Bakıxanovun yazdığına görə, "İran rusların sürətli müvəffəqiyyətlərinə dəhşətlə baxırdı. İran şahı 70 minlik qoşununu Zaqafqaziya sərhədlərində cəmləşdirdi". Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yazından – İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı. Elə həmin ilin sentyabrında Ənzəlidə sahil istehkamları quruldu. Fətəli şah Zaqafqaziyanı tutmağa hazırlaşaraq, əvvəlcə Gürcüstan və Gəncə ilə həmsərhəd olan bütün xanlıqların ərazilərini ələ keçirmək niyyətində idi. O, bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu sərhədə göndərməyi qərara aldı. Fətəli şah Avropa krallarıimperatorlarına məktubla müraciət edərək kömək almağa çalışdı. Lakin Qacarlarının daxilində baş vermiş çaxnaşmalar və İngiltərə tərəfindən real köməyin olmaması davakar əhvali-ruhiyyəli şah sarayına soyuducu təsir göstərirdi. İngiltərə isə I Pavelin öldürülməsindən və xüsusən də Fransa qoşunlarının Suriya və Misirdən getməsindən belə qənaətə gəldi ki, Hindistana yürüş planı Napoleonun Şərq siyasətinin gündəliyindən çıxarılmışdır və şaha köməyə ehtiyac qalmayıb. Ona görə də İngiltərə vəd verməkdən uzağa getmirdi. Bununla belə o, İranı Rusiya ilə müharibəyə qızışdırırdı. İran sarayı Rusiya ilə müharibəyə hazırlaşaraq Gürcüstanı Rusiyaya qarşı birgə çıxışa cəlb etmək məqsədilə öz nümayəndələrini buraya göndərdi. Zaqafqaziyanın hər yerinə şahın Gəncə və Gürcüstan üzərinə yerimək niyyətindən xəbər verən, xanlardan itaət və kömək göstərilməsini tələb edən fərman göndərildi. O yazırdı ki, taxt-tac varisi Abbas mirzənin 50 minlik ordusu Rusiyaya birləşdirilmiş vilayətləri qoparıb almaq üçün Zaqafqaziyaya yeridiləcəkdir. Kızılyaradək bütün ölkələri "kafir ruslardan" təmizləyəcəyinə lovğalıqla bəyan etmiş şahın özü də başlıca qüvvələrlə birlikdə Abbas Mirzənin qoşunlarının ardınca hərəkət etməyə hazırlaşırdı. 1804-cü ilin mayında Fətəli şah başda olmaqla İranın yuxarı feodal təbəqələri rus qoşunlarının Zaqafqaziyadan çıxarılmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə İran arasında diplomatik əlaqələr kəsildi, 10 il davam etmiş Rusiya-İran müharibəsi başlandı.

Azərbaycanın mövqeyi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın yerli əhalisinin Rusiya-İran müharibəsinə münasibəti eyni cür deyildi. Azərbaycanın bəzi feodal hakimləri, habelə feodalların da bir hissəsi öz hakimiyyətlərini itirməkdən qorxaraq, müharibəyə öz xilaskarı kimi baxır və şah İranın qalib gələcəyi təqdirdə öz hakimiyyətlərini saxlayacaqlarını düşünərək, ona kömək etməyə hazır idilər və imkan daxilində kömək göstərirdilər Həm daxildən, həm də xaricdən törədilən sonsuz müharibələrdən xilas yolu axtaran və bunu Rusiyanın sayəsində əldə edə biləcəyini zənn edən əhalinin bir hissəsi isə rus qoşunlarına kömək göstərmək istəyirdi. Ümumiyyətlə isə əhali nə İranın, nə də Rusiyanın istilasına məruz qalmaq istəmir, öz xanlarına müraciət edərək, istilaçılara qarşı mübarizədə onlara hər cür kömək göstərməyi vəd edirdilər.

Birinci döyüş

[redaktə | mənbəni redaktə et]

Müharibənin başlanğıcında Zaqafqaziyadakı rus qoşunlarının komandanlığı müharibə aparmağın hücum planını seçdi. İlk döyüş 1804-cü il iyulun 2-də İrəvan xanlığının ərazisində Üçkilsə divarları yanında baş verdi. 12 topu olan 3600 nəfərlik piyada, süvari eskadronu və 2 kazak yüzlüyündən ibarət rus qoşunu 20 minlik İran qoşunu ilə qarşılaşdı. Rus qoşunları gürcü süvari dəstələrinin köməyi ilə üstünlük qazandılar.1805-ci il iyunun ortalarında Qacarların qoşunları Qarabağa daxil oldu. İyulun 26-da şah qoşunları rus qarnizonun yerləşdiyi Şahbulaq qalasını mühasirəyə aldı.

İkinci döyüş

[redaktə | mənbəni redaktə et]

İkinci döyüş İrəvan yaxınlığında, Qəmərli kəndinin yanında baş verdi, 1804-cü il iyulun 29-dan 30-na keçən gecə rus qoşun dəstəsi ilə İran qoşunlarının böyük birləşməsi arasında qanlı döyüş oldu. Rus qoşunları tutduqları mövqeləri qoruyub saxlaya bildilər. Lakin azuqənin çatışmazlığı, qoşunların azlığı, habelə İran qoşunlarının kiçik rus dəstəsi yerləşmiş Gəncəyə tərəf irəliləməsi üzündən sentyabrın 4-də rus qoşunları İrəvandan geri çəkildi.

Qarabağ, Şəki və Şamaxı xanlıqlarının ilhaqı

[redaktə | mənbəni redaktə et]

Gəncənin alınması, rus qoşunlarının sonrakı müvəffəqiyyətləri Azərbaycan xanlıqlarının istilasının sürətlənməsində mühüm rol oynadı. General Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan Rusiya təbəəliyinə keçməyi tələb etdi. İbrahimxəlil xan İran qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianovdan hərbi kömək xahiş edib, Rusiyaya kömək göstərmək və ona sadiq qalmaq vədi verdi. Qarabağ xanının Rusiya ilə yaxınlaşmasından həyəcana düşmüş İran sarayı İbrahimxəlil xanın oğlu Əbülfəth xanı 500 nəfərlik dəstə ilə Qarabağa göndərdi. Lakin İbrahimxəlil xan onu düşməncəsinə qarşıladı və onun dəstəsini Dizax yaxınlığında əzdi.

Qarabağ xanının bu qələbəsindən sonra Sisianov onun xahişinə görə Qarabağa mayor Lisaneviç başda olmaqla dəstə göndərdi. Eyni zamanda o, Rusiya təbəəliyini qəbul etmək barədə cavabı sürətləndirməyi tələb etdi. İbrahimxəlil xan xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. General Sisianov Gəncə yaxınlığındakı Kürək çayının sahilinə gəldi və düşərgə saldı. İbrahimxəlil xan da buraya gəldi və 1805-ci il mayın 14-də Sisianovla görüşdü. Görüşdə müqavilə imzalandı. Bu müqaviləyə əsasən xan. Onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur və onların üzərinə rus çarına sadiq qalmaq təhəddüdü qoyulurdu. Çar isə, öz növbəsində, bu xan sülaləsinin hüquqlarını "bütün zamanlar üçün" təsdiq edirdi, lakin hər dəfə xan varisləri çar tərəfindən təsdiq olunmalı idi. Xan öz nəvəsini əmanət verməyi boynuna götürdü. O, Tiflisdə qalmalı idi. Xanlığın daxili idarəsi xanın ixtiyarında saxlanıldı. Lakin o, rus qarnizonunu Şuşaya buraxmağı və onu zəruri şeylərlə təmin etməyi öz üzərinə götürdü. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə 8000 çervon ayırmağı öhdəsinə götürdü.

Bəzi xanlıqlar tərəfindən Rusiya hakimiyyətinin döyüşsüz qəbul edilməsi faktı çarizmin burada işğalçı məqsədlər güdməməsi kimi qəbul edilməməlidir. İlk zamanlar bəzi xanlıqların daxili muxtariyyət hüququnun saxlanılmasına gəldikdə isə bu, öz qarşısında İngiltərəFransanın həvəsləndirdiyi İranTürkiyə kimi rəqibləri görərək, Zaqafqaziyada böyük ehtiyatla hərəkət etməyə can atan çarizmin müvəqqəti tədbiri idi. Müharibənin elə ilk ilində şah sarayının İngiltərəyə bəslədiyi ümmidlər özünü doğrultmadı. İngiltərə bu illərdə Rusiyanın iştirakı ilə yeni antinapoleon koalisilasını yaratmağa çalışırdı. İngiltərə Rusiya-İran müharibəsini qızışdıraraq, öz müttəfiqinə — İrana münasibətdə ikiüzlü siyasət yürüdürdü: İran tərəfindən 1801-ci il müqaviləsinin şərtlərinə əməl olunmasını tələb edərək, özünü elə aparırdı ki, guya ki, onun özü müttəfiqlik borclarından azaddır. İngiltərənin belə siyasəti onunla nəticələndi ki, 1804-cü ilin payızında İran şahı Rusiya əleyhinə Fransa ilə ittifaq bağlamağa hazır olması barədə Napoleona məktub göndərdi. Napoleon bundan istifadə etməyi qərara aldı və İstanbuldakı fransız səfirinə İranla danışıqlara başlamaq barədə göstəriş verdi. 1805-ci il yay kompaniyasının gedişində İran qoşunları iyunun ortalarında Qarabağa soxuldular və onu talan etdilər. Hələ bu yaxınlaradək laləzar torpaqlar olan hər yerdə indi ancaq kəndlərin xarabalıqları, geniş tut bağlarının qalıqları, bir də atılmış və baxımsız qalmış tarlalar görünürdü.

