Xscape (albom)

Xscape
Maykl Cekson tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 13 may 2014
Yazılma tarixi 31 mart 2014
Janr Pop, R&B
Müddət 34:25
Dil ingilis dili
Leybl Epik Rekords, MJJ Music
Prodüser
Maykl Cekson albomlarının xronologiyası
"Bad 25"
(2012)
"Xscape"
(2014)
"Scream"
(2017)

Xscape — Amerikalı sənətçi Maykl Cekson tərəfindən əvvəlcədən hazırlanmış mahnılardan ibarət, ölümündən sonra işıq üzü görən sayca ikinci albomdur.[1] Albom 2014-cü il may ayının 13-də MJJ MusicEpik Rekords tərəfindən yayımlanmışdır. Bu, Ceksonun ölümündən bəri Sony və Motown şirkətlərinin buraxdığı sayca 11-ci albomdur. Alboma daxil olan mahnıların yenidən hazırlanmasında Epik Rekords şirkətinin başçısı L.A. Reid və səsyazma studiyasında çalışan profesional qrupun, başlıca olaraq, Timbalandın böyük rolu olmuşdur. Bu qrupun tərkibinə Stargate, Jerome "J-Roc" Harmon, John McClainRodney Jerkins daxildir. Xscape Sony şirkəti tərəfindən təqdim olundu və Sony Xperia Z2 mobil telefonunun satış reklamı üçün, bu alboma daxil olan Slave To The Rhythm mahnısından istifadə edilmişdir.[2] Albom müsbət reaksiya ilə qarşılandı. Albomun ilk çıxış mahnısı Love Never Felt So Good 2014-cü il, may ayının 1-də premyerası keçirildi.[3] Həmçinin, albomun deluxe buraxılışına mahnıların orijinal versiyaları ilə yanaşı, bir əlavə sinql və iki video daxildir.

Arxa plan (tarixçəsi)

[redaktə | mənbəni redaktə et]

Rəsmi olaraq, Xscape albomu 8 mahnısı ilə birlikdə martın 31-i, 2014-cü ildə yayımlandı.[4][5] Bu, Ceksonun ölümündən sonra Epic Records tərəfindən buraxılmış 2-ci albomdur.[6] Albomla eyni adı daşıyan Xscape mahnısı, Maykl Cekson tərəfindən 2001-ci ildə 10-cu studiya albomu olan Invicible üçün lentə alınmışdı.[7] Albom Amerikalı prodüser Timbaland və Epic Records'un başçısı L. A. Reid tərəfindən istehsal edilmişdir və onlara əlavə dəstək Rodney Jerkins, StarGate and John McClain tərəfindən olunmuşdur.[8] Timbaland deyirdi ki, Reid özü Cekson haqqındakı layihəni evində müzakirə etmək üçün yaxınlaşdı. Jesse Johnson, Amerikalı The Time qrupunun keçmiş baş gitaristi, daha əvvəl Mary G. Blidge, QuestLoveD'Angeloya məxsus bir mahnının elementləri üzərində çalışmışdır.[9] Lakin, mahnı albomun axırıncı mahnısı olduğuna görə müvəffəqiyyətsiz oldu. Reid deyirdi ki, onlar adlandırdıqları albomun bu adını Mayklın mirasına layiq olmasını istəyirdilər. Çünki o, həmişə öz layihələrinə ad vermək üçün albomundan bir mahnının adını götürürdü və Thrillerdən başlamaqla, yalnız bir sözdən ibarət adlar seçirdi. Bu da yeni layihənin bir həqiqətidir.[10]

Lentə alınma tarixi

[redaktə | mənbəni redaktə et]

"Love Never Felt So Good" ilk əvvəl 1980-cü ildə musiqiçi, bəstəkar Paul Ankanın pianoda müşaiətilə yazılmış bir mahnıdır.[11] Həmçinin, mahnının yazılmasında Johnny Mathis də iştirak etmişdir.[12] Mahnının Justin Timberlake ilə olan duet versiyası Ceksonun 1979-cu ildəki Workin Day and Night mahnısında olan zərb notlarından götürmüşdür.

"Chicago" (əvvəlki adı "She was lovin' me) 1999-cu ildə "Invincible" albomu üçün hazırlanmış, amma alboma daxil etmək mümkün olmamışdır.

"Loving You" 1985–1987-ci illərdə "Bad" dövründə yazılmışdır.

