Yarğan

Yarğan

Yarğan — nisbətən hündür-düzənlik sahələrə aid olur.

Yarğanın baş tərəfində eroziya daha şiddətli gedir. Meşənin olmaması və yamacların şumlanması yarğanın genişlənməsinə səbəb olur. Yaylaq zonasında intensiv mal-qara otarılması İlə əlaqədar bitki və torpaq örtüyünün pozulması yarğanların inkişafına şərait yaradır.

Yarğan –  mənfi xətti relyef forması, dar, dik  yamaclı, yuxarı hissədə şaxələnmiş, yanları çılpaq olur. Uzunluğu bir neçə km, eni və dərinliyi bir neçə 10 m-ə çatır. Adətən tez yuyulan çökmə süxurlarda inkişaf edib, dövrü  olaraq davam edən yağış və qar sularının axını nəticəsində əmələ gəlir. (rus. овраг, ing. gulch, gully, ravine) [1]

Yarğanlar əsasən kənd təsərrüfatına böyük zərər verir, əkin sahələrini parçalayır, yararsız hala salır. Yarğanlarla mübarizə etmək üçün onun yamaclarında və ona bitişik sahələrdə ağac və kollar əkilir. Genişlənməsi dayanmış, yamacları yastı və dibi hamarlanmış yarğanlar got və ya qobu adlanır.[2]

Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.

  1. Yarğan // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
  2. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.
  • ASE, V cild, Bakı, 1981, səh. 80