Science Adventure

Science Adventure
Science Adventure Live 2012 tədbirindən poster. Posterdə franşizin ilk 3 oyununun əsas personajları əks olunub (soldan sağa): Rimi ("Chaos;Head"), Kurisu ("Steins;Gate") və Akiho ("Robotics;Notes").
Janrlarvizual roman
Yaradıcılar5pb., Nitroplus
Nəşrçilər5pb., Nitroplus, JAST USA, PQube
MüəlliflərÇiyomaru Şikura
SsenaristlərNaotaka Hayaşi
BəstəkarlarTakeşi Abo
PlatformalarMicrosoft Windows, Xbox 360, Xbox One, PlayStation 3, PlayStation 4, PlayStation Portable, PlayStation Vita, iOS, Android
Orijinal platformaMicrosoft Windows
Başlanğıc ili2008
İlk buraxılışChaos;Head
25 aprel 2008
Son buraxılışSteins;Gate 0
10 dekabr 2015
Rəsmi vebsaytıkagaku-adv.com

Science Adventure (科学アドベンチャー, Kagaku Adobenchā?, azərb. Elm macərası‎)5pb.Nitroplus şirkətləri tərəfindən yaradılmış videooyun franşizi. Franşiz hazırda beş əsas vizual romandan ibarətdir: "Chaos;Head", "Steins;Gate", "Robotics;Notes", "Chaos;Child""Steins;Gate 0". Hər bir vizual roman əsasında sikvellər, spin-offlar, eləcə də, animemanqalar istehsal olunmuşdur.

Buraxılış illərinin xronologiyası
2008Chaos;Head
2009Steins;Gate
2010Chaos;Head Love Chu Chu!
2011Steins;Gate: Darling of Loving Vows
Steins;Gate: Variant Space Octet
2012Robotics;Notes
2013Steins;Gate: Linear Bounded Phenogram
2014Chaos;Child
2015Steins;Gate 0
2016
2017Chaos;Child Love Chu Chu‼
border=none Əsas məqalə: Chaos;Head

Chaos;Head (カオスヘッド, Kaosu Heddo?, azərb. Xaos;zirvəsi‎) franşizin ilk oyunudur, 2008-ci ilin aprelində Microsoft Windows üçün buraxılmışdır. "Sayıqlama elmi macəra" (妄想科学ADV, Mōsō Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. Hadisələr 2009-cu ildə baş verir. Takumi Nişico adlı hikikomorinin bir neçə qətlin arasında qalmasından bəhs edir.

  • Chaos;Head - Sumiheyin rəssamlığı 2008-ci ilin mayından 2009-cu ilin mayına kimi ASCII Media Works nəşriyyatının "Dengeki Daioh" jurnalında nəşr olunmuşdur.
  • Chaos;Head: Blue Complex - Naqako Sakakinin rəssamlığı ilə 2008-ci ilin avqustundan Media Factory nəşriyyatının "Monthly Comic Alive" jurnalında nəşr olunur.
  • Chaos;Head H - Takehito Mizukinin rəssamlığı 2008-ci ilin sentyabrından Jive nəşriyyatının "Comic Rush" jurnalında nəşr olunur.

Madhouse tərəfindən istehsal olunmuş və 2008-ci ilin oktyabrından dekabrına qədər yayımlanmış anime serialı adaptasiyasıdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır.

border=none Əsas məqalə: Steins;Gate

Steins;Gate (シュタインズ・ゲート, Shutainzu Gēto?, azərb. Şteyns;darvazası‎) franşizin ikinci oyundur. 2009-cu ilin oktyabrında Xbox 360 üçün buraxılmışdır. "Hipotetik elmi macəra" (想定科学ADV, Sōtei Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. Hadisələr 2010-cu ildə baş verir. Özünü çılğın elm adamı adlandıran Okabe Rintaronun mikrodalğalı soba və telefon vasitəsilə keçmişə mesajlar göndərməsindən bəhs edir.

