Molla Pənah Vaqifin büstü

Molla Pənah Vaqifin büstü
Xəritə
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Şuşa
Heykəltaraş Həyat Abdullayeva
Tikilib 1957
Material Tunc
Saxlanıldığı yer
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Molla Pənah Vaqifin büstü ― XVIII əsrdə yaşamış Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin şərəfinə qoyulmuş büst. Büst 1992-ci ildə Şuşa işğal edildikdən sonra dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə 2021-ci ildə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib.[1]

Molla Pənah Vaqifin büstü 1957-ci ildə heykəltaraş Həyat Abdullayeva tərəfindən tuncdan hazırlanaraq Şuşa şəhərində qoyulub. Büst 1958-ci ildə Cıdır düzünün yaxınlığında yerləşən indiki Vaqif türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilib. Daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqif türbəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra şəhərdə yerləşən digər abidələr kimi Vaqifin büstü də vandalizmə məruz qalaraq dağıdılıb.[2]

7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin yeni büstünün açılışı olub.[1]

  1. 1 2 "Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşada büstü açılıb" (az.). president.az. 29.08.2021. 29.08.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2021.
  2. "Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşada büstünün açılışı olub" (az.). apa.az. 29.08.2021. 29.08.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04.10.2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]