Pirqulu xan Əsgəranı tutdu və Qarabağın içərilərinə irəlilədi. 1805-ci ilin iyunun 26-da şah qoşunlar, polkovnik Koryagin başda olamqla azsaylı rus qarnizonunun yerləşdiyi Şahbulağı mühasirəyə aldılar. Abbas Mirzə qalanın təslim olmsını tələb etdi. Koryagin vəziyyətin çıxılmazlığını görərək, qalanı iyulun 8–də təslim etməyə razılaşdı, özü isə iyulun 7-nə keçən gecə dəstəsi ilə düşmənin xəbəri olmadan qalanı tərk etdi. Abbas Mirzə rus dəstəsinin gizlicə oradan çıxmasını bilən kimi onu təqib etməyə başladı, lakin ona hücum etməyə cürət etmədi. Şahbulaqdan şimaldakı Muxrat qəsrində dayanmış Koryaginə kömək gələndə şah qoşunları geri çəkildilər. Koryaginin dəstəsi Gəncəyə gəldi və burada Kotlyarevskinin dəstəsi ilə birləşdi. İyulda İran qoşunları Qazaxa soxuldular. İran qoşunlarının komandanı yerli əhalinin köməyinə ümid bəsləyirdi. O, kətxudalara bəyanatla müraciət edərək, Qazax sakinlərini Rusiyaya qarşı üsyana çağırdı. Koryagin 570 nəfərlik dəstə ilə döyüş əməliyyatları meydanına tələsdi və iyulun 27-də Zəyəm yaxınlığındakı İran düşərgəsinə hücum etdi. İran qoşunlarının 1805-ci ilin yay hərbi kompaniyasındakı Azərbaycanda öz mövqeyini daha da möhkənləndirmək, Şirvan. Bskı və Quba xanlarını tabe etmək imkanı verdi.

Hələ Qarabağ və Şəki xanlıqları ilə müqavilələr bağlanan dövrdə Sisianov Rusiya hakimiyyətini qəbul etməyi şirvanlı Mustafa xandan da tələb etmişdi. Şirvan xanı qonşu Azərbaycan xanlıqları üzərində onun hakimiyyətinin tanınması şərti ilə bu tələblə razılaşdı. Mustafa xan illik bac verməkdən boyun qaçırır, daxili idarədə özünün müstəqilliyi barədə təminat və özünə daimi məvacib təyin olunmasını tələb edirdi. Sisianov isə özünün irəli sürdüyü şərtlərlə Rusiya hakimiyyətini qəbul etməyi tələb edirdi və danışıqların heç bir şey verməyəcəyinə əmin olduqdan sonra 1805-ci ilin noyabrında Mingəçevir yaxınlığında Kürü keçərək Şamaxıya doğru yeridi. Onun 10 topu olan dəstəsi 1100 piyadadan vəm süvarilərdən ibarət idi. General Sisianov Şirvana doğru hərəkət edərkən İbrahimxəlil xandan kömək tələb etdi və o da 1500 süvari ilə birlikdə öz böyük oğlu Mehdiqulu ağanı göndərməyə məcbur oldu. Rus qoşunlarının yaxınlaşdığını eşidən Mustafa xan Sisianovun tələbini qəbul etmək qərararına gəldi, xanlığın xarici əlaqələr hüququnun Rusiyaya verilməsinə, ildə 10 min çervon bac ödəməyə, xanlığın hüdudları daxilində ticarətin təhlükəsizliyini təmin etməyə və s. razılaşdı. Bununla belə xan danışıqlardan boyun qaçırdı, təbii qala və möhkəm sığınacaq olan Fitdağda mövqeyini möhkəmləndirdi. Sisianov qoşunlarını Şamaxının lap yaxınlığına çəkməyə başladı. Rus qoşunları Fitdağa yaxınlaşdı. Öz vəziyyətinin çıxılmazlığını görən xan Rusiya təbəəliyinə keçməyərazı oldu. Mustafa xan və Sisianovun 1805-ci il dekabrın 27-də imzaladıqları müqavilə əvvəlcə bağlanmış iki müqavlə ilə eyni idi. Qarabağ və Şəki xanlıqlarının Rusiya hakimiyyəti altında keçməsi haqqındakı müqavilərlə eyni olan bu müqavilədə rus qoşunlarının Şamaxıda mütləq yerləşdirilməsindən danışılmırdı. Şamaxı xanlığının illik bacı 7 min çervon məbləğində müəyyənləşdirildi. Şamaxı xanlığı öz ərazisindən keçən karvanların təhlükəsizliyini təmin etməyə borclu idi. Xan, həmçinin, Kür sahilində — Cavadda möhkəmləndirilmiş rus məntəqəsinin tikilməsinə icazə verməsi ilə də razılaşırdı.

Azərbaycanın ən iri xanlıqlarından birinin – Şamaxı xanlığının tabe edilməsi çar Rusiyası üçün bütün Şimali Azərbaycanın ələ keçirilməsində mühüm əhəmiyyətə malik idi. Şamaxı xanlığı digər xanlıqlar arasında mərkəzi mövqe tuturdu, böyük iqtisadi, siyasi və hərbi-strateji əhəmiyyətə malik idi.

Bakının alınması

[redaktə | mənbəni redaktə et]

Şamaxı xanlığının tabe edilməsindən sonra Bakıya yol açıq idi. 1805-ci ilin əvvəllərində Qafqazdakı rus qoşunlarının baş komandanı Gilanı tutmaq, geri qayıdarkən isə Bakını ələ keçirmək üçün rus donanmasını Xəzərə göndərməyi qərara aldı.

Çar hökuməti Xəzər donanmasının möhkəmləndirilməsinə və onun köməyi ilə Xəzərin qərb sahillərinin ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çarın xarici işlər naziri bunu dönə-dönə Sisianova xatırladırdı. Sonuncu isə, öz növbəsində, Xəzər dənizi üzərində Rusiyanın tam hərbi ağalığını bərqərar etmək hüququnu rəhbər tutur və bu məqsədlə də yerli tacirlərin ticarət gəmilərinin burada görünməsinə yol vermirdi. Apreldə desant general Zavalışının rəhbərliyi altında Rəşt istiqamətində yola düşdülər. Bu qoşunların qarşısını Ənzəli və Bakını tutmaqdan başqa, ötən kompaniyada əsir düşmüş adamların və gürcü knyazlarının geri alınmasını şahdan tələb etmək vəzifəsi qoyulurdu. İyunun 23-də donanma Ənzəli limanına çatdı. Desant çıxarmaq və Rəşti tutmaq üçün göstərilən uğursuz cəhddən sonra rus eskadrası avqustun 12-də Bakı rayonuna yaxınlaşdı. Qalanın təslim edilməsi barədə danışıqlar başladı. Zavalişin rədd cavabı alaraq, avqustun 15-də qalanı atəşə tutmağa, avqustun 22-də isə şəhəri mühasirəyə almağa başladı. Avqustun 29-dək xanlığın mühüm strateji məntəqələri tutuldu. İranla əlaqə saxlayan Bakı hakimi Hüseynqulu xan kömək şah sarayına müraciət etdi. İran tarixçisi Nəsir Nəcminin məlumatına görə, Abbas Mirzənin urmiyalı Əsgər xana Bakı xanına kömək üçün qoşunlarla birlikdə dərhal yoloa düşməyi əmr etdi. Qubalı Şeyxəli xan da Hüseyqulu xana kömək etməyə hazırlaşırdı.

