Lənkəran

Lənkəran
Lankon
38°45′13″ şm. e. 48°51′04″ ş. u.HGYO
Ölkə
Başçı Taleh Qaraşov
Tarixi və coğrafiyası
Sahəsi
  • 70 km²
Mərkəzin hündürlüyü 76 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 52.952 nəf. (2020)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4200
Nəqliyyat kodu 42
Digər
lankaran.org
Lənkəran xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

LənkəranAzərbaycan Respublikasının ən böyük və qədim şəhərlərindən biri, cənub bölgəsinin ən böyük şəhəridir. 28 iyul 1971-ci ildən respublika tabeli şəhərdir. Azərbaycanın qədim şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənub-qərb sahilində, Lənkərançayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir. Rütubətli subtorpik iqlim, qışın sərt keçməməsi, quru və qızmar yay günləri, yağışlı payız fəsli bu regionun zəngin flora və faunasını şərtləndirmişdir. Lənkərançay, Veravul, Qumbaşı, Boladi, çayları yazda və payızda əsasən yağış suları hesabına daşır, yayda isə sakitləşir və nəzərə çarpacaq dərəcədə dayazlaşırlar. Buna görə də bu ərazidə kənd təsərrüfatı bitkilərinin suvarılması məqsədilə Xanbulançay su anbarı yaradılmışdır.

Ərazisinin sahəsi 21.435 hektar olan Hirkan qoruğu da bu rayonda yerləşir. 2004-cü ildə həmin qoruq Hirkan Milli Parkina çevrilmişdir. Milli park Astara[2] və Lənkəran rayonlarının ərazisinin bir hissəsini tutur. Kiçik Qızılağac yasaqlığı (sahəsi 10,7 min hektar) 1978-ci ildə kiçik Qızılağac körfəzində qışlayan, köçəri su, bataqlıq və suətrafı sahədə yaşayan, o cümlədən nadir və məhv olmaq həddində olan quşların mühafizə edilməsi və onların baş sayının bərpa olunması məqsədilə yaradılmışdır. Bu yasaqlıq bilavasitə Qızılağac qoruğu ilə həmsərhəddir. Lənkəran rayonunun inzibati mərkəzi Lənkəran şəhəridir. Əhalinin sayı 193.700 nəfər, Bakıdan məsafsi 268 km-dir. Şəhərin ilkin adı "Ləngərkünan" olmuşdur. Bu sözün mənası lövbərli dayanacaq, yəni liman deməkdir. Lənkərandakı tarixi memarlıq abidələrindən indiyədək salamat qalanlar orijinal fasad naxışları ilə diqqəti cəlb edən Xan evi, Kiçik qala məscidi, Güldəstə minarəsi və qədim Hacı Mirzə hamamıdır. Şəhərdəki tarix muzeyinə baş çəksəniz bu diyarın tarixi ilə tanış ola bilərsiniz. Muzeyin özünün binası da memarlıq baxımından çox maraqlıdır. Şəhərdə dekorativ-tətbiqi sənət emalatxanaları çoxdur. Orada çalışanlar ağac, daş və metal üzərində oyma sənəti ilə məşğul olur. Lənkəranın ətrafındakı memarlıq və tarix abidələrindən bir qismi zəmanəmizə qədər salamat qalmışdır: Yuxarı Nüvədi kəndindəki Əbirlər qülləsi, Şıxakaran kəndindəki Şeyx Zahid qülləsi, Lənkərandan bir qədər qərb tərəfdə isə qədim Balabur qalasının xarabaları qalmışdır. Bu qalanın tikintisində inşaat materiallarının çox maraqlı bir qarışığından – bişmiş qırmızı kərpicdən və çay daşından istifadə edilmişdir. Xalq arasında Boz qala deyilən bu qalada keramikadan hazırlanmış su kəməri boruları hələ də salamat qalmışdır.

Lənkəran toponiminin haradan götürülməsi, onun mənası indiyə qədər mübahisəli olaraq qalır. Lənkəran və onun ətraf ərazilərinin qədimliyinə nişan verən sənədlərdən ən məşhuru yunan tarixçisi Herodotun məlumatıdır. O, göstərirdi ki, indiki Masallıya yaxın yerlərdə Dubil adlı bir kənd varmış. Strabon öz əsərində Boladi, Məcül, Büstər və Talışkəran kəndlərinin yaşıllıq və otlaq olması haqqında məlumat vermişdir.[mənbə göstərin]

Lənkəran sözünün mənşəyini araşdırmaq məqsədilə ilk dəfə bu adın işlədildiyi tarixə nəzər salmaq lazımdır. 1409-cu ildə ərəb dilində yazılmış "Fərruxnameyi-cəmali" əsərinin müəllifi təbib Ramazan ibn Şeyxəli Lənkərani və həmin kitabı 1594-cü ildə fars dilinə tərcümə edən Möhübəli ibn Əhmədi Lənkərkünani ləqəbinə təsadüf edirik.[mənbə göstərin]

Lənkəran adının mənşəyinə iki çür yanaşmaq lazımdır: birincisi fars dilindən, ikincisi talış dilindən keçmə mənasında. XV əsrdən əvvəl deyilən Ləngərkünan, Ləngəran, Lənkgəran, Lanqaran, Lyanqaran sözləri bugünkü Lənkəran sözünün ilkin formaları olmuşlar. Bunlardan Ləngərkünan – Ləngər və künan – yer, məskən deməkdir. Deməli, birinci ad lövbər salınan yer mənasını verir. Bu adın yaranmasına səbəb dünyanın müxtəlif yerlərindən İrana ticarətə, səfərə, təhsilə, ziyarətə, diplomatik işlərə gedən və İrandan gələn gəmilərin burada lövbər salıb dayanmalarıdır.[mənbə göstərin]

Ləngkəran farsca – ləng, ləngimək, kəran – yer (məskən) deməkdir. Deməli, ikinci ad "ləngiyən yer" mənasını verir. Adın yaranmasına səbəb yağışların çox olması üzündən buraya gələnlərin ləngiməsidir.[mənbə göstərin]

