Qrız dili
Qrız dili | |
---|---|
Orijinal adı | КърыцIаь мез |
Ölkə | Azərbaycan |
Danışanların ümumi sayı | 5-9 min |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
| |
Yazı | yazısız |
Dil kodları | |
ISO 639-1 | — |
ISO 639-2 | — |
ISO 639-3 | kry |
Dilin strukturlarının dünya atlası | krz |
Atlas of the World’s Languages in Danger | 1055 |
Ethnologue | kry |
ELCat | 2508 |
IETF | kry |
Glottolog | kryt1240 |
Qrız dili (qrız. КърыцӀаь мез) — qrızlıların danışdığı dili. Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir.
Tədqiqi
[redaktə | mənbəni redaktə et]Qrız dili Ləzgi dillər qrupunun Şahdağ yarımqrupuna aiddir. Qrız dilinə ən yaxın dil Buduq dilidir. Həmçinin, Qrız dilində yaxın dillərdə Cek, Əlik, Haput və Yergüc kəndlərində də danışılır. Bu kəndlərdə danışılan dillər Qrız dilindən xeyli fərqlənir ki, buna görə də alimlərin fikrincə onları ayrı bir dil kimi götürmək olar. Məsələn, ceklilər Cek dilində danışır.[1] Lakin bu dili araşdıran linqvist və alimlərin bir qismi bu dili Qrız dilinin ləhcələri kimi qəbul etmişlər. Hətta onlardan bəziləri "Cek dili" terminini "Qrız dili"nin alternativ adı adlandırırlar.[2] Ən son araşdırmalar zamanı da Grimes (2000-ci ildə) bu dilləri Qrız dilinin dialektləri kimi qeyd etmişdir. Qrız, Cek, Haput, Əlik, Buduq, Yergüc dillərinin leksikası, morfologiyası, sintaksisi, xüsusən sonsuzluğa qədər əşyaların cinsini bildirmək üçün meyar olan say sistemi, qohumluq bildirən sözlər demək olar ki, eynidir.
Gənc fransız tədqiqatçılarından biri Jil Otye Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunda "Qrız dilinin şərhi. Azərbaycanın şimal-şərqində Qafqaz dillərinin tədqiqi" mövzusunda kurs işi müdafiə etmişdi. O, Azərbaycana gələrək, Qrız dilini öyrənmişdi.
Qrız dili haqqında 1972-ci ildə Ş.Sədiyevin doktorluq dissertasiyası, 1964-ci ildə V.Xidirovun namizədlik dissertasiyası dərc edilmişdi.
Qrammatikası
[redaktə | mənbəni redaktə et]Qrız dilində cins, kəmiyyət və hal kateqoriyaları vardır. Cümlə feli xəbərin tipinə görə dəyişir.[3]
Qrız dilində danışanlar
[redaktə | mənbəni redaktə et]Qrız dilində danışanların ümümi sayı 10 000 – 15 000 arasında dəyişir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Большая Энциклопедия в 62 томах: Джеки". 2012-07-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-07.
- ↑ "Ethnologue entry for Kryts". 2011-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-19.
- ↑ "Azərbaycanın müasir etnik palitrası". 2011-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-07.
Dil ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |