Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası

Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası
Karvansaray binası 2023-cü ildə restavrasiya işlərindən sonra
Xəritə
39°44′ şm. e. 46°44′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa Şuşa
Yerləşir M.F.Axundov küçəsi, 31
Aidiyyatı Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XIX əsrin 80-ci illəri
Üslubu Arran memarlıq məktəbi
Vəziyyəti 2023-cü ildə bərpa olunub, Şuşa Yaradıcılıq Mərkəzi kimi istifadə olunur[1]
UNESCO Ehtiyat Siyahısı
TipiMədəni
Kriteriyai,iv,v,vi
Təyin edilib2001
İstinad nöm.1574
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.353
KateqoriyaQala
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası və ya Məscidli karvansaraŞuşa şəhərinin M. F. Axundov küçəsi, 31 ünvanında yerləşən karvansara.[2][3] Karvansara Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.

Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir. Sıdırım qayanın kənarında yerləşən karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rasta bazar küçəsinə açılır. Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi. SSRİ dövründə karvansara Kolxoz bazarı kimi istifadə edilmişdir.

Abidənin fasadında inşa kitabəsi

Karvansara XIX əsrin 80-ci illərində məşhur şuşalı tacir Ağa Qəhrəman Mirsiyab oğlunun vəsaiti hesabına inşa edilmişdir.[4] Şuşanın tarixi və mədəniyyət abidələrinə həsr edilmiş əsərində Firudin Şuşinski yazır:

" XIX əsrin sonlarında Şuşada on karvansara fəaliyyət göstərirdi. Onların arasında Hacı Abbasın, Qatırçı Muradın, Mirsiyab oğlunun karvansaraları, o cümlədən, Şeytan bazarXanlıq Muxtar karvansaraları seçilirdilər. Lakin, şəhərin ən yaxşı karvansarası Mirsiyab oğlu Məşədi Şükürün karvansarası idi. Bu əzəmətli bina XIX əsrin 80-ci illərində inşa edilmişdi. Binanın memarlıq ansamblı istər-istəməz diqqət çəkir.
"

Şəhər Meydanının qərb hissəsində inşa edilmiş Mirsiyab oğlu karvansarası həm də məscidli karvansara kimi tanınırdı.[6] Karvansarada bir neçə ticarət kontoru, otuza yaxın böyük və kiçik mağaza yerləşirdi. Bunlardan əlavə karvansarada bərbər, çəkməçi, dərzi, papaqçı və sair emalatxanalar da fəliyyət göstərirdi.[7] Mirsiyab oğlu karvansarasına Qarabağın hər tərəfindən, o cümlədən digər Qafqaz ölkələrindən, İranRusiyadan mallar gətirilirdi.[7]

Abidə 1992-ci il may ayının 8-dən 2020-ci il 8 noyabra qədər Ermənistan Respublikasının Hərbi Qüvvələrinin işğalı altında idi.[8][9] İkinci Qarabağ müharibəsi çərçivəsində Şuşa şəhəri 8 noyabr 2020-ci il tarixində Azərbaycan ordusu tərəfindən azad edilmişdir.[10]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Karvansaranın planı

Sıdırım qayanın kənarında yerləşən karvansaranın əsas fasadı Şuşanın mərkəzi ticarət küçəsi olan Rasta bazar küçəsinə açılır. Karvansaradan bəhs edən Qarabağ tarixçisi Baharlı "Qarabağ hadisələri" adlı xronikasında binanın Şuşanın memarlıq simasının əsas xüsusiyyətlərini özündə əks etdirdiyini göstərir.[11]

Ağa Qəhrəman Mirsiyab oğlu karvansarası özünəməxsus memarlıq xüsusiyyətləri və planlaşdırması ilə fərqlənən iki mərtəbəli böyük binadır.[4] Binanın ikinci mərtəbəsində tacirlər üçün nəzərdə tutulmuş 25 otaq, birinci mərtəbəsində ticarət kontorları və 30-a yaxın mağaza yerləşirdi.[4]

İkinci mərtəbədə binanın künc tərəfində tacirlər və qonaqlar üçün məscid də inşa edilmişdi.[4] Məscidin üç nefli ibadət zalı bir çox Şuşa məscidləri kimi Şuşa memarlığı üçün xarakterik olan səkkiz guşəli sütunlar üzərində dayanan oxvari tağ-tavanla örtülmüşdü. İbadət zalı 8.36x9.22 metr ölçüyə malikdir.[4]

Məscidin divarları zövqlə işlənmiş nəfis qabartmalarla bəzədilib. Mehrabın yeddi guşəli oxvari nişi də incə qabartmalarla bəzədimişdir. E. Avalov qeyd edir ki, Karvansara daxilində məscid yerləşməsi oxşar tipli binaların inşa praktikasında yeganə hal olmaqla, bütün İslam memarlığında analoqa malik deyildir.[4]

  1. "İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). president.az. 10 may 2023. 11 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2023.
  2. "The list of the monuments (the city of Shusha)". 6 July 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 August 2010.
  3. War Against Azerbaijan - Targeting Cultural Heritage. 2007. ISBN 978-9952-8091-4-5.
  4. 1 2 3 4 5 6 Авалов, 1977. səh. 63
  5. Шушинский, Фирудин. Шуша. Баку. 1968. 29.
  6. Гулиев, 2013. səh. 63
  7. 1 2 Гулиев, 2013. səh. 64
  8. "Shusha State Historical & Architectural Reserve". 4 October 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 August 2010.
  9. "Каравансарай Ага Гахраман Мирсаиб оглы". 5 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2010.
  10. "Şuşa işğaldan azad edildi. Bakı, 8 noyabr, AZƏRTAC". 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-20.
  11. Ахундов, Назим. Хроника Карабаха (на азерб.яз.). Баку. 1989. 171.