Lənkon talışca leynə, len – qamış, kon – (kəon) evlər deməkdir. Həm də bu ətraf rayonlarda sonu talışca "kon" azərbaycanca "kəran"la bitən yer adları çoxdur. Beləliklə, üçüncü ad "qamış evlər" mənasını verir. Bu ad Almaniyanın Hamburq səfarətxanasında saxlanılan hesabatlarda da vardır. Belə ki, bu söz 1603-cü ildə adı çəkilən, o dövrdə Lənkərandan bir az aralı yerləşən almanca yazılmış Lankon sözüdür. İndiki Lənkəran böyüdükcə həmin kənd şəhərə qarışmış və adı Lənkəranla eyniləşmişdir. O dövrdə, hətta XX əsrin əvvələrinə kimi buradaki evlərin üstü, çəpəri, bəzən divarları da qamışdan olduğu üçün qamış evlər adlanmışdır.[mənbə göstərin]

Lənkəran toponiminin orta əsr mənbəələrində keçməsi, bu toponimin islamdan sonra yaranmasını istisna etmir. "Lənkər" ərəbcədən "inkar etmək", "an" farscadan cəm şəkilçisidir: beləliklə, islamı gec qəbul etdikləri üçün və ya qəbul etməyib ayrı bir zehniyyətlə çıxış etdiklərinə görə burada yaşayan toplum "Lənkəran" yəni "inkarçılar" adlana bilərdi. Olsun ki, bu bir ehtimaldır, amma ehtimal olsa da, yağışların çox yağması üzündən limanda ilişib qalan tacirlərin gecikmələri ilə əlaqələndirilən ehtimal qədər güclüdür.[mənbə göstərin]

Lənkəran şəhərinin gerbi

Lənkəran şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur.

Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsi Kaspivilayətinin gerbindəki təsvirlərin eynidir: 1-ci hissədə pələng, ikinci hissədə yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuşdur. Aşağıdakı üçüncü yaşıl sahəsində təsvir olunan gümüş sandıq bolluq-bərəkət rəmzidir. Sandığın hər iki tərəfində qıvrılan ilan rəsmi Muğan düzündə ilanların çox olmasından xəbər verirdi.[3]

Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində aşkar olunan Divə – lona qəbiristanlığının e.ə. daha qədim əsrə aid edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy tərəfindən qələmə alınmış "Cavahirnameyi – Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir.

Görkəmli yazıçı və tarixçimiz Abbasqulu ağa Bakıxanov "Gülüstani İrəm" (1841), Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1882-ci ildə qələmə aldığı "Əxbərnamə" kitablarında Lənkəranı "Ləngərkünan" adlandırmışlar.

XVI əsr İngiltərə-Moskva ticarət kompaniyasının müvəkkili Çepmen öz səyahəti zamanı Layqon şəhərində olmasını bildirir. Alman imperatoru Rudolf Habsburqun I Şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin Almaniya səftərxanasında saxlanılan hesabatında Lənkəranın və ondan bir az aralı olan Lankon kəndinin adı çəkilir. XVII əsr alman alimi Adam Oleari isə bu şəhəri Lengerkuman adlandırmışdır.

Mərkəzi küçələrdən biri

27 sentyabr 1614-cü ildə rus səyyahı və diplomatı Brexov hesabatında I Şah Abbasla Qızılağacdan Lyanqarana gəldiyini göstərir. 1638-ci idə rus səyyahı və diplomatı A. Suxanov, 1670-ci ildə Hollandiya dənizçisi Yan Streis müxtəlif müzeylərə və səfirlikələrə verdikləri hesabatlarda, habelə gündəliklərində Lənkəranın adını dönə-dönə çəkmişlər. Rusiyada həkim işləyən diplomat, şotlandiyalı Bel 1717-ci ildə Lanqarana, oradan da Qızılağaca gəldiyini bildirir.

Lənkəran şəhərinin inşası tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. Bu da burada kifayət qədər arxeoloji qazıntıların aparılmaması ilə əlaqədardır. Lənkəran şəhərinin adına ilk dəfə biz səyyah Larens Çepmenin xatirələrində rast gəlirik. Onun xatirələrindən məlum olur ki, səyyah Lənkəranda 1568–1569-cu illərdə olmuşdur, lakin bu illəri Lənkəran şəhərinin salınma tarixi kimi gəbul etmək düzgün deyil.

Lənkəran da bütün Azərbaycan kimi, Səlcuqlar, Hülakilər və Teymurilərin hakimiyyəti altında olmuşdur. Həmdullah Qəzvininin verdiyi məlumata görə, XV əsrin 60-cı illərində Lənkəran(talış) əyaləti Azərbaycan Ağqoyunlu dövlətinin əyalətlərindən biri idi. XVI əsrin əvvəllərində Azərbaycan tarixində çox əhəmiyyətli bir hadisə baş verdi. Görkəmli siyasi xadim Şah İsmayıl Xətai Səfəvi dövlətini yaratdı. Lənkəran bu dövləti təşkil edən ərazilərdən biri idi. Lənkəran feodalları şahı həmişə müdafiə edirdilər, məhz bu da onların Səfəvi sarayındə yüksək nüfüz sahibi olmasına səbəb olmuşdu. Əyaləti həmin dövrdə şahın təsdiq etdiyi yerli hakimlər idarə edirdilər. Səfəvilər dövlətinin mövcüd olduğu dövrdə Lənkəran Azərbaycanın digər vilayətləri kimi həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində yüksək inkişaf dövrü keçmişdi, lakin mərkəzdən uzaq yerləşdiyi üçün sonrakı dövrlərdə şah hökuməti Lənkəranı Gilan vilayətinin tərkibinə daxil etdi.

Bu dövrdə ərazini idarə edən Əmir Həmzəni sıxışdırmaq üçün şah hökuməti Lənkərana sərkərdə Sarı xanı göndərdi. O, əyalətdə bütün narazılıqların qarşısını alandan sonra şah əyaləti ona tiyul verdi. Sarı xan Astarada yaşasa da onun oğlanları Lənkəranda yaşamış və buradan ölkəni XVIII əsrin 20-ci illərinə kimi idarə etmişdilər.

XVIII əsrin 20-ci illərində Azərbaycanın Xəzərsahili vilayətləri, o cümlədən də Lənkəran Rusiya işğalına məruz qaldı. 1726-cı ildə çarizm müdafiə məqsədilə burada hərbi istehkam tikdirdi, lakin ruslar burada çox qala bilmədilər. Rəşt müqaviləsinə görə Lənkəran yenidən Nadir şahın hakimiyyəti altına keçdi. 1747-ci il may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı

Lənkəran XIX əsrdə

[redaktə | mənbəni redaktə et]
Lənkəran şəhər mərkəzində bir küçə

XIX əsrin başlanğıcında Lənkəran şəhəri üç hissədən ibarət idi və şəhərin mərkəzi sayılan Qala divarlarına söykənirdi. Qalada Rusiya işğalından sonra hərbi qarnizon yerləşdirildi, bir sıra binalar kazarmalara, lazaretə və qaubaxta çevrilmişdi. XIX əsrin 30-cu illərində şəhərdə 441 ev və 440-a qədər təsərrüfat tikilisi vardı. XIX əsrin 50-ci illərində isə şəhərdə yaşayış evlərinin sayı 833-ə çatmışdı.