General Zavalişin Bakıya – Hüseynqulu xana Urmiya və Qubadan köməyin yaxınlaşmasından qorxaraq, qalanı ələ keçirmədən Talış xanlığındakı Sara adasına çəkildi. 1806-cı ilin fevralın əvvəllərində Sisianov artilleriyası olan böyük qoşun dəstəsi ilə Bakının 2 km-də general Zavalişinin desant dəstəsi birləşdi və Naxır-bulaqda düşərgə saldı. Sisianov qalanın təslim edilməsini tələb etdi. Sisianovun təklif etdiyi şərtlərə görə, Bakı xanlığı Rusiya təbəəliyini qəbul etməli, xanlığın ərazisi Rusiyaya birləşdirilməli, xanlığın bütün gəlirləri çar xəzinəsinə göndərilməli, xan isə ildə 10 min manat məbləğində məvacib almalıydı. Şəhər xüsusi qaydalar üzrə idarə olunmalı idi. Bakı qalasında toplarla birlikdə altı yüz min əsgərdən ibarət qarnizonunun yerləşdirilməsi nəzərdə tutulurdu. Xarici siyasət və hərbi məsələlərdə xan Qafqazdakı rus qoşunları baş komandanlığının sərəncamlarına tabe olmalı idi. Bakılı Hüseynqulu xan bu şərtlərlə razılaşdı. Fevralın 8-də Sisianov polkovnik Eristavinin müşayiəti ilə, demək olar ki, mühafizəsiz şəkildə onu lap qalanın yanında gözləyən xanla görüşmək üçün yola düşdü. Görüşdə o, Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü.

General Zavalişin rus qoşunlarını Bakıdan Sara adasına, sonra isə Kızılyara aparmağa məcbur oldu. Bakıda Sisianovun öldürülməsindən sonra Zaqafqaziyadakı rus qoşunlarının vəziyyəti ağırlaşdı. Cənubi Qafqazda da şərait mürəkkəbləşdi. Xanların çoxu tərəddüd etməyə başladı. Dağıstanın bəzi feodal hakimləri bu məqamdan istifadə edərək, tələsik Zaqafqaziyaya soxulmaq üçün hazırlıq görməyə başladılar. Qazıqumux hakimi Surxay xan Azərbaycana soxuldu. Lakin rus qoşunlarının Şimali Qafqazdakı fəallığı üzündən digər Dağıstan hakimləri Kürə yaxınlaşan, Mingəçevir yaxınlığındakı keçidi ələ keçirməyə ümid bəsləyən, lakin tələsik geri qayıtmağa məcbur olan Surxay xana kömək göstərməyə cürət etmədilər.

1806-cı ilin yazında İran qöşunları yenidən fəallaşdı. Napoleonun vəd etdiyi kğmək burada az rol oynamadı. İran qoşunları Arazı keçərək Qarabağa yeridi.

Abbas Mirzə

İyunun 8-də rus və İran qoşunları arasında 1806-cı ilin kampaniyasının ilk silahlı toqquşması baş verdi. Şahbulaq və Əsgəran arasında, Ağdamda rus dəstəsi 4000 İran sərbazı iləm qarşılaşdı. Rus dəstəsi İran qoşununu sıxışdırdı və Əsgəranı tutaraq, Şuşaya doğru irəlilədi. Abbas Mirzə İbrahimxəlil xanı öz tərəfinə çəkmək üçün elçilərini onun yanına göndərdi. Bu dövrdə Şuşada yerləşən mayor Lisaneviçin başçılıq etdiyi rus qarnizonunun azlığı üzündən İbrahimxəlil xan xanlığın var-yoxdan çıxarılmasına yol verməmək üçün əvvəlcədən Lisaneviçlə razılaşaraq, rus qoşunları gəlib çıxanadək iranlılarla mülayim rəftar etməyi qərara aldı. Rus qoşunlarının gəlib çıxmasının xeylim gecikməsi İran qoşunlarının lap qalaya yaxınlaşmasına səbəb oldu. İbrahimxəlil xan öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün onu Şuşa qalası yaxınlığındakı Xankəndinə köçürdü. XIX əsrin birinci yarısında yaşamış Azərbaycan tarixçisinın yazdığı kimi, ―bəzi bədniyyətli adamlar xanı mayora elə şərləmişdilər ki, mayor gecə ikən bir dəstə döyüşçü ilə onun məskəninə yollandı, burada fələyin zalım hökmü ilə İbrahim xan bəzi ailə üzvləri və yaxın adamları ilə birlikdə öldürüldü‖. Bu qətl çar zabitlərinin müstəmləkəçi vəhşiliyini səciyyələndirən parlaq misaldır. Belə yolla həm tərəddüd edən feodallar, həm də əhali ruslardan uzaqlaşdırıldı. Təsadüfi deyil ki, bu hadisələrdən dərhal sonra şəkili Səlim xan Rusiya ilə əlaqələri kəsdi, əhalini üsyana qaldırdı və rus qoşunlarını xanlıqdan getməyə məcbur etdi. Həmin günlərdə 1806-cı ilin hərbi əməliyyatların yay kampaniyası qızışmışdı. Abbas Mirzənin qoşunları Qarabağ və Şirvanda idi, gürcü şahzadəsi Aleksandr başda olmaqla 15 minlik digər ordu isə iyunun sonlarında Gəncənin 45 km-liyində düşərgə salmışdı. Şahzadə Tiflis, Qarakilsə və Gəncə istiqamətləri ilə Gürcüstana girməyə hazırlaşırdı. Lisaneviçin amansızlığına və atasının xaincəsinə öldürülməsinə baxmayaraq, Mehdiqulu xan general Nebolsinin komandanlığı altında rus qoşunları ilə birləşməyə məcbur oldu bə Əsgəran qalasının yaxınlığında düşərgə saldı. Tezliklə ruslar Xanaşır aşırımında İran qoşunlarını əzdilər və İran qoşunlarının qalıqları tələsik Arazın o tayına çəkildi. 1806-cı ilin qışında yeni baş komandan təyin olunmuş general Qudoviç Qarabağın idarə olunması haqqındakı fərmanı Mehdiqulu xana təqdim etdi.

Qəsbkarlar geri çəkilərkən dinc sakinlərdən ibarət kütlələri zorla qovub əsirliyə aparırdılar. Təkcə Şirvandan İrana 6 min nəfər aparılmışdı. Yay kampaniyasının müvəffəqiyyətlə başa çatmasından sonra qarşıda Şimali Azərbaycanın talan ərazisinin, ilk növbədə Bakı və Quba xanlıqlarının işğalı məsələsi dururdu.

Rus komandanlığı Bakı və Dərbənd qalalarını ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. General Qlazenap 1806-cı il mayın 3-də çara yazırdı: Nə qədər ki, Bakı alınmayıb, o vaxtadək Şirvan və Qarabağdakı nailiyyətlər həmişəlik təhlükədə olacaqdır, elə Gürcüstanıpn özü də farsların basqınını gözləməlidir. İran hökuməti Rusiya və onun planları üçün Bakının əhəmiyyətini aydın başa düşürdü və Qarabağdakı uğursuzluqlardan sonra rus qoşunlarının irəliləməsinin qarşısını almaq məqsədilə hərbi əməliyyatları Şamaxı xanlığı istiqamətinə keçirdi. Bu vaxt bir rus dəstəsi Zərdaba, digər isə Cavada daxil oldu. Rus qoşunlarının yaxınlaşdığını eşidən Abbas Mirzə düşərgə saldığı Ağsudan Kür çayına doğru geri çəkildi. Bakı və Dərbəndə doğru irəliləmək üçün əlverişli şərait yaradırdı. Qubalı Şeyxəli xan Rusiya hakimiyyətini qəbul etmək istəmirdi. 1806-cı ilin iyununda rus qoşunları Quba xanına tabe olan Dərbəndə yaxınlaşdılar və iyunun 22-də onu tutdular. Sonra onlar general Bulqaqkovun komandanlığı altında Bakıya doğru yönəldilər. General şəhər sakinlərinə müraciət göndərdi. Hüseynqulu xan öz nümayəndə heyətini şəhərin bayrağı, qalanın açarı və duz-çörəklə Buqakovun yanına göndərdi, lakin Hüseynqulu xanın öxü qisasdan qorxaraq, ailəsi ilə birlikdə Qubaya, oradan da İrana qaçdı. Beləliklə, 1806-cı il sentyabrın 3-də Bakı xanlığı Rusiyaya tabe edildi. Tezliklə Quba xanı da qaçdı, onun xanlığı da Rusiyaya tabe olundu. Dərbənd və Quba xanlıqları Tərki şamxalının ixtiyarına verildi, sonralar isə əyalətlərə çevrildi. Beləliklə, 1806-cı ilin sonund, Talış, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Şimali Azərbaycan ərazisi Rusiyanın hakimiyyəti altına keçdi.

