Buduq dili

Buduq dili
Orijinal adı Budad mez
Ölkə Azərbaycan
Danışanların ümumi sayı 1000
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
Qafqaz dilləri[d]
Nax-Dağıstan dilləri
Dağıstan dilləri
Ləzgi dilləri
Samur[d]
Buduq dili
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 bdk
Dilin strukturlarının dünya atlası bdk
Atlas of the World’s Languages in Danger 1045
Ethnologue bdk
ELCat 1229
IETF bdk
Glottolog budu1248

Buduq dilibuduqluların danışdığı dil. Şahdağ yarımqrupuna daxil olan ləzgi dillərindən biridir.

Qrammatik quruluşca buduq dili qrız dilinə çox yaxındır. Dialektləri yoxdur. Quba və Xaçmaz rayonlarının bir neçə kəndində (Buduq, Dalıqaya, Pirüstü, Yalavanc və s.) məişət dili kimi yayılmışdır. Bu dildə təqribən 15 min adam danışır (2007).

Buduq dilində 9 (bəzi mülahizələrə görə -10) sait və 34 (37) samit fonem vardır. Bu dildə fellər şəxsə görə yox, cinsə görə təsrif edilir. Buduq dili 4 qrammatik cins (kişi, qadın, şüursuz canlılar və və cansızlar), ismin 18 halı olan yazısız dildir[1].

  1. "Azərbaycanın müasir etnik palitrası". 2011-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]