XIX əsrin sonlarında Lənkəranda küçələr neft çıraqları ilə işıqlandırılırdı. İçməli su ilə şəhər quyular və Lənkərançay hesabına təchiz edilirdi. Şəhərə su kəməri yalnız 1913-cü ildə çəkilmişdi.

Bu dövrdə əhalinin sayı da artmaqda idi. Lənkəranda bütün dövrlərdə kişilər qadınlardan 7–10% çox olmuşdur. 1897-ci il məlumatına görə şəhər əhalisinin sayı 8733 nəfər idi. Burada yerli əhali ilə yanaşı ruslar, polyaklar, yəhudilər və başqa millətlərin nümayəndələri də yaşayırdılar.

1828-ci ildə Lənkəranda hərbi qarnizon rəisi başda olmaqla, iki zabit, çar hökumətinin rəğbətini qazanmış yerli bəylərdən iki nümayəndədən ibarət komendant üsul-idarəsi quruldu. 1840-cı il yanvarın 1-də xüsusi şəhər polis idarəsi yaradıldı. 1840-cı il aprelin 10-da komendant üsul idarəsi ləğv edildi. Lənkəran 1846-cı ildə bir qəza kimi əvvəlcə Şamaxı quberniyasına, 1859-da isə Bakı quberniyasına daxil edildi.

XIX əsrin son rübü XX əsrin əvvəllərində Lənkəranda şəhər bələdiyyə idarəsi (Duması) yaradıldı.

Bu dövrdə şəhər iqtisadiyyatının əsas sahələrindən biri sənətkarlıq idi. Təbii xammal olan meşə materiallarının bolluğu burada bəzi sənət və peşələrin xeyli əvvəllər meydana gəlib inkişaf etməsinə səbəb olmuşdu. 1877-ci ildə Lənkəranda 17 dərzi, 22 papaqçı, 9 çəkməçi, 13 dəmirçi, 3 sərrac, 25 çilingər, 26 kənd təsərrüfatı və məişət alətləri hazırlayan, 2 misgər , 5 bənna fəaliyyət göstərirdi. XIX əsrin 80-ci illərindən etibarən şəhərin iqtisadiyyatında balıqçılıq və meşə materialları istehsalı daha çox sənaye xarakteri alırdı.

Həmçinin 1856-cı ildə Lənkəranda şəhər məktəbi açıldı. Bu məktəb indiki 1 nömrəli məktəbdir.

Kənd təsərrüfatı məşğuliyyətləri içərisində çəltikçilik üstünlük təşkil eidrdi. Bununla yanaşı taxılçılq da inkişaf etməkdə idi. XIX əsrdə Lənkəranda şəhərsalmanın planlaşdırılması işinə başlanılmışdı. 1833-cü ildə tərtib və təsdiq olunmuş Lənkəran qalası istehkamlarının baş planı bu işdə mühüm mərhələ idi. Şəhər mərkəzinda planlaşmanın təşkiledici elementi kimi məscid və 117 dükanlı iki bazar yerləşirdi.

Lənkəran şəhəri İnzibati ərazi vahidi kimi 8 avqust 1930-cu ildə Azərbaycan SSR tərəfindən yaradılmışdır. [4]

Lənkəran XX və XXI əsrlərdə

[redaktə | mənbəni redaktə et]

XX əsrlərin əvvəllərində Qala xiyabanı ərazisinin mənimsənilməsi sayəsində cənub və şimal bayır şəhərləri müəyyən qədər bütöv olub, müxtəlif planlaşma quruluşu olan dörd tarixi bölgü yaranır. Bunlar Qala xiyabanı, Böyük bazar, Kiçik Bazar və Sütəmurdov kəndi idi. Qala xiyabanı indiki B. Abbasov, Mir Mustafa xan və Lənkəran çayı sahili küçələri sərhəddində yerləşmişdi.

Böyük bazar indiki B. Abbasov küçəsi və cənub-qərbdən Qalayçılar məhəlləsi ilə hüdudlanırdı. Böyük bazar öz növbəsində peşəsinə görə bir neçə kiçik məhəllədən ibarətdi: Çarıqçılar, Əhəngçilər, Tacirlər, Ağalar, Təndirçilər və s.

Kiçik bazar dəniz sahili boyu indiki Tofiq İsmayılov və Səttərxan küçələri arasında yerləşirdi. Bura Qala xiyabanı və ona bitişik sərbəst planlı kvartalların şimal bayır şəhəri daxil idi. Burada aşağıdakı məhəllələr var idi: Daş Körpü, Kərəcivanlar, İpəkçilər və Forştat (almanca şəhərdən kənar deməkdir).

Sütəmurdov dəniz sahili boyunca əhatə edirdi. Burada əsasən gəlmə, vəzifəli ruslar və azərbaycanlılar yaşayırdı. Lənkəran XX əsrin əvvələrində Şuşa, Şəki və Quba ilə müqayisədə həm inkişaf etmiş şəhər təsərrüfatına, həm də xüsusi abadlığa görə seçilirdi. Lənkəranda memarlıq baxımından çoxlu maraqlı yaşayış evləri və dini tikililər inşa edilməsinə baxmayaraq, Bakı quberniyasının ştatlı şəhəri sayılırdı.

Lənkəran şəhəri XXI əsrdə dinamik inkişaf etməkdədir. Bu dövrdə şəhərin infrastrukturu, sosial və mədəni həyatı dəyişkənləşmişdir. Əhalinin rifahı artıb, mədəniyyət sahəsində tədbirlər və festivallar daha çox təşkil olunur. Şəhərin təbii gözəllikləri və tarixi abidələri də daimi turist axınına səbəb olur. Lənkəran XXI əsrdə Azərbaycanın mühüm mədəni mərkəzlərindən biri kimi öz yerini möhkəmləndirməkdədir.