Şəkidə və digər ərazilərdə Rusiyaya qarşı üsyanlar

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Səlim xan

Göstərilən xanlıqların işğalından sonra rus qoşunları Şəki xanlığındakı üsyanı yatırmaq üçün göndərildi. 1806-cı ilin oktyabrın 22-də Nuxa yaxınlığında həlledici döyüş baş verdi və şəkili Səlim xanın dəstələri məğlubiyyətə uğradı. Rus qoşunları Nuxa şəhərini mühasirəyə aldılar. Şəhər sakinləri müqavimət göstərməkdə davam edirdi. Onlar şəhər divarlarının ətrafını yandırıcı materiallarla doldurdular və rus qoşuunları hücuma başlayanda onlara od vurdular. Bununla belə nuxalıların müqaviməti qırıldı və rus qoşunlatrı hücum edib, Nuxanı ələ keçirtdilər. Səlim xan İrana qaçdı. Xanlığın idarə olunması üçün Şəkidə yerli, Rusiyaya meyilli olan bəylərdən ibarət müvəqqəti idarə təşkil olundu. Sonra rus qoşunları üsyanı bürümüş Car-Balakənə yola düşdü. Rus qoşunları Carda üsyanları və avar xanının, habelə digər Dağıstan feodallarının burada olan süvarilərini mühasirəyə aldılar. Tezliklə bu üsyan da yatırıldı. Şimali Azərbaycan xanlıqlarında üsyan yatırıldıqdan sonra hökumət bir sıra yerli feodal hökmdarları dəyişdi. Rusiya-İran müharibəsinin başlanğıcında Rusiyanın tərəfinə keçmiş xoylu Cəfərqulu xan Şəki xanı təyin edildi. O özünün keçmiş Xoy xanlığı əhalisinin bir hissəsini Şəkiyə köçürdü. Azərbaycanlılardan və ermənilərdən ibarət olan bu köçkünlər Nuxa şəhərinin ətrafında bir neçə kənd (Yenikənd, Cəfərabad vəs.) saldılar.

Avropa dövlətlərinin və Osmanlının mövqeyi

[redaktə | mənbəni redaktə et]
Fransanın İmperatoru Napoleon Bonapart
III Səlim(1789-1807), IV Mustafa(1807-1808), II Mahmud(1808-1839)

Çar hökuməti Quba və Bakı xanlıqlarını ələ keçirdikdən sonra İranla sülh bağlamağa can atırdı, belə ki, rus komandanlığı Türkiyə ilə müharibənin yaxınlaşdığını qabaqcadan görür və buna görə də əl-qolunu azad etmək, mümükün olarsa, hətta İranı Türkiyəyə qarşı müharibəyə sövq etmək istəyirdi. İran hökuməti də güzəştlərə ümid bəsləyərək, sülh bağlamaq istəyirdi. 1806-cı il sentyabrın ortalarında şah sarayı öz nümayəndəsini sülh bağlamaq təklifi ilə rus qoşunlarının baş komandanı Qudoviçin yanına göndərdi. Çar hökuməti heç nəyi İrana güzəşt etmək fikrində deyildi, əksinə o, İrandan Naxçıvan və İrəvan xanlıqlarını tələb etgdi. Qudoviç 1806-cı il oktyabrın 4-də I Aleksandrdan göstəriş aldı ki, "…yaranmış mövcud şəraitdə İranla hərbi əməliyyatların dayandırılması ən mühüm məsələdir". Çar hökuməti hətta müvəqqəti barışığın imzalanmasına razı idi. Lakin danışıqlar uzandı. İngiltərə və Fransa bu işdə az rol oynamırdı.

İngiltərə və Fransanın başlıca mənafelərini başqa beynəlxalq məsələlərə daha çox məşğul etsə də, Onlar Cənubi Qafqazı bir anlığa da gözdən qoymur, İngiltərə açıq-aşkar, Fransa isə gizlicə İranı müdafiə edir və Türkiyəni Rusiya ilə müharibəyə təhrik edirdilər. Austerlitsdən sonra İran və Türkjiyə də Napoleon diplomatiyası daha da fəallaşdı. Napoleon 1806-cı ildə öz nümayəndəsi general Romyeni İrana göndərdi. İranın Fransa ilə danışıqları İngiltərəni təşvişə saldı. Bağdaddakı ingilis səfiri Xarford Cons şah nazirinə müraciət edib ona təminat verdi ki, İngiltərə 1801-ci il müqaviləsinin şərtlərinə sadiq qalacaqdır. General Romyenin qəfildən, müəmmalı şəkildə vəfatı üzündən danışıqlar kəsildi. Lakin tezliklə digər fransız nümayəndəsi Jober İrana gəldi. Onu şahın özü də qəbul etdi.

Napoleon "rus qoşunlarını Zaqafqaziyadan qovmaq üçün… fransız qoşunlarının İran sahillərinə çıxmasına icazə verməyi" İrana təklif etdi.

Fransa bütün vasitələrlə Türkiyəni də Rusiyaya qarşı qaldırmağa çalışırdı. Dövlət kansleri A. R. Vorontsov bu barədə hələ 1803-cü ildə general Sisianova məlumat verirdi. Fransanın təsiri altıpnda Türkiyə Rusiyaya qarşı birgə mübarizəsi üçün İranla hərbi ittifaq bağlamaq niyyətində idi. Türkiyə məmuru Feyzi Mahmud Əfəndi 1805-ci ilin payızında bu məqsədlə Tehrana gəldi. Napoleonun 1806-cı ildə İstanbula gəlmiş səfiri general Sebastian hədələr və cəlbedici vədlərlə Türkiyəni bir sıra rus-türk sazişlərini, o cümlədən də də təzəcə imzalanmış müttəfiqlik müqaviləsini təhrik yolu ilə pozmağa nail oldu. 1806-cı ilin sonunda Türkiyə Rusiyaya qarşı müharibəyə başladı.

Türkiyənin müharibəyə başlanması rus qoşunlarının Qafqazdakı vəziyyətini ağırlaşdırdı. Rus ordusun un əsas qüvvələri Napoleon qoşunlarına qarşı mübarizəyə yönəlmişdi və Qafqaza göndərilə bilməzdi. İndi Qafqaz fərbi əməliyyatlar meydanında İranla yanaşı, Türkiyə ilə də müharibə aparmaq lazım idi. Rusiya bunu qabaqcadan görür və buna görə də İranla sülh bağlamağa cəhd göstərirdi. Lakin İranla danışıaqlar müvəffəqiyyətlə nəticələnmədi.

Rusiya-Türk müharibəsinin başlanmasından sonra Qafqazdakı rus qoşunlarının komandanlığı Tərtər çayında istehkam yaratmağı qərara aldı. Quba, Bakı və Dərbəndi təzəcə ələ keçirmiş, Şəki və Car-Balakındə üsyanı yatırtmış qoşunlar oraya göndərilmişdi. Baş komandan general Qudoviç rus ordusunun başında Gümrüyə yönəldi. Burada rus və türk qoşunları arasında qanlı döyüş baş verdi. Mirzə Adıgözəl bəy bu döyüş haqqında yazırdı: "Hər iki qoşun Arpa çayında qarşılaşdı və bir-birinin qarşısında yerləşdilər. Bir qədər vaxtan sonra döyüş baş verdi. Qaş qaralana yaxın osmanlılar məğlub eduildilər. Ruslar osmanlılardan qənimətlər və çoxlu top ələ keçirdilər". Bu döyüş 1807-ci il iyunun 18-də baş vermişdi. Elə həmin ildə İran qoşunlarının Zaqafqaziyaya viran edici yürüşləri yenidən başladı. Napoleon 1807-ci ilin əvvəllərində İran şahını Rusiya ilə mübarizəni gücləndirməyə çağırırdı. 1807-ci il yanvarın 17-də Napoleon iran şahına yazırdı ki, Rusiya üzərində qələbə "məni səninlə yaxınlaşdırır", ona görə də Rusiya üzərinə hücum etməyi, Zaqafqaziyanı tutmağı, "Xəzər dənizini ruslardan ötrü bağlamağı" məsləhət görürdü. O, "üç dövlətin əbədi ittifaqını" (yəni Fransa, İran və Türkiyənin ittifaqını) yaratmağa çağırırdı. Fətəli şah öz növbəsində Napoleonun yanına çox zəngin hədiyyələrlə nümayəndə heyəti göndərdi və ittifaq bağlamağı təklif etdi. Napoleon Fətəli şaha cavabında onu Rusiya əleyhinə mübarizəni gücləndirməyə çağırır və Fransa, İran və Türkiyədən ibarət anti-Rusiya blokunu yaratmağı təklif edirdi. Şah hökuməti bu təklifi qəbul etdi.