"A Place With No Name" 1998-ci ildə yazılmış və lentə alınmışdır. Mahnı Amerikalı rok qrupu Americanın "Horse With No Name" adlı mahnısını xatırladır. Mahnının 24 saniyəlik kiçik bir hissəsi TMZ tərəfindən 2009-cu ilin iyul ayında mediaya sızdırıldı, amma mahnının bütöv versiyası isə 2013-cü ilin dekabr ayında internetə düşdü.[13]

"Slave To The Rhythm" 1989-cu ildə "Dangerous" dövründə yazılmışdır. Mahnının "Michael" albomu üçün nəzərdə tutulmuş Tricky Stewart remix versiyası 2010-cu ildə mediayua sızdı. Justin Bieber Mayklın vokal səsləri ilə hazırlanmış duet versiyası da 2013-cü ilin avqust ayında mediaya düşdü. Sonradan The Michael Jackson Estate şirkəti də mahnının yayımlanmasına icazə verilmədiyini bildirib.[14]

"Do You Know Where Your Children Are" 1984-cı ildə "Bad" dövründə yazılmışdır, amma mahnı üzərində düzəlişlər olunmamışdır.

"Blue Gangsta" 1998-ci ildə yazılmış və lentə alınmışdır, lakin bu mahnını da "Invicible" albomuna əlavə etmək mümkün olmamışdır. Mahnıya reper Tempamental tərəfindən düzəlişlər edilmiş və 2006-cı ilin sonlarında Ceksonun icazəsi olmadan MySpace veb səhifəsində yayımlanmışdır. "Gangsta(No Friend of Mine)" adlı yeni versiya Pras of the Fugees ilə birlikdə duet oxunmuşdur.[15]

"Xscape" 1999-cu ildə "Invincible" albomunun səsyazmaları zamanı yazılmış və lentə alınmışdır. Amma albomu tamamlamaq mümkün olmamış və mahnı həmin alboma daxil edilməmişdir. Mahnı yalnız 2001-ci ildə tamamlanmış, həmin ildə də internetə sızmışdır. Mahnıya produsser Rodney Jorkins tərəfindən yeni forma verilir və "You Are Rock World" mahnısının nümunəsi kimi təqdim edilir.

Mahnıların siyahısı
BaşlıqYazar(lar)Müddət
1."Love Never Felt So Good"Michael Jackson, Paul Anka03:54
2."Chicago"Cory Rooney04:05
3."Loving You"Jackson03:15
4."A Place With No Name"Jackson - Dewey Bunnell - Dr. Freeze05:35
5."Slave To The Rhythm"L.A. Reid - Babyface - Daryl Simmons - Kevin Roberson04:15
6."Do You Know Where Your Children Are"Jackson04:36
7."Blue Gangsta"Jackson - Dr. Freeze04:14
8."Xscape"Jackson - Rodney "Darkchild" Jerkins - Fred Jerkins III - LaShawn Daniels04:05
  1. Opam, Kwame (March 31, 2014). "New Michael Jackson album 'XSCAPE' will be released may 13th". The Verge (Vox Media). Retrieved may 2, 2014.
  2. "Arxivlənmiş surət". 2016-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.
  3. "Arxivlənmiş surət". 2014-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.
  4. "XSCAPE: NEW ALBUM COMING MAY 13TH". michaeljackson.com. March 31, 2014. March 31, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2014.
  5. "New Michael Jackson album to be released in May". BBC News. 2014. 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-04.
  6. Chi, Chi. "Newsbeat – Michael Jackson new album Xscape: first listen". BBC. April 4, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 3, 2014.
  7. Farrar, Leah. "Michael Jackson new album Xscape release rumours". Glamour magazine. October 18, 2011. April 5, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 2, 2014.
  8. Melissa Locker. "It's a Thriller: New Michael Jackson Songs Coming in May on Posthumous LP Xscape". time.com. March 31, 2014. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 31, 2014.
  9. Wass, Mike. "Michael Jackson's 'Xscape' LP Will Contain A Song About Child Abuse & High-Profile Collabs". Idolator. Spin Media. April 2, 2014. İstifadə tarixi: April 3, 2014.[ölü keçid]
  10. "XSCAPE-Long Awaited New Music From Michael Jackson – NEW YORK, March 31, 2014 /PRNewswire/". Prnewswire.com. May 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 20, 2014.
  11. Corner, Lewis. "Michael Jackson's New Single 'Love Never Felt So Good' Gets Premiere Date". Digital Spy. Hearst Magazines. April 30, 2014. September 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 30, 2014.
  12. "Michael Jackson 'New' Single Written with Paul Anka Is Actually 31 Years Old". Showbiz411.com. May 1, 2014. May 5, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 1, 2014.
  13. Netter, Sarah. "Michael Jackson's Unreleased Songs, Continuing the Music Legacy". ABC News/Yahoo! News. ABC News Internet Ventures, Yahoo!ABC News Network. July 17, 2009. August 17, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 7, 2014.
  14. "Justin Bieber, Michael Jackson Duet: Estate Releases Statement". The Inquisitr. 7 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 August 2013.
  15. "Michael Jackson Gangsta (No Friend of Mine) (ft. The Fugees)". Youtube. 2 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2014.