Yerli hökumət

[redaktə | mənbəni redaktə et]

Lənkəran şəhərində yerli hökumət iki əsas qurum vasitəsilə fəaliyyət göstərir: Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran Şəhər Bələdiyyəsi. Bu qurumlar yerli idarəetmə funksiyalarını həyata keçirərək şəhərin sosial-iqtisadi inkişafına, infrastrukturun yenilənməsinə və yerli əhalinin maraqlarının müdafiəsinə yönəlmiş fəaliyyətləri yerinə yetirirlər.

Lənkəran Şəhər İcra Hakimiyyəti

Lənkəran Şəhər İcra Hakimiyyəti (LŞİH) Azərbaycan Respublikasının Prezidentinə tabe olan icraedici orqandır. Lənkəran Şəhər İcra Hakimiyyətinin başlıca vəzifəsi şəhərdə dövlət siyasətini həyata keçirmək, mərkəzi hakimiyyət orqanlarının qərarlarını yerli səviyyədə icra etmək və əhalinin sosial rifahını təmin etməkdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasnın Prezidenti tərəfindən təyin olunur və onun sərəncamları əsasında fəaliyyət göstərir. Lənkəran Şəhər İcra Hakimiyyəti həmçinin şəhərin iqtisadi və sosial inkişafını təmin etmək üçün müxtəlif layihələr hazırlayır və həyata keçirir. Bu layihələrə yerli infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin yaradılması, təhsil və səhiyyə sistemlərinin inkişaf etdirilməsi daxildir. Bundan əlavə, Lənkəran Şəhər İcra Hakimiyyəti şəhərin təhlükəsizliyini və ictimai asayişi təmin etmək üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.

Lənkəran Şəhər Bələdiyyəsi

Lənkəran Şəhər Bələdiyyəsi (LŞB) yerli özünüidarəetmə orqanıdır və şəhər əhalisinin maraqlarını təmsil etmək üçün müxtəlif sahələrdə fəaliyyət göstərir. Lənkəran Şəhər Bələdiyyəsi seçkili orqandır və üzvləri müəyyən müddət üçün seçilir. Bu qurum əsasən şəhərin sosial-iqtisadi inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsində, yerli vergi və rüsumların toplanmasında, abadlıq və infrastruktur layihələrinin idarə olunmasında iştirak edir. Lənkəran Şəhər Bələdiyyəsinin fəaliyyət sahələri arasında şəhər təsərrüfatının idarə edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, təhsil, mədəniyyət və idman sahələrinin dəstəklənməsi, ekologiya və ətraf mühitin qorunması kimi məsələlər yer alır. Bundan əlavə, bələdiyyə yerli əhalinin maraqlarını qorumaq və onların ehtiyaclarını qarşılamaq üçün müxtəlif xidmətlər təklif edir.

Lənkəran şəhəri, Azərbaycanın cənubunda, Xəzər dənizinin sahilində yerləşən qədim və zəngin tarixi olan bir şəhərdir. Şəhərin memarlığı, onun çoxəsrlik tarixi və mədəniyyətinin təsiri altında formalaşıb və Azərbaycan memarlığının xüsusiyyətlərini əks etdirir.

Lənkəran şəhərində ən diqqətçəkən tarixi memarlıq abidələrindən biri Lənkəran Qalasının qalıqlarıdır. XVIII əsrdə tikilən bu qala, şəhərin strateji əhəmiyyətini qorumaq məqsədilə inşa edilmişdir. Qalanın divarları möhkəm daşlardan tikilib və bu gün də şəhərin tarixi simvollarından biri hesab olunur. Bu qala, Lənkəranın keçmişini və onun müdafiə sisteminin möhkəmliyini əks etdirən mühüm bir abidədir.

Şəhərin digər məşhur tarixi abidələrindən biri Lənkəran Xan Sarayıdır. Bu saray XVIII əsrin sonlarında tikilib və o dövrün memarlıq üslubunun gözəl nümunəsidir. Saray, həmçinin şəhərin siyasi və mədəni mərkəzi olmuşdur. Sarayın içərisində və ətrafında yerləşən tikililər, şəhərin zəngin tarixini və qədim dövrlərdəki əzəmətini göz önünə gətirir. Bu kompleks, Lənkəranın tarixini və mədəniyyətini yaşadan əsas obyektlərdən biridir.

Lənkəranda həmçinin bir neçə qədim məscid və dini abidələr də mövcuddur. Ən məşhurlarından biri Böyük Bazar Məscididir. Bu məscid XIX əsrdə tikilib və onun memarlıq üslubu İslam memarlığının ənənələrini əks etdirir. Məscid, həmçinin şəhərin dini və mədəni həyatının mərkəzi olmuşdur. Böyük Bazar Məscidi, həm tarixi memarlıq abidəsi, həm də dini məkan olaraq şəhərin mədəniyyətində və cəmiyyətində böyük əhəmiyyət kəsb edir.

Lənkəranın müasir memarlığı da şəhərin inkişafı ilə paralel olaraq dəyişir. Şəhərdə son illərdə tikilən müasir binalar, parklar və ictimai obyektlər, həm yerli, həm də beynəlxalq memarlıq üslublarını bir araya gətirir. Bu binalar, şəhərin qədim və müasir hissələrinin harmoniyasını qorumağa çalışır. Məsələn, Lənkəran Dövlət Universitetinin binası, şəhərin təhsil ocaqlarından biri olaraq, müasir memarlıq üslubunda tikilib və tələbələrə geniş imkanlar yaradır. Şəhərdə yeni tikilən otellər və istirahət kompleksləri də müasir memarlığın parlaq nümunələrindəndir. Bu obyektlər, Lənkəranın turizm potensialını artırmaq və şəhərə daha çox turist cəlb etmək məqsədilə inşa olunub.

Lənkəran şəhərinin memarlığı, onun zəngin tarixi, mədəniyyəti və coğrafi mövqeyi ilə sıx bağlıdır. Şəhərdə həm qədim, həm də müasir memarlıq üslublarının harmonik birləşməsi müşahidə olunur. Bu da Lənkəranı Azərbaycanın ən maraqlı və zəngin memarlıq irsinə malik şəhərlərindən biri edir. Lənkəran, tarixlə müasirliyin bir arada olduğu, milli və beynəlxalq memarlıq ənənələrinin harmoniya təşkil etdiyi bir məkandır. Şəhərin memarlığı, onun tarixini və mədəniyyətini yaşadan bir güzgü kimi çıxış edir, həmçinin gələcək nəsillərə zəngin mədəni irsin qorunub saxlanmasına dair bir mesaj verir.

