Köçərli məhəlləsi
Köçərli məhəlləsi | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Aidiyyatı | Şuşa Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XVIII əsrin sonu-XIX əsrin əvvəlləri |
Köçərli məhəlləsi — Şuşanın XIX əsrdə salınmış, Şuşanın şimal-qərbində qədim yuxarı 8 məhəlləsindən biri.
Haqqında
[redaktə | mənbəni redaktə et]Saatlı məhəlləsində sol tərəfdə dik yamac üzərində yerləşən yuxarı məhəllələrindən biri.[1] Şəhərin mərkəzinə doğru uzanan və nisbətən bir qədər enli yolun hər iki tərəfində yaşayış binaları, məscid, bulaq, hamam və daha aşağı hissədə Körpü və Meydança var idi. Məhəllə körpüsünə "Şahlıq körpüsü" deyilirdi. XX əsrin 40-cı illərində körpü söküldü və meydan bir qədər genişləndirildi. məhəllənin yaşayış binaları biri-birindən fərqlənirdi. Bu sosial bərabərsizliklə əlaqədar idi. Məhəllədə 6-ya qədər iki mərtəbəli yaşayış binası var idi. Qalan binalar isə bir mərtəbəli idi.[1] XVIII əsrin ortalarında Cavanşir mahalının Köçərli kəndindən köçüb gəlmiş Məhəmməd adlı (Firidun bəy Köçərlinin ulu babası) bir nəfər burada kök salıb, sonralar onun övladları köçərlilər kimi tanınıb və yaşadıqları məhəllə də "Köçərli" adlandırılıb.[2][3] Firudin bəy Köçərlinin əsli Cavanşir mahalının Köçərli kəndindəndir. Ulu babalarından Məhəmməd bəy Köçərli kəndindən Şuşaya köçmüş, burada yurd-yuva salmış, beləliklə, Şuşada Köçərli məhəlləsi yaranmışdır. Bəhmən mirzə Qovanlı-Qacarın saray kompleksi bu məhəllədə yerləşir.[4][5]
Məhəllənin tarixi
[redaktə | mənbəni redaktə et]Çar hökumətinin himayədarlığı ilə Şuşada say üstünlüyünə nail olan ermənilər onun köməyilə şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci il avqustun 16-da təpədən dırnağa qədər silahlanmış ermənilər azərbaycanlılar üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı daha böyük vəhşiliklər törətdilər. Bu dəfə onlara ruslar da köməklik göstərirdilər.[6]M. S. Ordubadi yazır ki,[7] 1906-cı il iyun ayının 12-də "bir tərəfdən kazak dəstələri və piyada rus qoşunu, digər tərəfdən ətrafdan yığılmış 10 minə yaxın erməni əsgəri, bir tərəfdən də müharibədən qabaq şəhərdə nizam altında saxlanılmış erməni bölükləri və qaçaqlar müsəlmanlara qarşı hücuma başladılar. Beş gün ərzində 1905-ci il avqustun 16-da Şuşada ermənilərin hücumu başlandı. Erməni saqqallıları (döyüşçüləri) 3 istiqamətdə hücuma keçdilər. Birinci dəstə Köçərli məhəlləsinə, ikinci dəstə Yuxarı Xəlfəli qapısına, üçüncü dəstə isə Mərkəzi meydana doğru irəlilədilər.[8][9] Vəzirovlar da bu məhəllədə yaşayırdılar
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Köçərli məhəlləsi". www.youtube.com. İstifadə tarixi: 31 may 2022.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Yunis Hüseynov. Şuşa Salnaməsi. Bakı: "AFPoliqraf". 2015. səh. 208.
- ↑ "Şuşanın məhəllələri". portal.azertag.az. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2022.
- ↑ [. Çingizoğlu, Ə. Şuşa şəhəri (1750-1850) / Ənvər Çingizoğlu; red. V.Quliyev. – Bakı: Şuşa, 2009. – 247, [1] s. . Çingizoğlu, Ə. Şuşa şəhəri (1750-1850) / Ənvər Çingizoğlu; red. V.Quliyev. – Bakı: Şuşa, 2009. – 247, [1] s.] (#bad_url) (#bare_url_missing_title). İstifadə tarixi: 31 may 2022.
- ↑ Məhəmməd NƏRİMANOĞLU. "Şuşanın məşhur məhəllələri" (az.). Archived from the original on 2022-01-07. İstifadə tarixi: 5 yanvar 2022.
- ↑ "Şuşanın məşhur məhəllələri". www.azerbaijan-news.az. 25 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2022.
- ↑ "Şuşa.Qədim Azərbaycan diyarı" (PDF). ebooks.az. 21 April 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 31 may 2022.
- ↑ Ordubadi M. S. Qanlı illər Arxivləşdirilib 2023-03-31 at the Wayback Machine. Əsəri ərəb əlifbasından çevirən, sadələşdirən və çapa hazırlayan: Ə. D. Bağırov. Naxçıvan: "Əcəmi" NPB, 2001, s. 81-83.
- ↑ "Şəhər haqqında məlumat". intangible.az. İstifadə tarixi: 31 may 2022.[ölü keçid]
- ↑ "Tarixi". www.shusha-ih.gov.az. 18 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 may 2022.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu, Şuşa şəhəri(1750–1850), Bakı,"Şuşa", 2009,
- Элтуран Авалов, Архитектура города Шуши, Баку, "Элм", 1977