  • Steins;Gate (Xbox 360, PC, PSP, PS3, PlayStation Vita, iOS, Android, 2009)
  • Steins;Gate: Hiyoku Renri no Darling (Xbox 360, PSP, PS3, Vita, iOS, 2011) - Oyunun komediya janrındakı spin-offu.
  • Steins;Gate: Henikuukan no Octet (PC) - 8-bit qrafiklərdən istifadə olunmuş versiyası.
  • Steins;Gate: Senkei Kōsoku no Phenogram (Xbox 360, PS3, Vita, 2013) - müxtəlif baxış bucaqlarından alternativ hekayələrə malik spin-off.
  • Steins;Gate 0 (PS3, PS4, Vita, 2015) - sikvel.
  • Steins;Gate - Saraçi Yominin rəssamlığı ilə 2009-cu ilin sentyabrından Media Factory nəşriyyatının "Monthly Comic Alive" jurnalında nəşr olunur.
  • Steins;Gate: Bōkan no Rebellion - Kenci Mizutanın yazıçılığı və rəssamlığı ilə 2010-cu ilin fevralında Mag Garden nəşriyyatının "Monthly Comic Blade" jurnalında nəşr olunur.
  • Steins;Gate: Onshuu no Brownian Motion - Takeşi Mizoquçinin yazıçılığı və rəssamlığı ilə 2010-cu ilin iyulundan Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında nəşr olunur.
  • Steins;Gate: Shijō Saikyō no Slight Fever - Yuzuhana Moritanın yazıçılığı və rəssamlığı ilə 2011-ci ilin fevralından Kadokawa Shoten nəşriyyatının "Comptiq""Monthly Shōnen Ace" jurnallarında nəşr olunur.
  • Steins;Gate: Aishin Meizu no Babel - Şiniçiro Nariyenin yazıçılığı və rəssamlığı ilə 2012-ci ilin mayından Shueisha nəşriyyatının "Ultra Jump" jurnalında nəşr olunur.
  • Steins;Gate: Fuka Ryōiki no Déjà vu - Reki Kuqayamanın rəssamlığı ilə 2013-cü ilin mayından noyabrına qədər Kadokawa Shoten nəşriyyatının Shōnen Ace jurnalında nəşr olunmuşdur.
  • Steins;Gate: Mugen Enten no Arc Light - 2014-cü ilin aprelindən sentyabrına qədər "Ultra Jump" jurnalında nəşr olunmuşdur.[2][3]

White Fox tərəfindən istehsal olunmuş anime adaptasiyası 2011-ci ilin aprelindən sentyabrına qədər yayımlanmış, 2012-ci ilin fevralında OVA seriyası buraxılmışdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır. "Steins;Gate: Fuka Ryōiki no Déjà vu" adlı anime filmi 20 aprel 2013-cü ildə ekranlaşdırılmışdır. 2014-cü ilin oktyabrında IBM-in əməkdaşlığı ilə "Steins;Gate: Sōmei Eichi no Cognitive Computing" adlı ONA seriyası yayımlanmışdır.[4] "Steins;Gate 0" əsasında anime serialının çəkiləcəyi açıqlanmışdır.[5]

border=none Əsas məqalə: Robotics;Notes

Robotics;Notes (ロボティクス・ノーツ, Robotikusu Nōtsu?, azərb. Robototexnika;qeydləri‎) franşizin 3-cü oyunudur. 2012-ci ilin iyununda Xbox 360 və PlayStation 3 platformaları üçün buraxılmışdır. "Artırılmış elmi macəra" (拡張科学ADV, Kakuchō Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. Hadisələr 2019-cu ildə baş verir. Kayto Yaşio və uşaqlıq dostu Akiho Senomiyanın robototexnika klubunun arzusunu gerçəkləşdirib nəhəng robot düzəltmək arzusundan bəhs edir.