Lənkəran şəhəri Azərbaycanın cənubunda yerləşən, zəngin tarixi və mədəni irsi ilə tanınan bir şəhərdir. Bu şəhər, əsrlər boyu müxtəlif mədəniyyətlərin kəsişmə nöqtəsi olub, buna görə də onun mədəniyyəti çoxşaxəli və rəngarəngdir. Lənkəranın mədəni həyatı, yerli adət-ənənələr, musiqi, folklor və incəsənətlə zənginləşmişdir.

Musiqi və Folklor

Lənkəran musiqi və folklor sahəsində özünəməxsus yerə malikdir. Şəhər Azərbaycanın muğam mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Lənkəran muğam ustaları, xüsusilə də xanəndələr, Azərbaycanın musiqi irsində dərin iz buraxıblar. Şəhərin folkloru da onun mədəniyyətinin vacib hissəsidir. Burada keçirilən xalq festivalları və bayramlar, Lənkəranın qədim ənənələrinin yaşadılmasına və qorunmasına xidmət edir. Novruz bayramı, Lənkəranda xüsusi coşqu ilə qeyd edilir və bu bayramın keçirilmə ənənələri şəhərin mədəniyyətində dərin köklərə malikdir.

İncəsənət

Lənkəran şəhərində incəsənət də yüksək inkişaf edib. Şəhərdə fəaliyyət göstərən rəssamlar, heykəltəraşlar və digər sənətkarlar, Azərbaycan mədəniyyətinə böyük töhfələr verirlər. Şəhərin teatr və kino sənayesi də inkişaf edir, bu sahədə yaradıcı şəxslər, Lənkəranın mədəni irsini dünyaya tanıtmaq üçün çalışırlar.

Lənkəran 2024-cü ildə Türk Dünyasının və Azərbaycanın Gənclər Paytaxtı

2024-cü il Lənkəran şəhəri üçün xüsusi əhəmiyyət kəsb edir. Şəhər, həm Türk Dünyasının, həm də Azərbaycanın Gənclər Paytaxtı seçilmişdir. Bu status, Lənkəranın mədəniyyətini və gənclik enerjisini təcəssüm etdirir. Bu il ərzində Lənkəranda bir çox mədəni, idman və təhsil tədbirləri keçiriləcək, bu da şəhərin həm yerli, həm də beynəlxalq səviyyədə tanınmasına böyük töhfə verəcəkdir. Bu tədbirlər, Lənkəranın gənc nəslinin potensialını və şəhərin gələcək üçün açıq olduğunu nümayiş etdirəcək.

Lənkəran, zəngin mədəniyyəti, qədim ənənələri və müasirliyi bir araya gətirən bir şəhərdir. 2024-cü ildə şəhərin Gənclər Paytaxtı statusu, bu mədəniyyətin daha da inkişaf etdirilməsi və dünya miqyasında tanıdılması üçün böyük bir fürsətdir.

Lənkəran şəhəri Azərbaycanın cənub bölgəsində yerləşir və ölkənin təhsil, mədəniyyət və iqtisadi həyatında mühüm rol oynayır. Şəhər əhalisinin təhsil səviyyəsi yüksəkdir və burada müxtəlif səviyyələrdə təhsil almaq üçün geniş imkanlar mövcuddur. Lənkəranda təhsil sistemi uşaq bağçalarından başlayaraq ali təhsilə qədər müxtəlif mərhələləri əhatə edir.

Ümumi Təhsil

Lənkəranda ümumi təhsil sistemi Azərbaycanın milli təhsil proqramı əsasında təşkil olunub. Şəhərdə fəaliyyət göstərən orta məktəblər üç əsas mərhələdən ibarətdir: ibtidai təhsil (1-4 siniflər), ümumi orta təhsil (5-9 siniflər) və tam orta təhsil (10-11 siniflər).Lənkəranda ümumi təhsilin keyfiyyətini artırmaq məqsədilə müxtəlif layihələr həyata keçirilir. Məktəblər müasir texnologiyalarla təchiz edilir, müəllimlər üçün təlimlər və ixtisasartırma proqramları təşkil olunur. Bundan əlavə, şəhərdə şagirdlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif dərnəklər və əlavə dərslər mövcuddur.

Orta İxtisas Təhsili

Orta ixtisas təhsili sahəsində Lənkəranda bir çox kollec fəaliyyət göstərir. Bunlardan ən məşhuru Lənkəran Humanitar Kollecidir. Bu kollecdə humanitar sahələr üzrə ixtisaslar təklif edilir. Orta ixtisas təhsili ali təhsilə keçid mərhələsi kimi də mühüm rol oynayır, çünki bir çox məzunlar təhsillərini ali məktəblərdə davam etdirir.

Peşə Təhsili

Lənkəranda peşə təhsili sistemi də inkişaf etdirilib. Şəhərdə yerləşən Lənkəran Peşə Tədris Mərkəzi regionda müxtəlif peşə sahələri üzrə kadrların hazırlanmasını təmin edir. Peşə təhsilinin məqsədi yerli əhalinin əmək bazarına uyğun ixtisaslar üzrə bilik və bacarıqlar əldə etməsini təmin etməkdir. Mərkəz müxtəlif sahələrdə (tikinti, kənd təsərrüfatı, avtomobil təmiri, xidmət sahələri və s.) təlim proqramları təklif edir.

Ali Təhsil

Lənkəran Dövlət Universiteti (LDU) şəhərin və ətraf bölgələrin ilk ali təhsil ocağıdır. 1991-ci ildə təsis edilmiş bu universitet regionda təhsil və elmin inkişafında mühüm rol oynayır. LDU-da bakalavr, magistr və doktorantura səviyyələrində müxtəlif ixtisaslar üzrə təhsil verilir. Universitetin fakültələri arasında iqtisadiyyat, pedaqogika, hüquq, mühəndislik və digər sahələr üzrə proqramlar mövcuddur.Lənkəran Dövlət Universiteti eyni zamanda regionda elmi tədqiqatların aparılmasında önəmli mərkəzlərdən biridir. Burada yerli problemlər və beynəlxalq tələblərə uyğun olaraq müxtəlif elmi layihələr həyata keçirilir.