Fransanın yeni nümayəndə heyəti İrana gəldi. 1807-ci il aprelin sonunda İranınm səlahiyyətli nümayəndəsi I Napoleonun olduğu Şərqi Prussiyaya gəldi və danışıqlara başladı. I Napoleon müqavilənin bağlanmasını gözləməyərək İrana göndərilmək üçün 50 top, 10 min tüfəng və 4 min piyada hazırlamaq əmrini verdio. 1807-ci il mjayın 4-də Finkenşteyndə Fransa-İran müqaviləsi imzalandı. Bu müqaviləyə görə, Zaqafqaziyanı tutmaq üçün İrana hərbi kömək göstərilməsi nəzərdə tutulurdu. Tezliklə İrana general Qardanın başçılıq etdiyi fransız diplomatik nümayəndə heyəti gəldi. Onun gəlişi ilə Finkenşteyn müqaviləsi tələm-tələsik təsdiq olundu. 1808-ci il yanvarın 21-də müqavilə bağlandı. Bu müqaviləyə görə, İran fransız cəbbəxanasından 20 min tüfəng satın ala bilərdi.

Rusiya və İran arasında barışığın görünməkdə olan əlamətləri Fransa-İran müqaviləsinin bağlanması və fransız diplomatik nümayəndə heyətinin İrana gəlməsi ilə yoxa çıxdı. "Fransa hökumətinin fitnələri nəticəsində bizim bu diyardakı işlərimiz ümidlərimizin əksinə hal almağa başlayır". Fransızların rəhbərliyi ilə İsfahanda top istehsalı qaydaya salındı. Tehranda isə artilleriya parkı təşkil olundu.

Fransızlar İran ordusunu yenidən qurmağa başladılar. General Qardan eyni zamanda Iran və Rusiya arasındakı danışıqlara hər vasitə ilə mane olurdu. Hələ 1807-ci ilin yayında beynəlxalq vəziyyətdə dəyişikliklər baş verdi. Rusiya ilə Fransa arasında Tilzit sazişi, habelə hücum və müdafiə ittifaqı haqqında gizli rus-fransız müqaviləsi imzalandı. Tilzitdə Napoleon İran və Türkiyənin mənafelərinin təmin olunmasını təkid etmədi. Tilzit müqaviləsinin ikinci gizli maddəsində qeyd olunurdu ki, Fransa özünün Türkiyə və İran işlərindəki vasitəçiliyindən imtina edir. Lakin sonrakı hadisələr göstərir ki, Fransa və Rusiya arasında Tilzitdə bağlanılmış bu ittifaq məcburi ittifaq idi. Fransız mütəxəssisləri İranı Rusiya ilə yeni silahlı toqqujşmalara hazırlamaqda davam edirdilər vəşah sarayı da Napoleonun köməyinə ümidini itirməyərək, Fransa ilə əlaqələri kəsmək istəmirdi. Lakin yaranmış şərait şahı İngiltərə ilə yaxınlaşmağa sövq edirdi. İngiltərə hökuməti şəraitdən dərhal istifadə etdi və İranda öz yerini hər vasitə ilə möhkəmləndirmək qərarına gəldi. Lakin şah rüşvət və hədə-qorxulara baxmayaraq, Malkolmu qəbul etmədi. Şah Gürcüstanı ona qaytarmağı vəd etmiş Napoleonun qüvvəsinə hələ də inanırdı. Tezliklə Cekson başda olmaqla ikinci diplomatik nümayəndə heyəti İrana gəldi. Cekson şahın Fransa ilə əlaqələrini kəsməyinə nail oldu. O, şahı və şah sarayını satın almaq üçün böyük vəsaitdən istifadə edirdi. 1809-cu ilin fevralında general Qardan Tehranı tərk etməyə məcbur oldu. 1809-cu ildə İngiltərə İranla müqavilə imzaladı. Bu müqaviləyə görə, İran İngiltərə ilə düşmənçilik edən bütün dövlətlərlə münasibətlərini kəsməyi öhdəsinə götürdü. İngiltərə şaha Rusiya ilə müharibə müddətində hər il 120-min funt-sterloinq məbləğində malıyyə yardımı göstərməyi, silah, hərbi sursat və təlimatçılar verməyi vəd edirdi.

Müharibənin son dövrləri

[redaktə | mənbəni redaktə et]

Danışıqlarla yanaşı, gələcək hərbi əməliyyatlara hazırlıq gedirdi. Artıq 1808-ci ilin mayında 10 minlik İran qoşunu İrəvana doğru çəkilirdi . Rus qoşunlarının baş komandanı general Qudoviç də öz qoşunlarını İran sərhədinə doğru yönəltdi və sentyabrın 40 — də Soğanlıq düşərgəsindən 3 min nəfərdən bir qədər artıq qoşunla Pəmbəkə doğru yeridi. O oradan İran qoşunlarına hücum etmək niyyətində idi. Qudoviç eyni zamanda Naxçıvanı ələ keçirməyi general Nebolsinə əmr etdi. Nebolsin sentyabrın 11-də 3000 nəfərllik qoşunla Şuşadan yola düşdü. Sentyabrın 26-da Qudoviç irəvanlı Hüseyn xan başda olmaqla 4 min nəfərdən ibarət İran qoşununu məğlub etdi. Rus qoşunları irəvana geri çəkilən Hüseyn xanı təqib edərək yolüstü Eçmiədzini ələ keçirtdi. Bu zaman general Nebolsin Naxçıvana doğru irəliləyərək, oktyabrın sonunda Qarababa kəndi yanında İran qoşunlarını dağıtdı və Naxçıvanı tutdu. Rus qoşunlarının birləşmiş qüvvələri İrəvanın mühasirəsinə başladı və mayın ortalarında qalaya hücuma keçdi. Lakin müvəffəqiyyətsizliyə uğrayıb geri çəkildi. Rus qoşunları Naxçıvanı da tərk etməyə məcbur oldular. Abbas Mirzə Naxçıvanı tutaraq, rus qoşunlarını təqib etməyə başladı. Qarababa kəndi rayonunda döyüş baş verdi, Qudoviç yenidən məğlubiyyətə uğradı. 1808-ci il kampaniyası uğursuz başa çatdı və Qudoviç istefaya getməyə məcbur oldu.

1809-cu ilin əvvəllərindən Rusiyanın Zaqafqaziyadakı vəziyyəti daha da mürəkkəbləşdi. İran İngiltərənin rəhbərliyi altında hərbi əməliyyatları davam etdirməyə, Arabağa soxulmağa hazırlaşırdı. Sarıqamışda 14 min sərbaz cəmləşdirilmişdi. Qafqazda rus qoşunlarının sayı 43,5 min nəfərə çatdığı bir vaxtda İran bütövlükdə 150 min nəfərlik ordu çıxarmaq niyyətində idi. Yeni baş komandan Tormosov İranla münasibətləri danışıqlarla nizama salmağa ümid bəsləyirdi. Lakin 1809-cu ilin iyununda şahın özü Qarabağ və İrəvanla kifayətlənməmək və qüvvələrini Türkiyə ilə birləşdirmək üçün Qərbdə hərbi əməliyytalar cəbhəsini genişləndirmək niyyəti ilə Cənubi Azərbaycana gəldi. Şah Zaqafqaziya hakimləri və sakinlərinə fərmanlar göndərərək, onları Rusiyaya qarşı çıxış etməyə çağırdı.

1809-cu ilin hərbi əməliyyatları iluyda iki İran qoşununun Qarabağ və Pəmbəkə yürüşləri ilə eyni zamanda başladı. Üçüncü qoşun hissəsi Göyçə (Sevan) gölünün yanında dayandı. Onun əməliyyat meydanı Gəncə, Qazax və şəmşəddil olmalı idi. Lakin İran qoşunlarına öz planlarını həyata keçirmək müyəssər olmadı. Abbas Mirzə rus qoşunları ilə qarşılaşmaqdan hər vasitə ilə çəkinirdi. Avqustda o, Gəncəyə hücum etdi. Rus qoşunları da oraya tələsdi. Abbas Mirzə yenidən, döyüşə girmədən, bir neçə yaşayış məntəqisini talan edərək, Arazın o tayına çəkildi.

Böyük Britaniyanın və İrlandiyanın kralı III George(1760–1820)

1809-cu ilin sentyabrında on bir minlik İran süvari qoşunu Talış xanlığına soxuldu və Lənkəranı talan etdi. Mir Mustafa xan öz qoşunlarının qalıqları və ailəsi ilə birlikdə yarımadada gizlənməyə məcbur oldu. Həmin günlərdə əsgəranda İran və Rusiya arasında danışıqlar yenidən başlandı. General Tormosov İran nümayəndəsi Mirzə Bezürkdən Talış xanlığının müstəqilliyini tanımağı tələb etdi.

