Vahid İsmayılov

Vahid İsmayılov
1978 – 1983
ƏvvəlkiCavanşir Məmmədov
SonrakıMəhəmməd Əsədov
1968 – 1978
ƏvvəlkiMəmməd Əsgərov
SonrakıNadir Abbasov
1965 – 1968
ƏvvəlkiƏli Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 24 oktyabr 1931(1931-10-24)
Doğum yeri
Vəfat tarixi 5 may 1983(1983-05-05) (52 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Vahid Aslan oğlu İsmayılov (24 oktyabr 1931, Çərəkən, Cəbrayıl rayonu5 may 1983) — Ağcabədi rayonu Partiya Komitəsinin birinci katibi[1]

Vahid Aslan oğlu İsmayılov 24 oktyabr 1931-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub.[2] 1953-cü ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Müxtəlif vaxtlarda aqronom, kolxoz sədri işləmişdir. İşgüzarlığını və yüksək mənəvi keyfiyyətlərini nəzərə alıb onu partiya işinə çəkmişlər. 1965–1983-cü illərdə Zəngilan, Ağcabədi, Jdanov (indiki Beyləqan) rayonlarında birinci katib işləmişdir.[3]

Bir neçə çağırış Ali Sovetin deputatı, Ali Sovetin Rəyasət Heyətinin üzvü olmuşdur. Sov. İKP MK-nın plenumlarına, qurultaylarına nümayəndə, Ali Sovetin Rəyasət Heyətinin, Mərkəzi Komitənin üzvü olmuşdur.

Lenin (1971), Oktyabr İnqilabı (1973), iki dəfə Qırmızı Əmək Bayrağı (1966, 1981) ordenləri ilə təltif edilmişdir.

  • Ваһид Аслан оғлу Исмајылов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 197.
  1. [1]
  2. Sobulu, Əli. Rusiya işğalları və Zəngilan. Bakı: Avropa. 2013. səh. 423. ISBN 978-9952-8032-5-9.
  3. "Arxivlənmiş surət". 2017-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-28.