Məktəbəqədər Təhsil

Lənkəran şəhərində məktəbəqədər təhsil də mühüm rol oynayır. Şəhərdə bir çox uşaq bağçaları fəaliyyət göstərir və burada uşaqların erkən yaşlardan təhsil və tərbiyə almaları təmin edilir. Məktəbəqədər təhsil müəssisələri müasir tədris metodları və proqramları əsasında fəaliyyət göstərir, uşaqların sosial, emosional və intellektual inkişafı üçün zəruri şərait yaradır.

Təhsil və Cəmiyyət

Lənkəranda təhsil sistemi şəhərin sosial və mədəni inkişafına mühüm töhfə verir. Təhsil sahəsində həyata keçirilən islahatlar və yeniliklər Lənkəranın ümumi təhsil səviyyəsinin yüksəlməsinə, həmçinin əhalinin əmək bazarına daha yaxşı inteqrasiya olunmasına şərait yaradır. Lənkəran şəhərinin 2024-cü ildə Azərbaycanın və Türk Dünyasının Gənclər Paytaxtı elan edilməsi təhsil sahəsində də bir çox yeni layihələrin həyata keçirilməsinə təkan verir.

Beynəlxalq Əlaqələr və Layihələr

Lənkəran təhsil müəssisələri, xüsusilə Lənkəran Dövlət Universiteti, beynəlxalq əməkdaşlığa böyük önəm verir. Universitet beynəlxalq təhsil və tədqiqat proqramlarında iştirak edir, müxtəlif xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq müqavilələri imzalayır. Bu əməkdaşlıqlar tələbə və müəllim mübadiləsi, ortaq elmi tədqiqatlar və konfransların keçirilməsini əhatə edir.

Lənkəran şəhərində nəqliyyat sistemi, şəhər sakinlərinin və turistlərin rahat hərəkətini təmin edən əsas vasitələrdən ibarətdir. Bu sistem aşağıdakı nəqliyyat növlərini əhatə edir:

Şəhərdaxili nəqliyyat

Avtobuslar və mikroavtobuslar: Şəhərin müxtəlif əraziləri arasında sərnişin daşımalarını təmin edir. Qiymətlər əlverişli, marşrutlar isə şəhərin əsas hissələrini əhatə edir.

Taksilər: Şəhərdə həm ənənəvi taksilər, həm də mobil tətbiqlərlə çağırıla bilən taksi xidmətləri mövcuddur. Bu, fərdi və rahat nəqliyyat variantı olaraq geniş istifadə olunur.

Velosiped və ya piyadalar üçün yollar: Lənkəranın təbii gözəllikləri və nisbətən sakit şəhər mühiti sakinləri və turistləri velosipedlərdən və piyada yollarından istifadə etməyə təşviq edir.

Şəhərlərarası nəqliyyat

Avtobuslar: Lənkərandan Bakı, Astara və digər iri şəhərlərə müntəzəm avtobus marşrutları fəaliyyət göstərir. Şəhərlərarası avtobuslar şəhərin mərkəzi avtovağzalından hərəkət edir.

Dəmir yolu: Lənkəran dəmir yolu stansiyasına malikdir və şəhər Bakı ilə dəmir yolu vasitəsilə birləşdirilib. Qatarlar sərnişinlərin daha uzun məsafələri rahat keçməsinə imkan yaradır.

Hava nəqliyyatı: Lənkəran Beynəlxalq Hava Limanı bölgədə mühüm rol oynayır, həm daxili, həm də xarici reyslər üçün imkan yaradır. Hava limanı vasitəsilə Bakı və digər yerlərə uçuşlar həyata keçirilir.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]
Ay Yanvar Fevral Mart Aprel May İyun İyul Avqust Sentyabr Oktyabr Noyabr Dekabr İl
Orta temperatur (°C) 3 4 7 11 17 22 25 24 21 16 10 6 14
Orta yağıntı (mm) 60 50 110 60 10 80 20 50 190 230 140 60 1130
Mənbə: www.weatherbase.com

Lənkəranda atmosfer yağıntıları

[redaktə | mənbəni redaktə et]

Yağıntıların və sellərin paylanmasında təbii zonaların hündürlükdən asılı olaraq növbələşməsində özünəməxsusluğu ilə seçilən, əhalinin sıxlığının durmadan artdığı, sosial problemlərin çoxaldığı, lakin güclü inkişaf üçün böyük təbii ehtiyatlara malik olan Lənkəran vilayətində atmosfer yağıntılarının illik gedişində 2 maksimum və 1 minimum meşahidə edilir. Birinci zəif ifadə olunmuş maksimum yaz aylarında müşahidə edilir. Mart ayından sonra yağıntıların kəmiyyəti tədricən azalır və iyul ayında bütün meteoroloji məntəqələrdə illik minimum müşahidə edilir. Bu aydan sonra yağıntılar nəzərə çarpacaq dərəcədə çoxalır və payız aylarında aydın ifadə olunmuş ikinci-əsas maksimum yaranır.

İlkin məlumatlara görə şəhər üzrə əhalinin sayı il ərzində 520 nəfər və ya 0,2 faiz artaraq 2020-ci il yanvar ayının 1-i vəziyyətinə 52.952 nəfərə çatmışdır. Əhalinin 50.4 faizini kişilər, 49.6 faizini isə qadınlar təşkil edir.

İl Sayı
1897 8.733 [5]
1926 11.878 [6]
1939 16.611 [7]
İl Sayı
1959 25.209 [8]
1970 35.505 [9]
1979 40.312 [10]
İl Sayı
1989 45.020 [11]
2012 50.800
2014 51.300 [12]
İl Sayı
2020 52.952 [1]

Tanınmış sakinləri

[redaktə | mənbəni redaktə et]
Balıq Ləvəngisi

Lənkəran mətbəxi Azərbaycanın ən tanınmış mətbəxlərindən biri olmaqla, çox zəngindir. Burada hazırlanan ənənəvi plovlardan Daşma plov, Süzmə plov, Mərci plov, Qara plov, Döşəmə plov, Paxla plov, Boranı plov, Lərgə plov, Kartof plov, Çəngüru, Çölmək plov və Kəlləpaça plovun adını çəkmək olar. Balıq yeməklərindən Girdəbic balıq, Balıq sırdağı, Qovurma balıq, Şor balıq, Balıq ləvəngisi, Kükülərdən Qozlu kükü, Balıqlı kükü, Səbzi kükü, Kartof küküsü, Badımcan kükü, Ət küküsü. Ləvəngilərdən isə balıq, toyuq və badımcan ləvəngisi, Şirniyyatlardan isə Şorçörək, Bişi, Ziren çörək, Məcüm halvası, Lənkəran külçəsi, Qəndi külçə və Lənkəran çörəyini örnək göstərmək olar. Ayrıca Taskababı, Murkutuş (Turş toyuq), Fisincan, Mütəlcəm, Turşu kabab, Qiyməqatıq, Çölmək kababı, Badımcan sırdağı, Yelpənək dolması və Mərci bozbaş Lənkəranın ən sevimli yerli yeməkləridir.[13]

Rayonda Hirkan milli parkıQızılağac dövlət təbiət qoruğu var. Hirkan milli parkında təbiətin ən qədim və nadir bitki və ağac növləri bitir. Hirkan dövlət qoruğu 1936-cı ildə yaradılmış, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə milli park elan olunmuşdur. Hirkan milli parkında cüyür, qaban, xallı maral və başqa meşə heyvanları yaşayır. Park relikt və endemik bitkilərlə zəngindir.