İrandakı ingilis səfiri sülh müqaviləsinin bağlanmasına hər vasitə ilə mane olurdu. O, şahı inandırırdı ki, İranın qarşısında qoyulan şərtlər çar sarayı tərəfindən deyil, Tormosov tərəfindən irəli sürülür. Eyni zamanda İngiltərə İran qoşunlarını silahal təchiz edirdi. Məsələn, danışıqların getdiyi günlərdə İran İngiltərədən 3000 əsgər, 100 top, 2000 tüfəng, 1,2 mln man. pul, "top tökmək və Astrabad, Mazandaran, Gilan və Ləngərudda gəmi qayırmaq üçün müxtəlif ustalar" almışdı. İngiltərə və Türkiyənin maneçiliyi üzündən danışıqlar kəsildi. Türkiyə barışıq bağlanacağı təqdirdi İranla müharibədən azad olacaq qoşunların hesabına Rusiyanın güclənməsindən ehtiyat edirdi. Ona görə də soltan danışıqları pozmaq üçün öz səlahiyyətli nümayəndəsini qiymətli hədiyyələrlə Tehrana göndərdi. Abbas Mirzəyə isə onun tam ixtiyarına 12 inlik nizami seçmə türk qoşununu verməyi təklif etdi. Zaqafqaziyadakı rus qoşunları ağır vəziyyətə düşdü. 1810-cu ilin iyununda İran qoşunları Qarabağa, Gəncəyə və Pəmbəkə doğru irəlilədi. İran qoşunlarının öz dəstələri Tuğ kəndinin yaxınlığında, Qarğabazar adlanan yerdə dayandı. Iranlılar Mehridə də möhkəmləndilər. Təbriz istiqamətində Cənubi Azərbaycana irəliləməyin açarı rolunu oynayan Mehrinin mühüm strateji əhəmiyyətini nəzərə alan, sayca 400 nəfərdən bir qədər artıq dəstəsi olan Kotlyarevski Mehriyə doğru hərəkət etdi. İyunun 15-də kəndi hücumla ələ keçirmək ona müyəssər oldu. Arazın o tayına geri çəkilmiş iranlılar iyulun 2-də yenidən Mehriyə yaxınlaşdılar. Mühasirə 5 gün davam etdi. Lakin şah komandanlığı onun alınmazlığına əmin olaraq, geri çəkilmək məcburiyyətində qaldı. İyulun 8-nə keçən gecə Kotlyarevski İran qoşunlarının Mehri yaxınlığında yerləşən düşərgəsinə qəflətən hücum etdi. Süngü döyüşündə İran dəstəsi darmadağın edildi və Qarabağın hüdudlarından kənara atıldı. Rus qoşunlarının bu qələbəsi Zaqafqaziyadakı bütün vəziyyəti dəyişdi. Lakin şah sarayı Pəmbək və Şuragəl istiqamətində yeni hücum hazırlayırdı. İranlılar Abaran yaxınlığında yığışdılar. Türkiyə tərəfindən gözlənilən təhlükə İran qoşunlarının üzərinə hücum etməyə imkan vermirdi. 1810-cu ilin avqustunda İanla Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlandı. Lakin bunun da köməyi olmadı. İran qoşunları Ahalkələki yaxınlığında darmadağın edildi. Abbas Mirzə rus dəstələri ilə yeni toqquşmalardan çəkinərək, barışıq haqqında danışıqlara yenidən başlamaq qərarına gəldi. O, eyni zamanda, fəal surətdə yeni kampaniyaya hazırlaşır, ingilislər isə Rusiya-İran sərhədlərindəki qalaların mökəmləndirilməsi ilə əsaslı surətdə məşğul olurdular. Bu vaxt Malholm təlimatçılar qrupu toplar və digər silahlarla birlikdə Tehrana gəldi. 1811-ci ildə Xarford Ceksonu Tehranda başqa bir səfir – Ouzli əvəz etdi. O özü ilə birlikdə üçillik maliyyə yardımının hamısını, habelə 3 min tüfəng, 20 top, hərbi sursat və ləvazimat gətirmişdi.

1812-ci il martın 14-də, yəni Fransa ilə Rusiya arasında əlaqələrin kəsilməsi ərəfəsində və Bonopart əleyhinə İngiltərə-Rusiya ittifaqının yaradıldığı dövrdə Ouzli müqaviləni imzaladı. Bu müqavilə 1809-cu il müqaviləsini təsdiq edirdi. Bu müqaviləyə görə, İngiltərə İrana lazımi maqdarda qoşun göndərməyi və yaxud da Britaniya səfirinin bilavasitə nəzarəti altında bütün müharibə ərzində ordunun saxlanması üçün hər il 200 min tümən pul ödəməyi öz öhdəsinə götürdü. İngiltərə hökuməti Xəzərdə gəmiqayırmanın təşkili, hərbi anbarların tikintisi üçün mütəxəssislər qrupu ayırmağı, zəruri hallarda hərbi gəmilərini İran körfəzinə göndərməyi boynuna götürdü. Bu gəmilər körfəzin istənilən limanını tutmaq hüququna malik idi. İran İngiltərədən belə əhəmiyyətli yardım alaraq, barışıqdan imtina etdi və fəal surətdə hücuma hazırlaşmağa başladı. Bu həm də ondan irəli gəlmişdi ki, ingilislər şah sarayını inandırırdılar ki, Rusiyanın vəziyyəti xeyli mürəkkəbdir, qoşunlar Zaqafqaziyadan Qərbə atılıb, Napoleon Rusiya üzərinə hücuma hazırlaşır. İngilislərin məsləhəti ilə Fətəli şah ruhanilərin başçısını çağırdı və ruslara qarşı cihad – müqəddəs müharibə barəsində fitva verməyi tapşırdı. Şah yeni kampaniyaya din uğrunda aparılan müharibə xarakteri vermək istəyirdi. Təbrizdə üləmalar moizəçilərin böyük qrupunu topladı və onlara təlimat verib Zaqafqaziyanın müxtəlif yerlərinə göndərdilər.