  • Robotics;Notes (Xbox 360, PS3, Vita, 2013)
  • Robotics;Notes - Keyci Asakavanın rəssamlığı ilə 2012-ci ilin martından "Monthly Comic Blade" jurnalında nəşr olunur.
  • Robotics;Notes Phantom Snow - Qonun rəssamlığı ilə 2012-ci ilin iyulundan "Famitsu Comic Clear" jurnalında nəşr olunur.
  • Robotics;Notes Revival Legacy - Tatsuya Şihiranın rəssamlığı ilə 2012-ci ilin sentyabrından "Ultra Jump" jurnalında nəşr olunur.
  • Robotics;Notes Dream Seeker - Tsuzuri Yunonun rəssamlığı ilə 2012-ci ilin oktyabrından Square Enix nəşriyyatının "Monthly Shōnen Gangan" jurnalında nəşr olunur.
  • Robotics;Notes Side Junna: Chiisana Natsu no Monogatari - NB-nin rəssamlığı ilə 2012-ci ilin noyabrından "Shōnen Ace" jurnalında nəşr olunur.
  • Robotics;Notes Pleiades Ambition - Tokumo Soranın rəssamlığı ilə 2012-ci ilin noyabrından "Monthly Comic Alive" jurnalında nəşr olunur.

Production I.G tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 2012-ci ilin oktyabrından 2013-cü ilin martına kimi Fuji TV kanalının NoitaminA blokunda yayımlanmışdır. Şimali Amerikada Funimation tərəfindən lisenziyalaşdırılmışdır.

border=none Əsas məqalə: Chaos;Child

Chaos;Child (カオスチャイルド, Kaosu Chairudo?, azərb. Xaos;uşağı‎) franşizin 4-cü oyunudur. Hadisələr 2015-ci ildə baş verir.[6] "Sayıqlama elmi macəra" (妄想科学ADV, Mōsō Kagaku Adobenchā?) kimi təsvir edilmişdir. 18 dekabr 2014-cü ildə Xbox One üçün buraxılmışdır. 25 iyun 2015-ci ildə PlayStation 3, PlayStation 4, və PlayStation Vita platformaları üçün,[7] 2016-cı ilin aprelində PC üçün buraxılmışdır.[8] Anime adaptasiyası anons edilmişdir.[9]

  • Chaos;Child Love Chu Chu‼ (2017) - spin-off oyunu.[10]

Digər oyunlarda

[redaktə | mənbəni redaktə et]

"Steins;Gate" personajları Kurisu Makise və Mayuri Şiina Nendoroid-ə əsaslanan "Nendoroid Generation" oyununda peyda olmuşdurlar. Oyun Banpresto tərəfindən 23 fevral 2012-ci ildə PlayStation Portable platforması üçün ildə buraxılmışdır.[11] Kurisu və "Chaos;Head" personajı Rimi Sakihata 2 iyun 2011-ci ildə Xbox 230 üçün buraxılmış "Phantom Breaker" oyununda oynanıla bilən personajlardır.

  1. "Chaos;Head Dual Brings Chaos;Head Noah And Love Chu Chu To PlayStation Vita". Siliconera. May 19, 2014. August 13, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2016.
  2. Green, Scott. "New Manga Tells "Steins;Gate" from Mayuri's Perspective". Crunchyroll. April 19, 2014. September 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2016.
  3. "Steins;Gate: Mugen Enten no Arc Light Manga Ends". Anime News Network. August 17, 2014. 2016-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2016.
  4. "New Steins;Gate Anime Shorts Promote IBM's Next-Generation Computing". Anime News Network. October 15, 2014. 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2016.
  5. "Steins;Gate 0 Follow-Up Game & Anime Announced". Anime News Network. March 28, 2015. 2015-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2016.
  6. "5pb. Unveils CHAOS;CHILD Game as 4th Installment in Science Adventure Series". Anime News Network. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-25.
  7. 2014-05-26, Mages Supporting Xbox One With Chaos;Child Arxivləşdirilib 2016-06-20 at the Wayback Machine, Siliconera
  8. "Chaos;Child Official PC Website". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-25.
  9. "5pb.'s 4th Science-Adventure Game Chaos;Child Gets Anime, PS4/PS3/Vita Ports". Anime News Network. March 28, 2015. İstifadə tarixi: 26 avqust 2016.
  10. "Chaos;Child Visual Novel Gets Love chu-chu!! Spinoff Next Spring". Anime News Network. 2016-09-07. 2016-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-07.
  11. Spencer. "Nendoroid Generation Has Steins;Gate And Tohou Project Characters". Siliconera. September 1, 2011. March 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]