  1. Həzi Aslanovun heykəli — 1983-cü il 8 mayda Lənkəran şəhərinin Həzi Aslanov parkında ucaldılmış heykəl. Heykəl Lənkəranın ən hündür abidəsidir.
  2. Heydər Əliyevin heykəli — 2004-cü il 10 mayda Lənkəran şəhərinin Heydər Əliyev meydanında ucaldılmış heykəl. Heykəl 2 dəfə təmir olunmuşdur.
  3. II Dünya Müharibəsi Şəhidləri abidəsi — 1970-ci ildə Lənkəran şəhərinin Mərkəzi meydanında ucaldılmış abidə.
  4. Əsgər Əliyevin büstü — 2010-cu ildə Lənkəran şəhərinin Dostluq parkında qoyulmuş büst.
  5. Mirhaşım TalışlıKamal Kələntərlinin heykəli — 2014-cü il 14 iyunda Lənkəran şəhərinin Qala Park-Bulvar Kompleksində ucaldılmış heykəl.
  6. Nizami Gəncəvinin heykəli — 1946-cı ildə Lənkəran şəhərində Mərkəzi Kitabxananın qarşısında ucaldılmış heykəl. Lənkəran şəhərində ucaldılmış ilk abidədir.
  7. Rövşən Abdullayev, Paşa TəhməzovEtibar Əliyevin büstləri — 2017-ci ildə Lənkəran şəhərinin 23 Avqust meydanında qoyulmuş büstlər.
  8. Ana heykəli — 2016-cı ildə Lənkəran şəhərinin Soyqrım Qurbanlarının Xatirə Parkında ucaldılmış heykəl.
  9. Samovar abidəsi — 2010-cu ildə Lənkəran şəhərinin Göyşaban dairəsində ucaldılmış abidə. Bu abidə şəhərin çayçılıq ənənələrini və mədəniyyətini simvolizə etmək məqsədilə ucaldılmışdır.

Gəzməli və görməli yerlər

[redaktə | mənbəni redaktə et]

Lənkəran şəhərində gəzməli və görməli bir çox yer vardır. Lakin turistlərin və yerli əhalinin ən çox ziyarət ediyi yerlər bunlardır:

Qala xiyabanı Park-Bulvar Kompleksi — Tarixi xiyabanPark-Bulvar Kompleksi. Ünvan: Lənkəran şəhəri, M.Ə.Rəsulzadə küçəsi №14.

Lənkəran Xan Sarayı — 1913-cü ildə inşa edilmiş tarixi saray binası. Ünvan: Lənkəran şəhəri, Şirəli Axundov küçəsi №35.

M.Ə.Rəsulzadə adına Lənkəran Gənclik Parkı — Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə.Rəsulzadənin adını daşıyan park. Ünvan: Lənkəran şəhəri, Ələt-Astara-İran yolu №172.

Xəzər Lənkəran Mərkəzi Stadionu — 11 avqust 2006-cı ildə istifadəyə verilmiş Lənkəran şəhərinin ilk və ən böyük stadionu. Azərbaycan şəhərlərinin ən böyük stadionları siyahısında 4-cü yerdə qərarlaşmışdır. 5 sentyabr 2009-cu ildə burada keçirilən AzərbaycanFinlandiya oyunu Azərbaycan üçün Bakıdan kənarda, regionda keçirilən ilk oyun kimi tarixə düşmüşdür. Ünvan: Lənkəran şəhəri, M.Vəli Vidadi prospekti №K1.

● Lankaran Springs & Wellness Resort — Lənkəran şəhərinin ən yaxşı və ən böyük oteli. Oteldə hovuz, park, restoran, bar, fitnes zalı və s. mövcuddur. Həmçinin Lankaran Springs & Wellness Resort Azərbaycanın ən yaxşı 6-cı oteli seçilmişdir. Ünvan: Lənkəran şəhəri, Sultan Əliyev küçəsi №1.

Böyük Vətən Müharibəsi Xatirə Parkı — Böyük Vətən Müharibəsində həlak olmuş şəhidlərin xatirəsinə açılmış park. Ünvan: Lənkəran şəhəri, Həmrəylik küçəsi №1A.

Əsgər Əliyev adına "Dostluq Parkı" — Milli Qəhrəman Əsgər Əliyevin adını daşıyan park. Park Sovet İmperiyası dövründə Mərkəzi Ordu bağı adlandırılmışdı. Ünvan: Lənkəran şəhəri, Şirəli Axundov küçəsi №28.

Həzi Aslanov adına Xatirə Parkı — İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adını daşıyan park. Ünvan: Lənkəran şəhəri, Həzi Aslanov küçəsi №8A.

● Soyqrım Qurbanlarının Xatirə Parkı — 19181992-ci illərdə Azərbaycan türklərinə qarşı törədilmiş soyqrım qurbanlarının xatirəsinə açılmış memorial park. Ünvan: Lənkəran şəhəri, Paşa Təhməzov küçəsi №21.

23 Avqust Meydanı — 1993-cü il 23 avqust hadisələrində lənkəranlıların göstərmiş olduğu şücaət və qəhrəmanlığın əbədiləşdirilməsi üçün açılmış meydan. Ünvan: Lənkəran şəhəri, Paşa Təhməzov №11.

Rövşən Abdullayev Parkı — Şəhid Rövşən Abdullayevin adını daşıyan park. Ünvan: Lənkəran şəhəri, Paşa Təhməzov küçəsi №2.