Rus qoşunları Rusiya-Türkiyə müharibəsinin Qafqaz və Balkan cəbhələrində bir sıra qələbələr qazandılar. M. İ. Kutuzovun komandanlığı altında Balkanlardakı qələbə xüsusən təsiredici idi və bu da Türkiyəni sülh istəməyə məcbur etdi. 1812-ci il mayın 16-da Buxarestdə Rusiya və Türkiyə arasında sülh müqaviləsi bağlandı. Bu müqaviləyə görə, Türkiyə zaqafqaziyanın böyük bir hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi. İndi İran Rusiyanı müəyyən güzəştlərlə belə bir müqavilə bağlamağa sövq etməyə can atırdı. Rusiya da İranla sülh bağlanılmasında maraqlı idi, çünki Qərbdə Fransa ilə münasibətlər kəskinləşirdi. General Rtişşev 1812-ci il aprelin 20-də Zaqafqaziya diyarını idarə etməyə və buradakı rus qoşunlarına komandanlığa başlayanda İranla sülh bağlamaq göstərişi aldı. İndi Rusiya demarkasiya xəttinin Kür, Araz və Arpaçay çayları boyunca keçməsi barədə əvvəllər irəli sürülən təkliflərdən imtina edir və sərhədi işğaldan sonra necə varsa elə qurmağa razılaşırdı. Lakin danışıqlar uzandı, çünki Abbas Mirzə ərazi güzəştləri tələb edirdi. Bu zaman beynəlxalq münasibətlərdə baş verdi. 1812-ci ilin yayında Napoleon Fransası ilə Rusiya arasında Fransa əleyhinə yönəlmiş müqavilə imzalanmasına baxmayaraq, Rusiyanın başını Napoleonla müharibəyə qarışmasından istifadə edən İngiltərə İranda fəallaşdı. Abbas Mirzə rus ordusunun əsas qüvvələrinin Napoleona qarşı müharibəyə yönəlməsindən istifadə edərək, öz ordusunu Zaqafqaziya üzərinə yeni hücuma hazırlamağa başladı. İran ilk növbədə Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq istəyirdi. Bunun üçün də, hər şeydən əvvəl, general Kotlyarevskinin dəstəsinin yerləşdiyi möhkəmləndirilmiş Mehrini tutmaqlazım idi. İyulun 12-də İran qoşunları Qarabağa soxuldular, lakin darmadağın edilib Arazın o tayına atıldılar. Avqustda 20 minlik İran qoşunu Lənkəran da daxil olmaqla Talış xanlığı ərazisini ələ keçirdi. İran qoşunlarının digər dəstələri Ərçivanı tutub, bununla da Azərbaycanın içərilərinə doğru yol açdılar. Rusiyanın Zaqafqaziyadakı vəziyyəti yenə də mürəkkəbləşdi. Rus komandanlığı Abbas Mirzənin sülh bağlamaq üçün 40 günlük barışıq barəsində təklifindən istifadə etməyi qərara aldı. Danışıqlar sentyabrın 20-də Aslandüzdə başlandı və oktyabrın 10-dək davam etdi. Tərəflər özlərinin əvvəlki mövqelərindən əl çəkmək istəmədiyinə görə danışıqlar heç bir nəticə vermədi. Şah qoşunları yenidən hərbi əməliyyata başladı. Abbas Mirzənin komandanlığı altında 30 minlik ordu Aslandüz yaxınlığında Araz sahilində cəmləşdi. O, Kotlyarevskinin komansanlığı altında qarşısınıda dayanmış rus dəstələrinə zərbə endirərək Qarabağa və Yelizavetpola (Gəncəyə), daha sonra isə Gürcüstana irəliləmək niyyətində idi. Lakin Hüseynqulu xanın qalanı ələ keçirmək üçün göstərdiyi bütün cəhdlər müvəffəqiyyətsizliyə uğradı. İran qoşunları Şamaxıda da güclü müqavimətə rast gəldilər. Mustafa xan Yeni Şamaxını ələ keçirməyə müvəffəq olmuşdu. Bütün əhalinin köməyinə baxmayaraq, o, köhnə Şamaxını ələ keçirə bilmədi. Elə həmin vaxt şəkili Səlim xanın oğlu Hüseyn xan İran sərbazlarından ibarət dəstə ilə Şəki xanlığına soxuldu, Mirhəsən xan Talışa gəldi. O, Xəzər batalyonunu və kazak bölməsini sıxışdıraraq, Salyanı, Qızılağacı ələ keçirməyə və Lənkəranı mühasirəyə almağa müvəffəq oldu. Şimaldan təcrid olunan və ərzaq ehtiyatı tükənən qarnizon rəisi mayor İlyinski iyunun 27-də keçən gecə şəhəri yandırdı və ordunu Xəzər donanmasına mindirərək Sara adasına üzdü. Özlərinin keçmiş mülklərini ələ keçirən xanların başlıca vəzifəsi yerlərdə İran ordusunun qüvvələri ilə birlikdə hərəkət edərək, körpüləri, dəyirmanları dağıdan, ərzaq ehtiyatlarını məhv edən təxribatçı dəstələr təşkil etmək idi. General Yermolov keçmiş Azərbaycan xanlarına qarşı sərt tədbirlər görmək qərarına gəldi və Dağıstanda yerləşən qoşunu onlara qarşı göndərdi. Bu qoşun Qubaya hərəkət edərək, oradanda iyunun 23-də Köhnə Şamaxıya gəldi. Lakin Qubanın sonuncu hakiminin oğlu Sultan Əhmədin Quba ətrafında peyda olması və həmçinin ərzaq ehtiyatının tükənməsi rus qoşunlarını geri çəkilməyə və Qubaya daxil olmağa məcbur etdi. Şəhər İran ordusu tərəfindən mühasirəyə alındı. Abbas Mirzənin oğlu yerli əhalini soyur və onu özünə qarşı çevirirdi . Cənubi Dağıstan Abbas Mirzə tərəfindən Dağıstanın hakimi təyin edilmiş Surxay xanın əlinə keçdi. Abbas Mirzə öz ordusu ilə Şuşa qalası ətrafında dayanarkən İran ordusunun digər dəstələri Gəncəni ələ keçirdikdən sonra Tiflisə tərəf hərəkət etdi. Yolda onlar mənşəcə Qarabağ ermənilərdən olan general Mədətovun dəstəsilə ilə rastlaşdılar. Rus hərbi dəstələri və gürcü süvariləri şahzadə Aleksadrın dəstəsini məğlub etdilər. Mədətovun dəstəsi qazandığı müvəffəqiyyəti inkişaf etdirərək Gəncəyə hərəkət etdi. Lakin Gəncəyə gedən yolun üstündə, Şamxorda İranın böyük hərbi qüvvələri yerləşmişdi. İngilis zabitlərindən təlim almış 2000-lik piyadadan, 8 minlik nizami süvari qoşundan, toplardan və folkanetlərdən ibarət olan bu qüvvə rus dəstəsinə hücum etməyə hazırlaşırdı. Bu dəstə sayı 2900 nəfərə çatan 3 piyada batalyonundan və kazaklardan, gürcülərdən təşkil olunmuş 1360 nəfərlik ibarət idi.

1812-ci il sentyabrın 3-də səhər tezdən İran ordusu rus qoşunlarının düşərgəsinə doğru hərəkət etdi. Şamxor yaxınlığında düzənlikdə qanlı döyüş başlandı. Kazaklar və süvarilər döyüşə birinci olaraq girdilər. Gürcü dəstəsi hücum edən rus qoşununun sağ cinahında fəaliyyət göstərirdi. O, İran qoşunlarının bir neçə dəfə üstün qüvvəsi qarşısında sarsıldı. Döyüşün həlledici anında dəstə mövqeyini saxlaya bilməyəcəyindən ehtiyat edən Mədətov zabitlərdən birini göndərərək, ona gürcü könüllülərini köməyə aparmağı əmr etdi. Birləşmiş qüvvələr İran süvari qoşunu ilə döyüşə atıldı. Sonra isə bütün rus qoşunu hücuma keçdi və düşmən geri çəkilməyə məcbur oldu . İran ordusu Şamxorçay yanında möhkəmlənməyi, sonra isə rus qoşunu üzərinə hücum etməyi qərara aldı. Lakin hücum edən rus qoşununun zərbələri altında şah qoşunları pərən-pərən düşdü. Şah qvardiyası qılıncdan keçirildi, süvari qoşunun təqib etdiyi sağ qalmış sərbazlar qaçmağa başladılar. Bu süvari qoşun "İran ordularına xeyli zərbə vurdu və çoxlu qənimətlər ələ keçirdi".

Şamxor məğlubiyyətindən sonra İran ordusu tələsik Gəncədən geri çəkildi, sentyabrın 4-də general Mədətovun rus dəstəsi Gəncəyə daxil oldu. Sentyabrın 9-da rus korpusunun əsas qüvvələri Gəncəyə gələrək general Mədətovun qrupu ilə birləşdi. Bu zaman Şamxor məğlubiyyətini eşidən Abbas Mirzə Şuşanın mühasirəsindən əl çəkməyə və oğlunun əzilmiş qoşununun köməyinə hərəkət etməyə məcbur oldu. O, Şuşa ətrafında ərzaq və digər ehtiyatları olan 10 minlik qoşun saxladı. Şuşa qalasının rəisi özünün sərəncamında olan azsaylı qarnizonun qüvvələri ilə düşmən düşərgəsinə hücum etdi və "qələbə çaldı, iranlılar qaçıb dağıldılar və bütün qaliblərin əlinə keçdi". İran ordusunun yaxınlaşdığını eşidən rus komandanlığı zərbə qrupunu Gəncə yaxınlığında cəmləşirdi. Sentyabrın 10-da sonralar Yermolovu əvəz edən Paskeviç də əlavə qoşunla buraya gəldi. Rəqiblər döyüş meydanında üzbəüz dayanmışdılar. Rus qoşunu 8700 adamdan ibarət idi. İran ordusu 15500 nəfərlik nizami piyadadan, 10700 nəfərlik süvaridən ibarət idi. Abbas Mirzə Pəmbək və Şuragəldəki rus sərhəd məntəqələrinə hücum üçün həm də İrəvan xanının qüvvəllərindən istifadə etməyi qərara almışdı. Pirqulu xanın komandanlığı altında 4 minlik dəstə isə Səlim xanın Şəkidəki hakimiyyətini bərpa etmək, sonra is. Kaxetiyada gürcü şahzadəsi Aleksadrın qoşunları ilə birləşərək Tiflis üzərinə birgə hücum üçün Şəkiyə göndərildi. Lakin Abbas Mirzənin planları həyata keçmədi. O, ilk zərbəni Ağoğlan adlanan yerin yaxınlığında, Araz sahilində aldı. İrəvanlı Hüseynqulu xanın qoşunları isə Pəmbək və Şuragələ soxuldular. Onları çoxsaylı rus qoşunları qarşıladı. Bu qoşunlar Dilican dərəsində erməni əhalisininköməyi ilə qələbə çaldı. Pirqulu xan da Şəkidə darmadağın edildi, Abbas Mirzə qərara gəldi ki, özü Şəkiyə yerisin və Pirqulu xanın qalan qüvvələri ilə birləşsin. Bu məqsədlə o öz qoşunlarını Arazdakı Aslandüz keçidi qarşısında cəmləşdirdi. Rus dəstələrinin rəisi Kotlyarevski Abbas Mirzənin niyyətini başa düşdü və onun hərəkətlərinin qarşısını almaq qərarına gəldi. Lakin Kotlyarevskinin qüvvələri az idi, ona görə də qətiyyət və qəfillik tələb olunurdu. O, düşmənin arxasına keçmək və gözlənilmədən arxadan zərbə vurmaq məqsədilə daölarla 70 kilometrlik gücə yürüşü etdi. Hücum o qədər gözlənilməz oldu ki, Abbas Mirzənin darmadağın edilmiş qoşununun qalıqları düşərgəni qoyaraq qaşmaqla canlarını qurtardı. Abbas Mirzə əzilmiş hissələrin qalıqlarını toplayaraq, səhərisi gün məğlubiyyətinin əvəzini çıxmağa qərara aldı. Lakin Kotlyarevski Aslandüz istehkamlarına hücum edib onun qoşunlarını darmadağın etdi. Pirqulu xan İran qoşunlarının darmadağın edilməsindən xəbər tutaraq, tələsik Şəki xanlığının, ümumiyyətlə, Şimali Azərbaycan ərazisini tərk etdi. Tezliklə Kotlyarevski İran qoşunlarını sıxışdırıb çıxarmaq üçün Talış xanlığına göndərildi. O, 1812-ci il dekabrın 17-də təxminən 2000 nəfərlik dəstə ilə Ağoğlandan yola düşərək Arazı keçdi və dekabrın 21-də Talış xanlığına daxil oldu. Xəzər donanması da buraya göndərilmişdi. İngilis tərəfindən təlimat almış iranlılar Lənkəran qarnizonunu möhkəmləndirdilər. Lənkəran qarnizonuna 2500 nəfər piyadadan ibatər kömək gəldi