Nizami Gəncəvi adına Lənkəran şəhər Mərkəzi Kitabxanası — Lənkəran şəhərində yerləşən ən böyük kitabxana. Kitabxana dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Ünvan: Lənkəran şəhəri, Paşa Təhməzov küçəsi №14.

Böyük Bazar Məscidi — Tarixi məscid. Ünvan: Lənkəran şəhəri, Koroğlu küçəsi №10.

Kiçik Bazar Məscidi — Tarixi məscid. Ünvan: Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi №2.

● Lənkəran Ticarət Mərkəzi — H.Z.Tağıyev tərəfindən tikdirilmişdir. Ticarət Mərkəzi əvvəllər pasaj kimi istifadə olunurdu. Həmçinin Lənkəran Ticarət Mərkəzi Lənkəran şəhərində yaradılmış ilk ticarət mərkəzidir. Ünvan: Lənkəran şəhəri, Həzi Aslanov küçəsi №20.

● Dosa Mall — Lənkəran şəhərinin və Cənub zonasının ən böyük ticarət mərkəzi. Ünvan: Lənkəran şəhəri, Həsən bəy Zərdabi küçəsi №3.

● Heydər Əliyev adına Xatirə Parkı — Lənkəran şəhərinin sahəsinə görə ən böyük parkı. Park Ümummilli Lider Heydər Əliyevin adını daşıyır. Park Sovet İttifaqı zamanında XI Qızıl Ordu Zabitləri parkı adlandırılmışdır. Ünvan: Lənkəran şəhəri, M.Ə.Rəsulzadə küçəsi №26.

Lənkəran Sahil Bulvarı — Lənkəran şəhərində sahəsinə görə ən böyük bulvar. Ünvan: Lənkəran şəhəri, Heydər Əliyev prospekti №477.

● Sütəmurdov körpüsü — Almanlar tərəfindən tikilmiş tarixi körpü. Lənkəran şəhərinin ən böyük körpüsüdür. Ünvan: Lənkəran şəhəri, M.Vəli Vidadi prospekti №K1.

Zindan qalası — Tarixi həbsxana. Sovet İmperiyası dövründə İ.Stalin bu həbsxanada saxlanılmışdır. Ünvan: Lənkəran şəhəri, Fikrət Məmmədov küçəsi №18.

Lənkəran mayakı — Tarixi mayak. Lənkəran şəhərinin ən hündür tikilisidir. Uzunluğu 32 metrdir. Azərbaycan şəhərlərinin ən hündür tikililəri siyahısında 5-ci yerdə qərarlaşmışdır. Ünvan: Lənkəran şəhəri, Vağzal Meydanı küçəsi №10.

● Yeddi Göl — 7 kiçik gölün birləşdiyi təbii zona. Ünvan: Lənkəran şəhəri, Füzuli küçəsi №103.

Həzi Aslanovun ev-muzeyi — İki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun yaşadığı ev. Hazırda muzey kimi istifadə olunur. Ünvan: Lənkəran şəhəri, İsmət Qayıbov küçəsi №19.

● Tanrıdoğuranın Himayədarlıq Kilsəsi — Lənkəran şəhərində yerləşən yeganə kilsə. Ünvan: Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi №32.

● Lənkəran şəhər Heydər Əliyev Mərkəzi — Heydər Əliyev adına Xatirə Parkında yerləşən mühüm tədbirlərin keçirildiyi mərkəz kompleksi. Ünvan: Lənkəran şəhəri, M.Ə.Rəsulzadə küçəsi №2.

● Lənkəran şəhər Gənclər Mərkəzi — Heydər Əliyev adına Xatirə Parkında yerləşən gənclərin inkişafı üçün nəzərdə tutulmuş mərkəz kompleksi. Mərkəzdə mühüm tədbirlər, müsabiqələr və festivallar keçirilir. Ünvan: Lənkəran şəhəri, Şirəli Axundov küçəsi №32.

● Lənkəran Mədəniyyət Sarayı — Mədəniyyətİncəsənətin inkişafı üçün nəzərdə tutulmuş saray kompleksi. Ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi №16.

● Lənkəran Yaradıcılıq Sarayı — Yaradıcılığın inkişafı üçün nəzərdə tutulmuş saray. Ünvan: Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi №2.

● Şəhidlər Xiyabanı — Vətən uğrunda canından keçmiş şəhidlərin dəfn olunduğu məzarlıq. Ünvan: Lənkəran şəhəri, Səttarxan küçəsi №51.

● Lənkəran Bayraq Meydanı — Azərbaycan bayrağının dalğalandığı böyük meydan. Ünvan: Lənkəran şəhəri, Heydər Əliyev prospekti №261.

Lənkəran qalası — Tarixi qala. Ünvan: Lənkəran şəhəri, M.Pənah Vaqif küçəsi №344.

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 http://lenkeran-ih.gov.az/page/12.html.
  2. [[[:en:Astara District]] "Arxivlənmiş surət"] (#bad_url). 2022-06-26 tarixində District%5d%5d arxivləşdirilib (#bad_url). İstifadə tarixi: 2020-12-16.
  3. "Rəmzlər" (PDF). 2017-12-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-28.
  4. "Rayon haqqında | Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti". lenkeran-ih.gov.az. 2024-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-22.
  5. Rusiya imperiyası əhalisinin siyahıya alınması (1897).
  6. SSRİ əhalisinin siyahıya alınması (1926).
  7. SSRİ əhalisinin siyahıya alınması (1939).
  8. SSRİ əhalisinin siyahıya alınması (1959).
  9. SSRİ əhalisinin siyahıya alınması (1970).
  10. SSRİ əhalisinin siyahıya alınması (1979).
  11. SSRİ əhalisinin siyahıya alınması (1989).
  12. http://pop-stat.mashke.org/azerbaijan-cities.htm.
  13. "Qadınnet: Lənkəran mətbəxi". 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-26.
  14. Ajans [ölü keçid]-İskenderun'da kurtuluş coşkusu adlı haber, 2. noyabr 2008 tarihinde erişilmiştir.
  15. "Города США и Азербайджана стали побратимами — ФОТО: Политика, 27 июня 2011". 2018-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-13.
  16. "Lənkəran İtaliyanın Çerveteri şəhəri ilə qardaşlaşmış şəhər elan edilib". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-15.
  17. Azərbaycan, Sputnik. "Lənkəran ilə Buxara şəhərləri qardaşlaşıb". Sputnik Azərbaycan (az.). 20230226T1101+0400. 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-11.