Dekabrın 21-də İran qoşunlarının ön dəstələri Muğanda darmadağın edildi. Rus qoşunlarının yaxınlaşdığından xəbər tutan İran qoşunları Ərçivandan geri çəkildilər. Kotlyarevski Ərçivanda kiçik bir qarnizon qoyaraq, Lənkərana tərəf irəlilədi. O, xanlığın ərazisinə daxil oldu. Lənkəran qalasının təslim olunması barəsində Kotlyarevsikinin dəfələrlə etdiyi təkliflər rədd olundu. Rus qoşunları dekabrın 30-dək davam edən fasiləsiz artilleriya atəşinə tutdu. Dekabrın 31-də Kotyarevsiki qoşunu üç hissəyə bölərək axşam qala divarlarına yaxınlaşdı və 1813-cü il yanvarın 1-də səhərə yaxın hücuma başladı. Amansız və qanlı çarpışma üç saatdan çox çəkmədi və qala alındı. Lənkəranın alınması Rusiya-İran müharibəsinin taleyini həll etdi. Abbas Mirzənin yanında xidmət edən fransız zabiti rus qoşunlarının Aslandüz və Lənkəranda qazandıqları qələbələrin əhəmiyyəti haqqında yazırdı: "Xüsusən də Aslandüz vuruşması və Lənkəranın alınması onların (iranlıların) demək olar ki, bütün hərbi vasitəsinin axırına çıxdı. İngilis zabiyinin komandanlığı altında oloan artilleriyanın demək olar ki, hamısı, eləcə də hərbi sursat və taxt-tac varisi şahzadənin düşərgəsi rusların əlinə keçdi. Bu düşərgədən nə bircə çadır, nə də bircə dəvə belə xilas ola bildi". Aslandüz və Lənkəran qələbələri müharibənin taleyini həll etdi. Artıq aydın oldu ki, demək olar ki, heç bir şey rus qoşunlarının İranın içərilərinə doğru irəliləməsinə mane ola bilməz. İrandakı ingilis səfiri Ouzli Rusiya və İran arasındakı müharibənin dayandırılmasının zəruri olması haqqında Londondan göstəriş aldı. 1813-cü ilin əvvəllərində Rtişşev və sülh haqqında danışıqlara hazır olduğunu bildirmiş şah sarayı arasında yazışma başlandı. Rtişşev yenidən qeyd edirdi ki, tutulmuş bütün torpaqları Rusiya tərkibində saxlamaq şərtilə sülh bağlamağa hazırdır, bu isə şah sarayını razı salmırdı. Şah sarayı 1813-cü il yay kampaniyasının geniş planını işləyib hazırladı, öz casuslarını Azərbaycana və ümumiyyətlə, Zaqafqaziyaya göndərərək, yerli feodalları şah qoşunlarına kömək göstərməyə çağırdı. Lakin müsbət cavab almayaraq, habelə bir sıra parlaq qələbələrdən sonra Rusiyanın Zaqafqaziyada güclənməsindən qorxaraq, sülh danışıqlarına başlamaq qərarına gəldi.

Qarabağ xanlığının Rusiya İmperiyası

tərəfindən işğalı

Çar Rusiyası Cənubi Qafqazda apardığı işğalçılıq siyasətinin nəticəsi olaraq Kartli-Kaxetiya çarlığını (Şərqi Gürcüstanı), Borçalı, Qazax və Şəmşəddil sultanlığını, Pəmbək ərazisini, Car-Balakəni, Gəncə xanlığını işğal etdi. Belə vəziyyətdə Qacar hökuməti çar generalı Sisianova rus ordusunu Azərbaycandan çıxarması üçün ultimatum verdi. Bu, ultimatumun etirazla qarşılanması və Qacar hökumətinin Rusiyaya müharibə elan etməsi ilə nəticələndi. Bərabər olmayan qüvvələr nisbətində başlanan ilk döyüşdə rus ordusu itki verərək hücumu dayandırdı.

Sisianov İrəvan xanlığına doğru hərəkət edərək Sərdarabad qalasını mühasirəyə alsa da, onu tuta bilmədi, xeyli itki verərək geri çəkildi. Belə bir vəziyyətdə Sisianov siyasi manevrə əl atdı. 1805-ci il mayın 14-də Qarabağ xanı ilə Rus imperatoru arasında Kürəkçay traktatı imzalandı. Traktatı Rusiyanın imperatoru adından Qafqaz qoşunlarının baş komandanı Sisianov və Qarabağ xanı İbrahimxəlil xan imzaladı. Traktat və ya müqavilə adlandırılmasına baxmayaraq mahiyyətcə təslimçilik aktı olan bu sənəd Qarabağın faciəli taleyinin başlanğıcını qoydu. 11 maddədən ibarət traktat ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi. Rusiya ilə Azərbaycanın münasibətlərinə dair mühüm sənədlərdən biri sayılan bu sənəd təkcə Qarabağın deyil, bütünlükdə Azərbaycanın taleyində ciddi rol oynadı. Bu traktatın şərtlərinə görə Qarabağ xanlığı Rus imperiyasının vassalı oldu, digər xarici dövlətlərlə münasibət saxlamaq hüququndan məhrum edildi. Xan Çar xəzinəsinə hər il bac verməyi öhdəsinə götürdü. Bundan əlavə, Şuşa-Pənahabadda və xanlığın ərazisində Rusiya qoşununun yerləşdirilməsi barədə razılıq verildi. Bunlarla yanaşı, çar qoşunları general-leytenantı rütbəsi verilmiş İbrahimxəlil xan birbaşa çar baş komandanına tabe edildi. Eyni zamanda, Rusiya hökuməti də xanın və onun varislərinin daxili idarəetmə hüquqlarına toxunmayacağım öhdəsinə götürdü.

Beləliklə, Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri ilə Azərbaycan iki hissəyə bölündü. Qarabağ ərazisi də Şimali Azərbaycanın tərkibində qaldı.

Gülüstan müqaviləsi

[redaktə | mənbəni redaktə et]

Danışıqlar sentyabrın 27-də Qarabağda, Gülüstan kəndində başladı və 1813-cü il oktyabrın 12-də sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Gülüstan müqaviləsinə görə, İran Rusiyanın qələbəsini, Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıqlarının ərazisinin, habelə Şərqi Gürcüstan və Dağıstanın Rusiyanın ixtiyarına keçməsini tanıdı. İrəvan və Naxçıvan xanlıqları İranın hakimiyyəti altında qaldı. İran təkcə Rusiyanın Xəzər dənizində hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı. Aşağı, 5%-lik gömrük tarifi qoyuldu ki, bu da o demək idi ki, rus tacirləri üçün İrana yol açılırdı. İranın daxilində isə rus tacirləri daxili gömrük rüsumlarını ödəməkdən azad olunurdu. Bütün bunlar Rusiya-İran ticarətinin inkişafı üçün əlverişli şərait yaradırdı. Gülüstan müqaviləsi Şimali Azərbaycan və bütün Zaqafqaziyanın çar Rusiyası tərəfindən istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanılması ilə Şimali Azərbaycanın Rusiya tərəfindən istilasının birinci mərhələsi başa çatdı.

  • Azərbaycan tarixi 4-cü cild
  • Azərbaycan Tarixi.1988
  • Azərbaycan Tarixi.1993
  • Azərbaycan Tarixi.1994
  • Azərbaycan Tarixi.1996
  • Azərbaycan Tarixi.1999